17 Aprel 2025 09:00
2827
Səhiyyə
A- A+
Hemofiliyasız dünya naminə

Hemofiliyasız dünya naminə


Genetik xəstəliklər insanın genində dəyişikliklər və ya mutasiyalar nəticəsində baş verən sağlamlıq problemləridir. Nəsildən-nəslə keçən irsi xəstəliklər fərdin DNT-sindəki genetik məlumatın pozulmasına əsaslanır.

İrsi xəstəliklərdən biri olan hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir.

Xəstəliyin  dünya üzrə yayılma tezliyi müxtəlifdir. ABŞ-də hər 100 min nəfər kişidən 25-də hemofiliya A müşahidə edildiyi halda, hemofiliya B xəstəliyinin sayı bundan 5 dəfə azdır. Macarıstanda xəstəliyin tezliyi yüksəkdir. Bu nisbət 10:10.000-dir. Rusiya Federasiyasında 15 minə qədər  hemofiliyalı xəstə yaşayır ki,  onlardan 6 mini uşaqlardır.

Bu xəstəlik ölkəmizdən də yan keçməyib. Statistik məlumatlara görə, Azərbaycanda hazırda 1759  hemofiliyalı xəstə var. Onlardan  1183 nəfəri hemofiliya A,  169 nəfəri hemofiliya B, 244 nəfəri von Villebrand  və 163 nəfəri digər koaqulopatiyalardan  əziyyət  çəkirlər. 

Xəstələrin müalicəyə əlçatanlığını təmin etmək, onlara göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq, ictimaiyyətin diqqətini bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmağa cəlb etmək məqsədilə hər il aprelin 17-si Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.


Bu xəstəliyə yalnız kişilər yoluxur


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Hematologiya kafedrasının müdiri dosent Elmira Qədimovanın sözlərinə görə, qanın laxtalanmasının pozulması ilə müşahidə olunan hemofiliya nəsildən-nəslə, daha dəqiq desək, daşıyıcı anadan oğula keçir. Bu genetik xəstəliklə yalnız kişilər xəstələnir, genin ötürücüləri, qüsurlu genin daşıyıcısı usə qadınlar olur. Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur.

"Xəstəlik cüzi travma nəticəsində həyati təhlükəli qansızma və qanaxmalarla təzahür edir. Hemofiliyalı insanlarda qanın laxtalanma sistemində iştirak edən faktorların səviyyəsi ya aşağı olur, ya da ümumiyyətlə, olmur. Hemofiliya qanda laxtalanma faktorlarının çatışmazlığı səviyyəsinə görə 1 faizdən aşağı olarsa, ağır gedişli, 1-5 faiz arasında olarsa, orta ağır, 5 faizdən yuxarı olarsa, yüngül gedişli olur. VIII faktorun çatışmazlığı  hemofiliya A və ya klassik hemofiliya, IX faktorun çatışmazlığı isə hemofiliya B, yaxud Kristmas xəstəliyi, VIII faktorla birlikdə  von Villebrand faktorunun çatışmazlığı isə Angiohemofiliya adlanır", - deyə kafedra müdiri bildirib.


İnsanların sağlamlığı dövlət siyasətinin prioritetidir


Hemofiliya xəstəliyinin müalicəsinin olduğunu qeyd edən Elmira Qədimova dedi ki, müalicə zamanı çatışmayan laxtalanma faktoru inyeksiya üsulu ilə vena daxilinə yeridilir: "Nəticədə qanaxmalar dayanır və erkən əlilliyin qarşısı alınır. Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da hemofiliyalı xəstələr özlərini cəmiyyətin  mükəmməl üzvləri kimi hiss edirlər: oxuyur, işləyir və idmanla məşğul olurlar. Hazırda dövlət proqramı çərçivəsində Elmi-Praktik Hemofiliya Mərkəzi qanın laxtalanma faktor preparatları ilə təmənnasız  təmin  olunur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyanın müalicəsi müasir, dünya standartlarına uyğun həm ambulator, həm də stasionar şəraitdə aparılır. Mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi üçün xarici ölkələrdə, beynəlxalq konfrans və simpoziumlarda iştirakı, bilik və təcrübə mübadiləsinin təşkili həyata keçirilir. Müxtəlif ölkələrin hemofiliya mərkəzləri, dünyanın aparıcı mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlanılır. Hematologiya kafedrasının əməkdaşları tərəfindən hemofiliya problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri aparılır, yerli və beynəlxalq  jurnallarda bu tədqiqatların nəticələri nəşr olunur. Hemofiliyanın müalicəsinə aid milli protokollar  dərc olunur".

Kafedra müdiri qeyd etdi ki, Hemofiliya Mərkəzi Azərbaycan Respublikasında 1973-cü ildə  yaranıb və Bakı şəhərində çoxprofilli Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşir. Mərkəzdə Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrası və M.Ə.Mirqasımov adına RKX-nın hematologiya şöbəsinin əməkdaşları birgə çalışırlar.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın insanların sağlamlığına böyük önəm verdiyini vurğulayan mütəxəssis bildirib ki, bunun bariz nümunəsi aparılan islahatlar və qəbul olunan dövlət proqramlarıdır. İlk proqramlardan  biri, 2005-ci ildə qəbul olunmuş "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı" Dövlət Proqramıdır. Hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların qanın laxtalanması faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşması, ömürlərinin uzadılması, əlilliyin, vaxtsız ölümlərin qarşısının alınması deməkdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!