02 Aprel 2024 16:11
380
DÜNYA
A- A+
Gürcüstanın ən böyük su elektrik stansiyası fəaliyyətini dayandırıb

Gürcüstanın ən böyük su elektrik stansiyası fəaliyyətini dayandırıb

 

Gürcüstanın ən böyük su elektrik stansiyasi olan İnquri SES aprelin 2-dən fəaliyyətini müvəqqəti dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SES-dən məlumat verilib.

Bildirilir ki, su elektrik stansiyasının dayandırılmasına səbəb istiqamət dəyişdirici tunelin (SES-in turbinlərinə suyun verilməsi və ya turbinlərdən suyun boşaldılması üçün nəzərdə tutulmuş hidravlik tunel) yoxlanılması və zəruri hallarda təmizlənməsidir. Tunelə baxış keçirildikdən və lazımi işlər aparıldıqdan sonra İnquri SES fəaliyyətini adi qaydada davam etdirəcək.

Tunelin təmiri sızma nəticəsində yaranan su itkilərini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da gələcəkdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcminə təsir göstərəcək. Enerji itkiləri təxminən 100 milyon kilovat-saat, yəni 30-35 faiz azalacaq.

Yenidənqurma layihəsinin ümumi dəyəri 45 milyon avro təşkil edir. Bu vəsaitin 7 milyonu Avropa Komissiyası tərəfindən qrant olaraq verilir, 38 milyon avrosu isə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit olaraq ayrılıb.

İnquri SES 1978-ci ildə istifadəyə verilib. Hazırda müəssisənin quraşdırılmış gücü 1300 MVt təşkil edir ki, bu da Gürcüstanın elektrik enerjisinə tələbatının yarısını ödəyir.

Şirkət iddia edir ki, SES-in dayandırılması əhalinin elektrik enerjisi ilə təminatına təsir göstərməyəcək. Lakin ekspertlərin fikrincə, bu müddət ərzində xaricdən daha çox elektrik enerjisi idxal olunacaq. Gürcüstan ən çox Azərbaycandan elektrik enerjisi idxal edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!