06 Dekabr 2023 18:51
481
İDMAN
A- A+

FIA-nın tədbirləri çərçivəsində Bakıda idman avtomobillərinin sərgisi olub

 

Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.

AZƏRTAC xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanıblar. Həmin həvəskarlardan biri paytaxt sakini Rəvan Zülfiqarov hər il Azərbaycanda təşkil olunan Formula-1 yarışlarında tamaşaçı qismində iştirak etdiyini söyləyib. O, ölkədə bu kimi tədbirlərin artırılmasının arzuolunan olduğunu da vurğulayıb.

Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər. Qonaqlar FIA həftəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər. Ümumilikdə Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.

Bakının möhtəşəm avtomobil tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov bildirib ki, paytaxtda avtomobil idmanında maraqla qarşılanan mükafatlandırma mərasimi təşkil olunacaq: “Bu avtomobilləri idarə edən qalib və yüksək səviyyəli pilotlar dekabrın 8-i reallaşacaq tədbirdə iştirak edəcəklər. Mərasimdə onlara il ərzində qazandıqları kuboklar təqdim ediləcək. Çox sevindirici haldır ki, keçən il Beynəlxalq Avtomobil Federasiyasının üzvləri bu tədbirin keçirilməsi üçün məhz Bakını seçdilər və hazırda 128 ölkənin milli federasiyalarının nümayəndələri paytaxtımızın gözəlliyi ilə yaxından tanış olurlar. Bu tədbir ölkəmizə gələn turistlərin sayının artmasına da təkan yaradacaq. Belə bir tədbirin Azərbaycanda gerçəkləşməsinin avtomobil idmanına da böyük töhfəsi olacaq”.

Fərid Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə və Heydər Əliyev Mərkəzində bu tədbirin keçirilməsinə dəstək olduqlarına görə təşəkkür edib.

Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülür, təlimlər keçirilir, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, azərbaycanlı təmsilçilərin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.

Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video