16 Mart 2024 09:00
949
İQTİSADİYYAT
A- A+
Gəncədə qaz sayğaclarının istehsalına başlanılıb

Gəncədə qaz sayğaclarının istehsalına başlanılıb

 

Gəncədəki Cihazqayırma Zavodunda qaz sayğaclarının istehsalına başlanılmışdır. Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov zavodda yeni yaradılmış istehsal kompleksi ilə tanış olmuşdur. 
Zavodun beynəlxalq iqtisadi əlaqələr üzrə müdiri Emil Paşazadə fəaliyyətləri və əldə olunan yeni anlaşmalar barədə məlumat verərək bildirmişdir ki, burada istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən, SOCAR müəssisədə mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul etmişdir. Qeyd olunmuşdur ki, "Azəriqaz" İstehsalat Birliyi ilə Gəncə Cihazqayırma Zavodu arasında mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanmışdır: "Əldə olunan razılığa əsasən, Gəncə Cihazqayırma Zavodu birinci il 200 min, növbəti illərdə isə 400 min sayğac istehsal edəcək. Bununla əlaqədar olaraq, zavodda sahəsi 1000 kvadratmetrdən çox olan yeni istehsal kompleksi inşa edilib. Kompleksə 25 min qaz sayğacının komplektləşdirici hissələrinin yığılacağı anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz olunmuş sex, qablaşdırma sahəsi və hazır məhsullar anbarı yaradılır ki, bütün bunlar ildə 500 minədək qaz sayğacı istehsal etməyə imkan verəcək".
Hazırda müəssisədə sayğacların istehsalında əksəriyyəti qadın olan 30-dan çox işçi çalışır. Metal emalı, plastik kütlənin tökülməsi və boyama üzrə müasir texnologiyalara və kifayət qədər istehsal sahəsinə malik olan zavod perspektivdə sayğacların hissələrinin istehsalını lokallaşdırmağı planlaşdırır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!