29 Avqust 2026 10:01
161
SİYASƏT
A- A+
Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Astana şəhərinə səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.


Görüşdə Qazaxıstanın yeni birpalatalı parlamenti – Kurultaya seçkilərin keçirilməsindən söz açılıb.


Günay Əfəndiyeva TÜRKPA missiyası çərçivəsində beynəlxalq müşahidəçi qismində iştirak etdiyi parlament seçkilərini Qazaxıstan tarixində yeni mərhələ kimi qiymətləndirib.


Tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının davamlı inkişafından bəhs edib.


İki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər bir çox mühüm sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti geyd olunub.

Azərbaycan və qazax xalqlarını birləşdirən tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və zəngin mədəni irsin ikitərəfli münasibətlərin təməlini təşkil etdiyi diqqətə çatdırılıb. 

Mədəni layihə və təşəbbüslərin xalqlarımız arasında dostluğun daha da dərinləşdirilməsində mühüm rol oynadığı bildirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində həyata keçirilən bərpa və quruculuq layihələri, eləcə də Qazaxıstanın bu prosesə verdiyi dəstək qeyd olunub. 


Görüşdə yaradıcı şəxslər və mədəniyyət qurumları arasında əlaqələrin gücləndirilməsi, parlamentlərarası mədəni-humanitar əməkdaşlığın inkişafı, birgə layihələrin təşviqi məsələlərinə toxunulub.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

Azərbaycan-Rusiya münasibətləri süni şəkildə gərginləşdirilir

08:20
29 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında əsas hədəf birgə istehsal və üçüncü bazarlara çıxış olmalıdır

08:10
29 Avqust

Əbədi müstəqillik, güclü dövlətçilik 

08:00
29 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:16
29 Avqust

BİLDİRİŞ

00:15
29 Avqust

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi 

23:10
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!