30 Noyabr 2023 21:45
436
İDMAN
A- A+

Hərbçilər arasında güləş üzrə dünya çempionatında ikinci günün qalibləri mükafatlandırılıb

 

Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ikinci günün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən tədbirdə qaliblərə medal və kubokları Dövlət Sərhəd Xidmətinin rəis müavini Rəsul Tağıyev təqdim edib.

Yarışın ikinci günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş medal qazanaraq Dövlət Bayrağımızı ucaldıb, Himnimizi səsləndiriblər.

Güləşçilərimiz Orxan Abbasov (79 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Allahverdiyev (61 kiloqram) isə türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın sahibi olub.

Turnirin ilk günündə Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.

Bununla da Azərbaycan təmsilçiləri medalların sayını 9-a çatdıraraq komanda hesabı ilə birinci pillədə qərarlaşıblar.

Dünya çempionatı dekabrın 3-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video