01 May 2025 09:00
819
Mədəniyyət
A- A+
Hərb elminə yeniliklər gətirən "Artilleriyanın tanrısı"

Hərb elminə yeniliklər gətirən "Artilleriyanın tanrısı"


O, döyüş meydanlarında göstərdiyi şücaətlə, sərkərdəlik məharəti ilə heyrətləndirirdi. Hələ çar ordusunda xidmət etdiyi vaxtlarda qəhrəmanlığından bəhs olunur, yüksək rütbələrə, ordenlərə, mükafatlara layiq görülürdü. Əliağa Şıxlinski öz müasirləri üçün belə əfsanəvi general, zamanın fövqündə dayanmış şəxsiyyət idi.

O, yüz altmış il öncə, 1865-ci ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində dünyaya gəlmişdi. İgidləri ilə seçilən, ehtiram göstərilən bir nəslin cəsur övladı idi. Sonralar - 1942-ci ildə Əliağa Şıxlinski qələmə alacağı "Xatirələrim" kitabında ata-babaları və məşhur soyadı barədə yazacaqdı: "Atam İsmayıl ağa Alqazax oğlu Şıxlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şəmkirdən köçüb gəlmişdir. Onun iki oğlu vardı, böyük oğlu Şıxı - çox ağıllı və sakit, kiçiyi Alqazax - çox igid, amma dəlisov idi. Mən Alqazaxın nəslindənəm... Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğuldan olan bizim nəsil isə Alqazax oğlu familiyasını qəbul etdi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladılar, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi". Əliağa Şıxlınski, anası Şahyəmən xanımın (Qayıbova) isə Azərbaycanın məşhur şairlərindən Molla Vəli Vidadinin nəvəsi olduğunu yazıb.

Atası İsmayıl ağa kiçik oğlu Əliağanın hərbi məktəbdə təhsil almasını istəyirdi. Əliağa Şıxlinskinin 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə qəbul olması bu arzunun həyata keçməsi yolunda hələ ilk addım idi. Bu, cüssəli, güclü, diribaş, qoçaq uşaq hərbi biliklərə həvəslə yiyələnirdi. Kadet korpusuna çevrilmiş həmin gimnaziyanı 1883-cü ildə böyük müvəffəqiyyətlə başa vurdu. Elə həmin ildən kadet korpuslarından seçilmiş ən yaxşı tələbələrin oxuduğu Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbində təhsilini davam etdirdi. Çar Rusiyasında artilleriya üzrə ən yaxşı mütəxəssislərdən, məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski və Aksel Qadolindən dərs alırdı. Müəllimləri onun hərbçi kimi istedadını, hərbi bilikləri mənimsəmək marağını və cəhdlərini yüksək qiymətləndirirdilər. Əliağa Şıxlinski seçdiyi peşəni dərindən öyrənmək üçün dərslərindən əlavə olaraq başqa təhsil ocaqlarında keçirilən kurslarda, kütləvi mühazirələrdə iştirak edirdi. O, diqqətləri çəkdi, fəallığı və uğurları sayəsində təhsilin başlamasından 7 ay sonra yunkerdən unter-zabitə yüksəldi. 1885-ci ilin oktyabrında portupey-yunkerliyə layiq görüldü. 

Məktəbi 1886-cı il avqustun 11-də podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin ilk ilində artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu. Əliağa Şıxlinskinin 1900-cü ildə Şərqi Sibirə dəyişdirilməsi xahişi Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin edilməsi ilə nəticələndi. O, həm də artilleriya toplantısı komitəsinin sədri kimi dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etdi.

1904-cü ildə baş verən rus-yapon müharibəsi həm də Əliağa Şıxlinskinin hərbi bacarıqlarını üzə çıxardı. Yapon döyüşçülərinə ağır zərbələrin endirilməsində böyük xidmətlər göstərdi. O, Port-Artur müdafiəsinin qəhrəmanı oldu. "İgidliyə görə" medal və üstü yazılı qızıl qılıncla Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün təltif olundu. Əliağa Şıxlinski yalnız fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq göstərən hərbi qulluqçuların layiq görüldüyü "Müqəddəs Georgi" ordeni ilə təltif edildi. 1905-ci ildə çapdan çıxan "Yaponlarla müharibənin salnaməsi" almanaxında yazılırdı: "Podpolkovnik Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adıçəkilən istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur"...

1906-cı ilin fevralından avqustunadək Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində keçdiyi kursu yüksək göstəricilərlə başa vurdu, həmin məktəbdə müəllim saxlanıldı. Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini də həmin il kəşf etdi. Onun bu nəzəriyyəsi 1924-cü ildə Qızıl Orduda müvəffəqiyyətlə həyata keçirildi...

1907-ci ildə Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu. Vaxtından əvvəl polkovnik rütbəsi ona xidmətdə fərqləndiyinə görə verildi.

Uğurları sıralanırdı. Aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzrə komissiyanın 1912-ci ildə üzvü, bir ildən sonra məktəb rəisinin köməkçisi oldu. 1914-cü ildə ona "Fəxri Legion ordeni" təqdim olundu. Məktəbdə, qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında oxuduğu hərbi mövzuda silsilə mühazirələri Baş Qərargahın əmrilə kitabça şəklində çap edildi. Əliağa Şıxlinskinin "Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi" (1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar nəsr olunub), "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi sanballı, geniş hərbi bilik aşılayan kitabları işıq üzü gördü.

1914-cü ildə Birinci Dünya müharibəsi başladı. Müharibənin əvvəllərində o, gəmilərdən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin edildi. Rusiya paytaxtının müdafiəsi ona tapşırıldı. Müdafiə xətti üzrə bütün cəbhəni dolaşır, batareya qurğularının yerini, atəş mövqelərinin qurulması qaydasını müəyyən edirdi. Çox keçmədən Şimal-Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsinə təyin olunan Əliağa Şıxlinski tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına rəhbərlik etdi. Həmişə ön mövqelərdə görünən Əliağa Şıxlinski topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik edirdi. 1917-ci ilin aprelində ona general-leytenant rütbəsi verildi.

Həmin il Rusiyada baş verən inqilab nəticəsində çar hökuməti devrildi. Hakimiyyəti müvəqqəti hökumət ələ keçirdi. Bir müddət orduda xidmətini davam etdirən Əliağa Şıxlinski 1917-ci ilin noyabrında Qafqaza döndü. 

O, Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun bünövrəsini qoydu. "Xatirələrim"də bu barədə yazırdı: "Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım... Dekabrın 31-də mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik".

1918-ci ilin oktyabrında Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edən Əliağa Şıxlinskinin özü də, sözləri də əzəmətli görünürdü: "Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir", - Əliağa Şıxlinski deyirdi.

1918-ci il dekabrın 29-da cümhuriyyət hökumətinin qərarı ilə o, hərbi nazirin müavini təyin olundu. Hərbi nazir Səməd bəy Mehmandarov idi. 

Əliağa Şıxlinskiyə 1919-cu il iyulun 28-də tam artilleriya generalı rütbəsi verildi. Onun təşəbbüsü ilə 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edildi.

Müstəqil Cümhuriyyət hökumətinin qurucularının böyük arzularla, ümidlərlə həyata keçirdikləri işlər yarımçıq qaldı. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu Azərbaycanı işğal etdi. Səməd bəy Mehmandarov xəstə idi. Ona görə də nazir vəzifəsini Əliağa Şıxlinski yerinə yetirirdi. Düşmən güclü, qarşısıalınmaz idi...

Səhəri gün - aprelin 28-də Səməd bəy Mehmandarov həbs edildi. Vətənin qeyrətli, millətsevər övladları olan generalları - Əliağa Şıxlinskini, Səməd bəy Mehmandarovu repressiyadan Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri Nəriman Nərimanov xilas edə bildi. O qərara gəldi ki, generallardan dəyərli hərbi mütəxəssis kimi mərkəzi hərbi aparatda istifadə etmək üçün Moskvaya, Vladimir İliç Leninin yanına göndərsin. Əliağa Şıxlinski Ali Artilleriya Məktəbində müəllim və Artilleriya Nizamnamə Komissiyasının tərkibində fəaliyyət göstərdi.

Bakıya 1921-ci ildə gəldi. Əliağa Şıxlinski Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini vəzifəsində işlədi. Daha sonra Moskvadakı Ali Artilleriya Məktəbində müəllimlik etdi, Petroqrad Topçu Akademiyasında mühazirələr oxudu. 1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs dedi və Hərbi-Elmi Cəmiyyətin sədr müavini oldu. O, 1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru işlədi. 1926-cı ildə "Rusca-Türkcə qısa hərbi lüğəti", 1927-ci ildə "İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi" elmi əsəri nəşr olundu. 

Səhhətində 1929-cu ildən sonra problem yarandı, eşitmə və görmə qabiliyyəti zəifləməyə başladı. "Artilleriyanın tanrısı" ləqəbli Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də ürək çatışmazlığından xəstəxanada dünyasını dəyişdi. Dəfn mərasimi görkəmli sərkərdələrə məxsus hərbi qaydada keçirildi. Məzarı başında topdan və avtomatlardan yaylım atəşi açıldı...


Zöhrə FƏRƏCOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!