23 Avqust 2020 00:20
30985
Mədəniyyət
A- A+
Ginnesin Rekordlar Kitabı

Ginnesin Rekordlar Kitabı


Dünyanın möcüzələri ilə yanaşı, onun rekord həddində olan hadisələri də yadda qalır. Rekordların bir araya toplanması ideyası isə 1955-ci ildə ağıla gəlib. Qeyri-adiliyi ilə yadda qalan həmin hadisələr bir yerə toplanaraq "Ginnesin Rekordlar Kitabı” (ing. The Guinness Book of Records) adlanıb ki, insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. Kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness” pivə zavodunun sifarişi ilə nəşr olunub.

Maraqlıdır, pivə zavodu ilə "Ginnesin Rekordlar Kitabı”nın nə əlaqəsi ola bilər? Verilən məlumatlara görə, zavodun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxıb. Ovda onların arasında "qızılı cüllüt”ün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə yaranıb.

Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, haqlı haqsızı müəyyənləşdirə bilməyib. Bundan sonra ser Hyu Biver belə bir "soraq” kitabını tərtib etdirməyi qərara alıb.

İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırıb. 1954-cü ildə soraq kitabının ilk variantı hazırlanıb çap edilir və onun1000 nüsxəsi pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə kitab formasında 197 səhifəlik ilk nəşri çapdan çıxıb satılmağa başlanır. Deyilənlərə görə, Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları "Ginnesin Rekordlar Kitabı” tutub. 1956-cı ildə kitab ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılıb.

Birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən "Guinness World Records Limited” şirkəti yaradılıb. Sonradan kitabın çap hüququ da bir neçə dəfə satılıb. 1995-ci ildə onun konsepsiyası dəyişib: yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib.

Hazırda "Ginnesin Rekordlar Kitabı” dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşridir. Kitab sahibləri iddia edirlər ki, onlar müəlliflik hüququ ilə qorunan və ən çox satılan kitabdır.

Azərbaycanla bağlı rekordlar da kitabda öz əksini tapır. 28 oktyabr 1995-ci ildə "Ulduz” və "Nərimanov”metrostansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfərin isə xəsarət alması kitabda əksini tapıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşüb.

Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan və həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri çəkməyə həsr etmiş Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.

Lənkəran rayonunun Aşağı Nüvədi kəndinin 7 yaşlı sakini Ələsgər Rəhim oğlu Həsənzadə isə "Ginnesin Rekordlar Kitabı”na düşən ən azyaşlıdır. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərtilə 3 min dəfə qalxıb enir. Bununla da adı kitaba düşüb. Bunlardan başqa, Neft Daşları "Ginnesin Rekordlar Kitabı”nda adı ən birinci dəniz neft platforması kimi tanınır. İçərişəhərdə fəaliyyət göstərən "Miniatür Kitab Muzeyi”, həmçinin 168 il yaşamış azərbaycanlı - Lerik sakini Şirəli Müslümov da uzunömürlülüyünə görə bu kitaba adı düşənlərdəndir.

Etibar Elçiyev Budaqlı dünyada beşqat rekordçudur. Gürcüstanın Borçalı mahalında yaşayan soydaşımızın da adı 2013-cü ildə rekordçular kitabına əlavə edilib. "Maqnit adam” Gürcüstanda "İlin rekordçusu” elan olunub. O, İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallarla təltif olunub. Etibar növbəti dəfə bədəni ilə 150 kq-a qədər çəki qaldırmaq fikrində olduğunu bildirib.

Xatırladaq ki, "Ginnesin Rekordlar Kitabı” bir il əvvəl hazırlanır və növbəti il başlanan kimi təqdimatı keçirilir.

M.NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!