13 May 2016 09:05
175
Mədəniyyət
A- A+
“Eurovision-2016” mahnı müsabiqəsinin final mərhələsində iştirak edəcək növbəti 10 ölkənin adı bəlli olub

“Eurovision-2016” mahnı müsabiqəsinin final mərhələsində iştirak edəcək növbəti 10 ölkənin adı bəlli olub

Mayın 12-də İsveçin paytaxtı Stokholmdakı “Qlobe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, xüsusi performansla iştirakçı ölkənin hər birinin adını səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılar üçün möhtəşəm şou nümayiş etdiriblər.

On səkkiz ölkənin iştirakı ilə keçirilən ikinci yarımfinalda səhnəyə ilk olaraq Latviyanı təmsilçisi Jasts Sirmais çıxıb. Ölkəsini “Heartbeat” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş etdirilib.

Sonra Polşanın gənc, istedadlı müğənnisi Maykl Szpak, İsveçrədən Kristina Mariya Rikka, İsraildən Hovi Star, Belarusdan Aleksandr İvanov, Serbiyadan Zaa Sanya Vucic, İrlandiyadan Nayk Barni, Makedoniyadan Kaliopi, Litvadan Donni Montel, Avstraliyadan Dami İm, Sloveniyadan Manuela, Bolqarıstandan Poli Genova, Danimarkadan “Lighthouse” qrupu, Ukraynadan Jamala, Norveçdən Aqnete, Gürcüstandan Nika Koçarov və “Lolitaz” qrupu öz ifalarını təqdim ediblər.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou təqdim olunub. Konsertdə diqqəti cəlb edən maraqlı məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən ölkələrin görüntülərində təmsilçilərin iştirakı olub. Müsabiqədə tətbiq olunan yeni qaydalara əsasən böyük beşlik ölkələrindən olan Böyük Britaniya, Almaniya və İtaliya təmsilçiləri zalda canlı iştirak ediblər, ifalarının isə videoçarxı tamaşaçılara nümayiş etdirilib.

Yarımfinal mərhələsində iştirak edən 18 ölkə təmsilçilərinin çıxışlarından sonra 15 dəqiqə ərzində iştirakçılara səs göndərmək mümkün olub. Sonra səsvermənin nəticələri elan edilib. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. İkinci yarımfinaldan finala vəsiqə qazanan ölkələrin sıra ardıcıllığı belədir: Latviya (1), Gürcüstan (2), Bolqarıstan (3), Avstraliya (4), Ukrayna (5), Serbiya (6), Polşa (7), İsrail (8), Litva (9) və Belçika (10).

Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar.

Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 14-də Avropanın “Bir araya gələk” devizi altında təqdim olunacaq 61-ci “Eurovision” mahnı müsabiqəsinin finalında çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.

Müsabiqənin ikinci yarımfinalı dünyanın 50-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!