Həyat gözəldir. Ondan zövq alıb yaşamaq daha
mənalı olur. Dövlət başçısı da məhz buna çalışır. Aparılan sosial-iqtisadi, mədəni
siyasət də ölkə vətəndaşlarının yüksək rifah içində, sağlam yaşamasına xidmət edir.
Bu, həm də insanları vətəni, el-obanı sevərəkdən yaşatmasına, onu düşməndən qorumasına
sövq etdirir.
Həyatı
bir az da gözəlləşdirmək, yaranmışların əşrəfi olan insanları daha yaxşı
yaşatmaq, gün-güzəranlarını daim yaxşılaşdırmaq, ölkəni inkişaf etdirmək - bütün
bunlar dövlətimizin sosial siyasətinin əsasını təşkil edir. Respublikamızda son
illər kənd təsərrüfatında, sənayedə, nəqliyyatda, tikinti-quruculuq və abadlıq işlərində
qazanılan uğurlar elə bunun nəticəsidir.
Dövlət başçısının xüsusən sosial sahələrə
diqqət yetirməsi, şəhid ailələrinə, məcburi köçkünlərə hər cür kömək göstərməsi
əhali tərəfindən çox müsbət və minnətdarlıqla qarşılanır. Şübhə yoxdur ki, əldə
etdiyimiz nailiyyətlər bizi istəməyənlərin - həm xarici, həm də daxili düşmənlərimizin
narahatlığına səbəb olur. Unutmayaq ki, bizim məkrli düşmənimiz var. Erməniləri İrandan, İraqdan, Suriyadan, Livandan... nə bilim
daha haralardan gətirib bizə qonşu edəndə onlara qarşı öz xeyirxahlığımızı göstərmişik:
yaxşılıq etmişik, əllərindən tutmuşuq, süfrəmizin başında oturtmuşuq, yeməklərimizin
yaxşısını onlara vermişik.
Bəs, bu yaxşılıqlarımızın əvəzi nə olub?
Nankorluq, paxıllıq, riyakarlıq, naqislik! Ermənilər həmişə düşünüblər: "Ayağıma
yer edim, gör sənə nə edirəm”. Yaxşılıqlarımıza yamanlıqla cavab veriblər. Zaman
keçdikcə, hissə-hissə torpaqlarımızı qamarlayıblar. Dədə-baba kəndlərimizin adlarını
dəyişdirib "haylaşdırıblar”: erməni adları ilə əvəzləşdiriblər. Musiqimizə, mədəniyyətimizə,
mətbəximizə sahib olmağa çalışıblar.
Pislik, yamanlıq, yaltaqlıq, riyakarlıq xislətindədir
onların. İstəsələr də, sonradan peşmançılığını çəksələr də, dəyişə bilməzlər bu
adətlərini. Müdrik ata-babalarımız nahaq yerə deməyiblər ki, "südlə girən sümüklə
çıxar”.
Tarix sübut
edib ki, Ermənistan adlı dövlət olmayıb. Azərbayan Prezidenti cənab İlham Əliyev
Münhen Beynəlxalq Konfransında Ermənistanın baş naziri Paşinyana tarix dərsi keçərkən
konkret faktlarla bunu bir daha sübut etdi.
Bu danılmazdır ki, ermənilər Azərbaycan torpaqlarının hesabına daim ərazilərini
genişləndirməyə çalışıblar.
Sonuncu dəfə
Dağlıq Qarabağın və ona bitişik 7 rayonun itirilməsi - işğala məruz qalması ermənilərin
özlərinin deyil, havadarlarının hərbi-siyasi gücü ilə baş tutub. Ermənilər üzbəüz
döyüşdə bunu heç vaxt bacarmazdılar. Necə ki, 2016-cı ilin aprel və bu ilin iyul
ayının ortalarında Tovuz döyüşlərində bunun şadidi olduq.
Azərbaycan
Prezidenti İlham Əliyev qarşımıza 7 şərt qoyan Ermənistanın baş nazirinə çox tutarlı
cavab verib: "Əgər Ermənistanın baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”,
əgər deyirsə ki, biz qondarma "Dağlaq Qarabağ respublikası” ilə danışıqlar aparmaq
istəyirik, deməli, o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram,
bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz dədə-baba
torpaqlarına qaytarılmalıdırlar! Budur mənim şərtim və məsləhət görürəm ki, onlar
bu şərti qəbul etsinlər”.
Biz çox yaxşı
bilirik ki, iddialı qatı düşmənimiz var. Onları susdurmaq üçün hər cür imkanlara
malikik. Bizi narahat edən təkcə odur ki,
bu vətənin çörəyi ilə böyüyən bəzi nankorlarımız xarici ölkələrə sığınıblar.
Onlar yaxşı işlərimizə qara yaxmağa çalışır, vətənimizin milli və dövlət maraqlarına
xəyanət edirlər.
Əlbəttə, dövlət
başçısının koronavirus pandemiyası ilə mübarizədə söylədiyi kimi, "Biz birlikdə
güclüyük”. Həmin satqın, nankorlarımız niyə
başa düşmək istəmirlər ki, Ermənistanda təkcə bir nəfər belə azərbaycanlı qalmadığı
halda, onlardan bizdə olanları az deyil. Hələ də erməniyə işləyənlər, sirlərimizi
onlara çatdıranlar var. Azərbaycandan xeyli uzaqlardan vətənə xəyanət edənlər düşmən
dəyirmanına su tökdüklərini doğrudanmı anlamırlar, yaxud bu qədər nankorlaşıblar?!
Niyə hələ
də müharibə şəraitində yaşadığımızı unuduruq biz? Niyə başa düşmürük ki, düşmənlərimiz
bizim hər bir sözümüzdən öz xeyirlərinə istifadə etməyə çalışırlar?
Qədir TƏRTƏRLİ,
Tərtər Ağsaqqallar
Şurasının sədri