07 Sentyabr 2019 00:21
1294
İQTİSADİYYAT
A- A+
Halal zəhmət, xoş güzəran

Halal zəhmət, xoş güzəran


Maraqlı insandır, həyata öz baxışları var, söhbətləri şirindir, tez-tez atalar sözlərindən misal çəkir. Deyir ki, hər kəs bacardığı işin arxasınca getsə yaxşıdır. Onun fikrincə, hər işi yönündə-yöndəmində görməsən, zəhmət çəkib tər axıtdığın işdən xeyir görə bilməzsən.

Ağcabədidə hamı onu "geroy Tofiq” kimi tanıyır. Rayonun sayılıb-seçilən pambıqçılarındandır. Yeni Qaradolaq kəndində doğulub boya-başa çatan Tofiq İsmayılov 40 ildən çoxdur ki, pambıqçılıqla məşğuldur. Mehr saldığı, ülfət bağladığı torpaq çəkdiyi zəhmətin əvəzində onun üzünü hər zaman el-oba, ailə-uşaq yanında əkib-becərdiyi pambıq kimi ağ edib. Əmək ətirli ömür yolundan, bu yolda qazandığı uğurlardan söhbət düşəndə Tofiq İsmayılov deyir:

- Pambıq bu yerlərin şöhrəti, çörək təhnəsidir. Hələ sovet hakimiyyəti dövründə kolxozda çalışan kənd adamları pambıqdan yaxşı qazanırdılar. Halal zəhməti hesabına əldə etdiyi qazancla kimi geniş ev-eşik tikdirir, kimi maşın alırdı. Dolanışıq sarıdan demək olar ki, heç kim heç nədən korluq çəkmirdi. 90-cı illərdə nədənsə pambığa münasibət dəyişdi. Bu gəlirli sahə başlı-başına buraxıldı. Torpaqdan küsdürülən kəndli tarlanı çayxana ilə dəyişdi. Həmin illər faydalı bir işin qulpundan yapışmalı, işləyib pul qazanmalı, ailəsinin xoş güzəranını təmin etməli olan əmək qabiliyyətli kişilər çayxanalarda lövbər salıb, günlərini nərd, domino oynamaqla keçirirdilər. Kəndlərimizin ürək dağlayan bu mənzərəsi Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri, o cümlədən pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə tarixi çağırışınadək davam etdi. Bu çağırışdan sonra elə bil kəndlərimizin üstünə gün doğdu. "Ağ qızıl”ın yenidən ağ günləri başladı. O vaxt rayon icra hakimiyyətində yaradılan, həm də səmərəli fəaliyyət göstərən qərargah Prezidentin tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün bütün imkan və ehtiyat mənbələrini səfərbər etmişdi.

Qarşıya çıxan irili-xırdalı problemlərin həlli üçün etdiyimiz müraciətlər rayon rəhbərliyi səviyyəsində operativ həllini tapırdı.

Tofiq İsmayılovun rəhbərlik etdiyi fermer təsərrüfatı bu il 40 hektar sahədə pambıq əkib becərmişdir. Artıq yavaş-yavaş ağ örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Bütün varlığı ilə bağlandığı bərəkətli torpaq, halal zəhmət Tofiq İsmayılovu ildən-ilə zirvələrə ucaldır, uğurlara qovuşdurur. Belə illər sırasında keçən ilin nəticələri daha fərəhli oldu. 2018-ci ildə 285 ton "ağ qızıl” istehsal olunmuş, məhsuldarlıq 57 sentnerə yüksəlmişdir. Tofiq kişi deyir ki, bu nailiyyəti dövlətin güclü dəstəyi sayəsində qazanıblar:

- Amma bu, son deyil. Cari ilin hədəfləri daha yüksəkdir. Çünki boynumda Prezidentin haqqı var. Həyatımın ən əziz və unudulmaz anı Prezident İlham Əliyevin "Birinci dərəcəli əmək ordeni”ni mənə təqdim etməsidir. Dövlət başçısı ordeni döşümə sancıb "Təbrik edirəm, bu, sənin halal zəhmətinin haqqıdır” dedi. Həyəcanlı olsam da, özümü toparlayıb deyə bildim ki, sağ olun, cənab Prezident, bu uğurları Sizin böyük qayğınız sayəsində qazanmışıq. Söz verdim ki, bundan sonra daha böyük məsuliyyətlə çalışacaq, nailiyyətləri artıracağıq. Nəticə göz qabağındadır. Məhsulumuz bu il də boldur.

Söhbət bu məqama çatanda Tofiq kişidən xahiş etdik ki, pambıqçılıqdan qazandığı gəlirdən də danışsın. Məmnuniyyətlə razılaşdı: "Keçən il 50 hektarda pambıq əkib-becərdik. İl ərzində çəkdiyimiz bütün xərcləri çıxandan sonra xalis qazancımız 70 min manatdan çox oldu. Buna 10 hektar sahədə əkdiyimiz taxıldan, yüksək məhsuldar qaradolaq cinsli qoyunçuluq təsərrüfatından əldə etdiyimiz gəliri də əlavə etsək, böyük bir rəqəm alınar. Bu isə yaxşı yaşamaq üçün təbii ki, yetərlidir”.

Tofiq İsmayılov bacarıqlı təsərrüfatçı olmaqla yanaşı, həm də köhnə kişilərdəndir - mehriban bir ailənin başçısıdır. İki qız, bir oğul atası, səkkiz nəvənin babasıdır. Oğlu Fəqan Moskvada bizneslə məşğuldur. Köçürdüyü qızları Göyçək Bakıda, Rəsmiyyə Moskva şəhərində yaşayır. Hər il yayda nəvələri hər cür şəraiti olan doğma ocağa yığışır. Tofiq kişi son olaraq dedi ki, bizi belə xoş günlərə qovuşduran dövlətimizin dəstəyi və halal zəhmətimizdir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!