07 Noyabr 2012 12:11
497
Mədəniyyət
A- A+
Görkəmli kimyaçı alim haqqında kitab

Görkəmli kimyaçı alim haqqında kitab

 

Bu günlərdə dünya şöhrətli kimyaçı alim, Azərbaycan SSR Dövlət və iki dəfə SSRİ Dövlət mükafatları laureatı akademik Əli Musa oğlu Quliyevin həyat və yaradıcılığına həsr olunmuş "Akademik Əli Quliyev" adlı yeni kitab işıq üzü görmüşdür. Alimin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınmış əsərin müəllifi Rəsul Rəxşanlıdır.

Kimya elmləri doktoru, professor Əli Quliyev zəngin həyat yolu keçmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi ikən müəllimi, görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbəri olduğu laboratoriyada çalışmağa başlamışdır. 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərkən o, artıq assistent vəzifəsində işləyirdi. İkinci dünya müharibəsi ərəfəsində Y.Məmmədəliyevlə birgə yüksək keyfiyyətli aviasiya yanacağının alınması sahəsində çalışmışdı. Ə.Quliyev bu illərdə müstəqil surətdə partlayıcı və yandırıcı maddələr, tibb preparatları və dərmanların alınması sahəsində tədqiqatlar aparmış, uğurlu nəticələr əldə etmişdir.

Müharibədən sonra dövlət alim və mütəxəssislərin qarşısına aşqarların yaradılması və istehsalının təşkili kimi həyati vacib məsələnin həllini qoymuşdu. Bu məqsədlə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda aşqarlar laboratoriyası yaradılmış və gənc alim Əli Quliyev bura müdir təyin olunmuşdu.

Aşqarlar kimyası və texnologiyası ötən əsrin əvvəllərində yaranmış və təşəkkül tapmış elm sahələrindəndir. Nəqliyyat, maşın və mexanizmlər mürəkkəbləşdikcə və şimala doğru irəlilədikcə o zaman yeni problemlər ortaya çıxırdı. Onları həll etmək üçün xüsusi xassələrə malik kimyəvi maddələr, yəni aşqarlar lazım idi. Müxtəlif xassəli aşqarlar sintez etmək, sınaqdan çıxarmaq, yeni texnologiyaları işləyib hazırlamaq və istehsalını təşkil etmək kimi problemlər qarşıda dururdu. Məhz bu elmi-praktik məsələlərin həllindən sonra aşqarları əldə etmək mümkün idi.

Yenicə ortaya çıxmış aşqarlar kimyası və texnologiyası sahəsində tədqiqata başlayaraq dünya şöhrəti qazanmaq məhz Ə.Quliyevə də nəsib oldu. Böyük xidmətlərinə görə alim SSRİ Dövlət mükafatı laureatı oldu.

Beləcə, tədqiqatlarını uğurla davam etdirən Ə.Quliyevin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə bir çox aşqarlar yaradıldı, istehsalı təşkil edildi. Sənayenin, nəqliyyatın müxtəlif sahələri lazımi aşqarlarla təmin olundu. Xarici ölkələrdən asılılıq xeyli azaldı. Lakin problemlər bitmək bilmirdi, əksinə, yeniləri ortaya çıxırdı. 1965-ci ildə keçmiş SSRİ-də ilk dəfə olaraq məhz Bakıda Ə.Quliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutu təşkil olundu. Hazırda AMEA-nın bu institutu görkəmli alimin adını daşıyır.

Fəxrlə qeyd etmək lazımdır ki, akademik Əli Quliyevin rəhbərliyi və iştirakı, onun başçılıq etdiyi alim və mütəxəssislərin gərgin əməyi ilə yaradılmış aşqarlar keçmiş SSRİ-də istehsal edilmiş aşqarların 20 faizini təşkil edirdi. Bu isə olduqca böyük rəqəmdir.

Alimlərimizin həyat və yaradıcılığını əks etdirən bir-birindən maraqlı kitabların müəllifi olan Rəsul Rəxşanlının qələmə aldığı kitabda görkəmli kimyaçı alimin həyat və yaradıcılığı dolğun şəkildə işıqlandırılmışdır.

Kitabda alimin aşqarlar probleminin həlli, tədqiqatlarının nəticələrinin sənaye müəssisələrində tətbiqi, gənc mütəxəssislər və elmi kadrların hazırlanması sahəsindəki xidmətləri, gözəl müəllimliyi və elmi rəhbərliyi, qayğıkeş ailə başçısı olması maraqlı faktlar və epizodlarla qələmə alınmışdır. Onun neçə-neçə uğurlu əsəri Azərbaycan və rus dillərində keçmiş SSRİ-nin müxtəlif şəhərlərində nəşr olunmuşdur. Onlardan bəziləri isə digər xarici dillərə tərcümə edilmişdir. Kitabın maraqlı məziyyətlərindən biri də Əli müəllimin vətənpərvər və poeziya vurğunu olmasının oxucuya çatdırılmasıdır. Yeri gəldikcə, müəllif bəzi önəmli xatirələri şeir parçaları ilə yada salır.

Görkəmli alim və gözəl müəllimimizdən bəhs edən kitabın redaktoru akademik V.Fərzəliyevdir.

 

Həqiqət CAVADOVA,

AMEA-nın Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!