27 Dekabr 2014 09:12
293
CƏMİYYƏT
A- A+
Göyçay sakini Azərbaycanda ilk dəfə yetişdirdiyi mərsin ağacından bağ salıb

Göyçay sakini Azərbaycanda ilk dəfə yetişdirdiyi mərsin ağacından bağ salıb

Göyçay rayonunun Ərəb kənd sakini, 58 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə mərsin ağacı yetişdirməyə nail olub. Bununla da o, öz bağçılıq təsərrüfatına ölkəmiz üçün ənənəvi olmayan yeni bir ağac əlavə edib.
AzərTAc xəbər verir ki, bağban əvvəllər hind narı və konfet ağacı kimi tanınan qeyri-adi ağac növləri də yetişdirib. 36 ildir ki, bağçılıqla məşğul olan Rafiq Xəlilov mərsin meyvəsinin toxumlarını Gürcüstandan gətirərək, onları xüsusi qablarda cücərtdiyini, daha sonra şitillərini torpağa əkərək, qulluq etdiyini bildirib. Yeddi il müddətində çətinliklə də olsa, yalnız bir mərsin ağacını yetişdirən bağban zəhmətinin bəhrəsini gördüyü üçün çox sevindiyini deyib.
Mərsin ağacı qeyri-adi müalicəvi xüsusiyyətləri ilə də fərqlənir. Qarağatdan kiçik olan qırmızı rəngli mərsinin meyvələri dişlərin çürüməsinin, düz bağırsağın və uşaqlığın sallanmasının, saçların tökülməsinin qarşısını alır, ürəyin fəaliyyətini qüvvətləndirir, iflic olmuş orqanları müalicə edir.
Göyçayda yetişən mərsin ağacı qeyri-adi dadı, rəngi və müalicəvi xüsusiyyətləri ilə hamının diqqətini cəlb edir. Hazırda bağban Rafiq Xəlilov mərsinin meyvəsini toplayır. Onun dediyinə görə, vətəni Cənubi Amerika olan mərsin hazırda Göyçayda yeganə meyvədir ki, dekabr ayında yetişir və soyuğa çox dözümlüdür. Mərsinin yarpaqları və meyvəsi hələ də ağacın üstündədir.
Rafiq Xəlilov bu ilin payızında mərsin ağacının sayını artırmaq fikrinə düşüb və yetişdirdiyi tinglərdən bağ salıb. Bağban hazırda ağaclara qulluq edərək səbirsizliklə onların məhsul verməsini gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!