01 İyun 2025 10:25
1029
Mədəniyyət
A- A+
Gəlin ilin bütün günlərini 1 İyun elan edək

Gəlin ilin bütün günlərini 1 İyun elan edək


Dünyada uşaq gülüşündən, cocuq təbəssümündən, körpə qığıltısından təmiz, şirin, həzin, başqa nə isə varmı? Nə isə varmı ki, bu qığıltını, bu gülüşü, bu təbəssümü əvəz eləsin? Təbiidir ki, yoxdur. 

Uşaq səsi, körpə qığıltısı əvəzolunmazdır, təkrarsızdır, bənzərsizdir, qənirsizdir. Körpələrin qığıltı və gülüşü yer üzünün hər tərəfinə sanki sülh nəğməsi, əmin-amanlıq himni kimi yayılır. Həmin anlarda bu səsi eşidən, bu kövrək qığıltını duyan silahlar  susub dayanmalıdır. Hər yer, hamı bu gülüşün, bu qığıltının sehrinə dalmalıdır. Onda yer üzünün də, onun üstündə yaşayan insanların da çöhrələrinə təbəssüm qonur, hər tərəfə sevinc süzülür.

Çox gözəl deyiblər ki, uşaqlar gülərsə, dünya gülər, dünyanın hər tərəfinə sülh, əmin-amanlıq toxumları səpilər. Deməli, xalqların sevinməsi, yaşaması, sabahlara addımlaması, barış, sülhün olması üçün körpə gülüşü, təbəssümü lazımdır. Dünyamızın da uşaqların gülüşündən, qığıltısından xoşu gəlir. Sanki bu səsdən, bu qığıltıdan onun qəddi bir az da dikəlir. 

Amma uşaqların gülməsi, sevinməsi üçün onlara diqqət və qayğı lazımdır. Onda uşaqların qayğısız gülüşü daha şirin, daha əziz, daha təmiz olur. Onda böyüklərin də qəlbi, ürəyi sevincə, fərəhə qucaq açır, qəm, kədər yox olur, silahlar susur, çöhrələrə yalnız təbəssüm hakim kəsilir. 

Bəlkə də buna görə bir-birindən gözəl parklarda, xiyabanlarda gəzişəndə, küçə və prospektlərdən keçəndə üz-üzə gəldiyimiz uşaqların yerişi, duruşu, qaçışı, danışığı, ürəkləri sehrləyib əbədi nəğməyə dönən səsi, ürkək baxışı, qəlbimizə bulaq suyu kimi hopan gülüşü, əsəb gətirməyən dəcəlliklərindən doymaq olmur. Bütün bunlar ürəyimizdə sevinc toxumları əkir, zövqümüzü oxşayır, könlümüzə sığal-tumar çəkir, uşaqlara, körpələrə olan sevgimizi artırır. Bu sevgi sanki əlimizdən tutub bizi ömrümüzün qayğısız uşaqlıq illərinə aparır, asta-asta, həzin-həzin xatirələrin vərəqlərini bir-bir dartıb qoparır. 

Uşaqların sağlam, gümrah, şən böyümələri üçün qayğıya, diqqətə həmişə ehtiyacları olub. Buna görə də böyüklər diqqətlərini, qayğılarını heç vaxt onlardan əsirgəməyiblər, gözlərini heç vaxt onların üzərindən  çəkməyiblər. İlimizin 365 gününün isti bir yaz günü - iyunun 1-i o üzdən gələcəyimiz olan uşaqlara həsr olunub. Bu günü böyüklü-kiçikli hamı bayram edir, deyir, gülür, şənlənir. Həmin gün bütün diqqətlər uşaqlara, körpələrə yönəlir. Bu diqqətdən, qayğıdan onların çöhrələrinə sevinc, şadlıq ələnir. Gözlər, baxışlar sevincə, fərəhə bələnir. Bayram günündə uşaqlarla bərabər, böyüklərin də ovqatı yüksəlir. 

Gəlin ilimizin hər gününü 1 iyun elan edək. Gələcəyimizin yollarından qanqalları, tikanları təmizləyək, yerində güllər, çiçəklər əkək. Qoy gördükləri gözəl-gözəl mənzərələrdən uşaqların qəlbi fərəhlə dolsun, sevincləri bol olsun. Dünyamızın da üzü gülsün, səmalardan uşaqların çöhrələrinə yalnız və yalnız sevinc, təbəssüm tökülsün.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!