08 May 2025 08:30
768
Mədəniyyət
A- A+
Hərbi həkim 

Hərbi həkim 


Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan xalqı da 9 May Faşizm Üzərində Qələbənin 80 illiyini böyük təntənə ilə qeyd edir. Xatırladaq ki, bu Qələbənin qazanılmasında Bakı nefti və benzini ilə yanaşı, xalqımızın oğul və qızlarının da böyük xidmətləri olmuşdur. Bu qanlı-qadalı müharibədə respublikamızda yaşayan azsaylı xalqların nümayəndələri də daxil olmaqla 600 mindən çox insan iştirak edib, təəssüf ki, onlardan yarıdan çoxu döyüşlərdə həlak olub. 130-dan çox azərbaycanlı döyüş şücaətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüzlərlə soydaşımız fəxri fərmanla, müxtəlif orden və medallarla təltif olunub.

1941-1945-ci illər İkinci Dünya müharibəsində tarixi Qələbənin qazanılmasında azərbaycanlı həkimlərin, tibb işçilərinin də əməyi böyük olmuşdur. Onlardan biri də hərbi həkim polkovnik-leytenant Qədimov (Bədirbəyli) İdris Xəlil ağa oğludur.

İdris Qədimov (Bədirbəyli) 1920-ci il sentyabrın 15-də Şəmkir rayonunun Morul kəndində mülkədar ailəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən İdrisin atası "xalq düşməni" adı ilə Sibirə sürgün edildiyindən (o zaman "xalq düşmənlərinin" uşaqlarının ali təhsil almaları mümkünsüz idi) o, bu qadağadan yayınmaq üçün gizli şəkildə Bakıya gəlir, həkim olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinə verir. Qəbul imtahanlarından əla və yaxşı qiymətlər alan İdris şərəfli tələbə adına layiq görülür. O, tələbəlik illərində yaxşı oxumaqla yanaşı, bəy nəslindən olduğunun, habelə "xalq düşməni"nin oğlu məxfiliyinin üstü açılmadığından, nəhayət ki, 1942-ci ildə infeksion xəstəliklər ixtisası üzrə ali təhsilini başa vurur. 

İdrisin atası Xəlil ağa ölkəmizin qərb bölgəsində 1920-1922-ci illərdə sovet işğalına qarşı üsyanların fəal iştirakçısı olduğundan, ən nəhayət, əks-inqilabçı kimi 1927-ci ilin payızında üçüncü dəfə həbs edilərək Fövqəladə Üçlüyün qərarı ilə "xalq düşməni" kimi 10 il müddətinə Sibirə sürgünə göndərilir. Əmisi Zeynal ağa çar ordusunda xidmətdə ikən, 1913-1914-cü illər rus-Osmanlı müharibəsində qızğın döyüşlər zamanı biləndə ki, türklərə qarşı vuruşur, xidmətdən boyun qaçırır: "Mən türk qardaşlarıma güllə ata bilmərəm" deyib, silahını yerə qoyur. Çətinliklə də olsa, birbaşa Azərbaycana - Şəmkirə gəlir. 

Zeynal ağa Qədimov Şəmkirin bir tərəfi Gəncə, bir tərəfi Gədəbəy bölgəsində ərazi iddiası ilə dinc azərbaycanlı əhaliyə tez-tez hücum edən, terror və qırğınlar törədən silahlı erməni-daşnak birləşmələrinə qarşı könüllü müdafiə dəstələrinin təşkilatçısı olur. 

1920-ci il dekabr ayının son günlərində ermənilərdən ibarət xüsusi terrorçu dəstə tərəfindən əks-inqilabçı kimi ilə qətlə yetirilir. 

Gənc məzun-həkim İdris Qədimov bunlara görə, eləcə də bir çox doğmalarının 1920-1930-cu illərdə "xalq düşməni" adı ilə həbs edildiyindən, güllələndiyindən, sürgünə göndərildiyindən o, bu ləkəni üzərindən götürmək istəyi ilə 1942-ci ilin payızında könüllü olaraq cəbhəyə getmək üçün Bakı şəhərində hərbi komissarlığa müraciət edir. 

Müharibənin ilk günlərindən leytenant rütbəsində sanitar-tibbi bölümündə kiçik həkim vəzifəsində fəaliyyətə başlayır. Döyüş şəraitində şücaətlə və cəsarətlə vuruşan yaralı əsgər və zabitlərə yüksək səviyyədə peşəkar tibbi yardım göstərir. O, 1943-cü il iyunun 23-dən 1945-ci il mayın 9-na kimi 494-cü atıcı polkun, 27-ci qvardiya atıcı polkunun, 11-ci qvardiya atıcı diviziyasının tərkibində xidmət edir. Qərb cəbhəsində, bundan dörd ay sonra 3-cü Belarus cəbhəsində, 1944-cü il oktyabr ayının 1-dən isə Qərb cəbhəsi xüsusi hərbi rayonunda alayın kiçik həkimi vəzifəsində çalışır.

O, 1945-ci il iyulun 4-dən oktyabrın 8-dək Koeniqsberq (indiki Kalininqrad) şəhəri uğrunda gedən döyüşlərdə 200-dən çox yaralı əsgər və zabitə tibbi yardım göstərmişdir. Ağır yaralılar üçün cərrahi tədbirlər sırasına daxil olan 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sindiromlarından ibarət 2 tibbi köçürmə əməliyyatını uğurla başa çatdırmışdır.

O, vətən və xalq qarşısında göstərdiyi nümunəvi tibbi xidmətlərə görə 1945-ci il mayın 6-da "Qırmızı Ulduz" ordeni, bundan üç gün sonra "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı, 9 iyun 1945-ci ildə "Koeniqsberqin alınmasına görə" medalı, 30 dekabr 1956-cı ildə "Hərbi xidmətlərə görə" medalı, 1985-ci il aprelin 4-də isə "I dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.

Müharibədən 4 ay sonra - 1945-ci il sentyabrın 9-da tibb xidməti polkovnik-leytenantı rütbəsində hərbidən azad olunan İdris Qasımov bundan sonra Litvanın Klaype şəhərində yerləşən hərbi hospitalda həkim olaraq fəaliyyətini davam etdirmişdir. O, bu zaman hərbi hospitalda özü ilə bir yerdə çalışan tibb bacısı Yevgeniya ilə ailə həyatı qurmuşdur. Cütlüyün Tamara və Elvira adlı iki qız övladı valideynlərinin, hətta nəvəsi İqor babasının yolunu ləyaqətlə davam etdirir.

1996-cı ildə 76 yaşında dünyasını dəyişən hərbi həkim polkovnik-leytenant İdris Qədimov elə Litvanın Klaype şəhər qəbiristanlığında əbədiyyətə qovuşmuşdur. 9 May Qələbə bayramı ərəfəsində Klaype şəhər rəhbərliyinin nümayəndələri Böyük Vətən müharibəsi iştirakçısının xatirəsini daim əziz tuturlar. Onlar hərbi həkim, polkovnik-leytenant İdris Qədimovun da məzarını ailəsi, Şəmkirdən olan doğmaları, eləcə də hərbçi dostlarının ailə üzvləri ilə birlikdə ziyarət edir, məzarı üstünə gül dəstələri qoyur, onun döyüş yolu haqqında xatirələrini bölüşür və ruhuna dualar oxuyurlar. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!