10 Aprel 2022 02:14
1274
Mədəniyyət
A- A+
“Gazelli Art House” Aida Mahmudovanın yeni əsərlərini təqdim edib

“Gazelli Art House” Aida Mahmudovanın yeni əsərlərini təqdim edib

 

“Gazelli Art House” Aida Mahmudovanın Alister Hiksin kuratorluğu ilə keçirilən “Liminality” solo-sərgisində yeni əsərlərini böyük məmnuniyyətlə təqdim edib.

AZƏRTAC xəbər verir ki, A.Mahmudova sürətlə müasirləşən ölkəsinin unudulmuş və əlçatmaz guşələrindən bəhs edərək incəsənətdən bu misilsiz mühitdə mövcud olmaq və yaşamaq üçün stabillik hissini ifadə etmək məqsədilə istifadə edir. İncəsənət sərhəd tanımır və rəssama fərqli kommunikasiya üsullarından istifadə etmək imkanı verir.

Rəssam məkan anlayışını dərindən araşdırır. Mahmudova bunu belə izah edir: “Biz məkandayıq, paralel dünyalarda mövcudluğumuzu saxlayırıq və məkan bizim daxilimizdədir”. Məkan reallıq və illüziyalar haqqında təsəvvürləri formalaşdıraraq insanın maddi və ya mənəvi olduğu yer ola bilər. Mark Ojenin “yersizlik” konsepsiyasında insan münasibətlərinin insan qavrayışları ilə kəsişmə nöqtəsi kimi keçid və ya hüdudların kandarında olmaq ideyası qismən nəzərdən keçirilir.

Mahmudova şəxsi və ictimai, yer və yersizlik, məkan və məkansızlıq ideyalarının qarşılaşdırılması ilə məşğuldur. Mark Ojenin yersizlik konsepsiyası keçid ideyasını araşdırır, məkansızlıq ziddiyyətli “ev” və mənsubiyyət hissinə əks gələrək “yuva qurmaq” ideyasını inkar edir. Bu məkan hər kəs üçün bərabər şəkildə yad olsa da, kimsə özünü burda “nisbətən rahat” hiss edə bilər.

Mahmudova sərhədlər və ya əksliklərin qarşılaşması, hüdudların aşılmasını işıqlandıraraq keçidin baş verdiyi və istiqamətin itirildiyi məkanları araşdırır. Əsası Arnold Van Gennep tərəfindən qoyulmuş keçid mərasimləri (1909) insan həyatının üçmərhələli keçiddən ibarət olduğunu ifadə edir.

Burada sərhəd keçidin özüdür. Sərhədlərin üfüqü həm məkan, həm də zaman ölçülərinə malikdir və müxtəlif subyektlərə  - insanlara, icmalara, cəmiyyətlərə və sivilizasiyalara şamil edilə bilər. Təbiət isə, əksinə, stabillik, zamansızlıq və açıq məkan hissinə malikdir. Mahmudova ilham mənbəyi kimi tez-tez təbiətə müraciət edir.

“Hər şey rəssam və mühitdən asılıdır. Mənimlə ətrafımdakılar arasındakı bitməyən münasibətlər əbədi söhbəti xatırladır. Hər iki tərəf bütün varlığı ilə iştirak edir. Hərəkətin özü təmiz yaradılış aktı forması alır. Bu isə öz növbəsində sənə qarşında açılan yeni üfüqlərlə həqiqi və sərbəst ünsiyyətdə olmaq kimi unikal imkan verir. O, bizi indiki zamanda əlaqələndirir və birləşdirir, bizə çoxtərəfli, gözlənilməz və gözəl nəticələr verir”,- deyə Aida Mahmudova bildirib.

Sərgi mayın 14-dək sənətsevərlər üçün açıq olacaq.

Qeyd edək ki, əsası 2010-cu ildə Mila Əsgərova tərəfindən qoyulmuş Londondakı “Gazelli Art House” dünyanın müxtəlif guşələrindən olan rəssamları dəstəkləyərək, incəsənət fəaliyyətinin zirvələrinə çatmış sənətkarlara xüsusi diqqət göstərərək, onların əsərlərini yeni auditoriyalara təqdim edərək Meyferə yeni perspektiv gətirib. Bakıda da təmsil edilən qalereya bu coğrafiyanı birləşdirən zəngin linqvistik, dini və tarixi bağların daha dərindən anlaşılması üçün Azərbaycan və qonşu ölkələrin incəsənətinin təşviq edilməsi üzərində çalışır. Qalereya 2015-ci ildən başlayaraq GAZELL.iO onlayn platforması vasitəsilə rəqəmsal incəsənət sahəsində çalışan sənətkarları da dəstəkləyir. Yaxın keçmişdə - 2020-ci ildə qalereyanın GAZELL.iO Layihə Məkanı və Virtual Reallıq Kitabxanası yaradılıb. Bu, Meyferdə rəqəmsal incəsənətə həsr edilmiş ilk daimi incəsənət evidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!