15 Dekabr 2024 08:35
1439
Mədəniyyət
A- A+
Əsri qabaqlayan alimin xatirəsinə

Əsri qabaqlayan alimin xatirəsinə


Ekologiya və ətraf mühit haqqında biliklərin yaranma tarixi qədim olsa da, həmin sahə elmlərin və bəşəriyyətin tarixi kimi mürəkkəb, çətin inkişaf yolu keçmişdir. Hər bir tarixi mərhələdə ekologiya və ətraf mühit haqqında baxışların tarixin inkişaf mərhələlərindən boylanması, həyatıdərkə, idarəetməyə, elmlər sisteminə və sairə müsbət təsir göstərmişdir. 

Həyatın keçməkeşli anları, elmə və mədəniyyətlərə, idarəetməyə vaxtaşırı ziyanlar vurduğu kimi göstərilən sahələrin də süqutu ölçüyəgəlməz dərəcədə elm sahələrinə böyük zərbə olmuşdur. Ekologiya və ətraf mühit sahəsində oyanış Azərbaycanda 1970-ci illərdən ağsaqqal alim, akademik Həsən Əliyevin səyi və zəhməti nəticəsində yaranmışdır.

Ekologiya və ətraf mühitə dair oyanışı, fundamental elm sahələrinə yiyələnən, böyük təcrübəyə malik, İkinci Dünya müharibəsinin od-alovlarından, repressiyadan keçən, eyni zamanda güclü vətən sevgisi olan insanlar yarada bilərdi. Öz səyi ilə belə ağır, lakin çox şərəfli işi üzərinə götürən akademik Həsən Əliyev olmuşdur. 

Onun əmək fəaliyyətinin birinci dövründə (1930-1950) Azərbaycanın təbii şəraitinin tədqiqat sahələri istiqamətləndirilmişdir. Eləcə də meşələrin kənd təsərrüfatında məhsuldarlığa təsiri ideyaları, meşə-meliorasiyanın yaradılması, zonalar üçün ağac növlərinin seçilməsi, nəhayət, Meşəmeliorasiya İnstitutunun yaradılması ilə həyata keçirilmişdir. Burada torpaq eroziyası üzrə tədqiqatlar da aparılırdı.

Həsən Əliyev fəaliyyətinin ikinci mərhələsində (1950-1970-ci illərdə) elmi tədqiqatlarını davam etdirməklə məharətli elm təşkilatçısı kimi də fəaliyyət göstərmişdir. Alimin Meşə Təsərrüfatı və Aqromeliorasiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında böyük əməyi olmuşdur. Onun təşəbbüsü ilə 1955-ci ildə keçmiş SSRİ Elmlər Akademiyası sistemində ilk dəfə Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət Heyəti yanında Təbiəti mühafizə şöbəsi yaradılmışdır. Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə bir neçə şöbə, eləcə də Təbiəti mühafizə şöbəsi təşkil edilmiş, həmin istiqamətdə də yeni kompleks elmi-tədqiqat işləri aparılmağa başlamışdır.

Fəaliyyətinin üçüncü mərhələsində (1970-1990) Azərbaycanda ekoloji problemlərin və təbiəti mühafizə məsələlərinin kompleks tədqiqinin əsaslarının yaradılmasına başlamışdır. Azərbaycan təbiətinin mühafizəsində meşələrin salınması və qorunmasına, meşə-meliorasiya işlərinə xüsusi önəm vermişdir. Həmin dövrdə 14 qoruq yaradılmışdır. Onun da 7-si Həsən Əliyevin səyi, təklifi və təkidi ilə həyata keçirilmişdir.  Azərbaycan  təbiətinin mühafizəsində meşələrin salınmasına və qorunmasına, meşə-meliorasiya işlərinə xüsusi önəm verilmişdir. 

Akademik Həsən Əliyevin təbiətlə bağlı yaratdığı elmi məktəblərdə onun rəhbərliyi ilə 40-a qədər elmlər namizədi, elmlər doktoru əzmlə fəaliyyət göstərmiş və uzun müddət direktoru olduğu Coğrafiya İnstitutunun bütün şöbələrinin elmi fəaliyyəti ekoloji məsələlərlə əlaqələndirilmişdir.

AMEA sistemində ilk Təbiəti mühafizə şöbəsi Coğrafiya İnstitutunun nəzdində yaradılmış, ilk ekoloq-təbiətşünas alimlər məhz həmin elmi-tədqiqat institutunda hazırlanmışdır.

Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə sahələrində eimi tədqiqatların, tətbiqi sahələrin, kadr hazırlığının geniş miqyasda dövlət səviyyəsində idarə edilməsinə 1970-ci illərdən başlanmışdır. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi böyük nəticələrlə müşayiət olunmuşdur. Təkcə onu demək kifayətdir ki, keçən dövrlərdə (1970-1980; 1992-2002-ci illərdə) ekologiya və ətraf mühiti mühafizə ilə əlaqədar bir çox qanunlar qəbul edilmiş, 30-a yaxın fərman və hüquqi sənədlər imzalanmışdır.

Akademik Həsən Əliyev BDU-da Ekoloji təmayüllü kafedranın açılması təklifini vermişdi. Təhsil Nazirliyinin ovaxtkı rəhbərliyi, eləcə də BDU-nun rektorluğu 1980-ci ildə Geologiya-coğrafiya fakültəsində Ətraf mühitin mühafizəsi (ƏMM) və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının yaranmasına çalışmış, həmin sahədə kadr hazırlığına başlanılmışdır. Kafedraya professor F.Hacıyev rəhbərlik etmişdir. Bir ildən sonra yüksək vəzifəyə irəli çəkilməsi ilə əlaqədar kafedraya rəhbərlik Ş.Göyçayskiyə  həvalə olunmuşdur. Kafedra əməkdaşları ətraf mühiti mühafizə sahəsində, elmin və tədrisin təşkilində əzmlə çalışmışlar. Qısa vaxt ərzində ekoloji təmayüllü kafedra respublikada təhsil sistemində elmi-metodiki mərkəz, Zaqafqaziya respublikaları ali məktəbləri arasında regional mərkəz kimi də fəaliyyət göstərmişdir. 

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə respublika rəhbərliyinə qayıtdıqdan sonra ekologiya və ƏMM məsələlərinin həyata keçirilməsinə də xüsusi diqqət göstərirdi. Eyni zamanda bu məsələlərin sosial-iqtisadi islahatlar dövründə həyata keçirilməsi təhsil sisteminin yeniləşdirilməsini tələb edirdi. 1999-cu ildə ölkədə təhsil islahatlarına başlanıldı, 2003-cü ildə ekoloji təhsil və ekoloji maarifləndirmə sahəsi ilə əlaqədar dövlət başçısı fərmanlar imzalamışdı. Bütün bunlar ümumi kadr hazırlığı, eləcə də ekologiya və ətraf mühiti mühafizə sahəsində mühüm əhəmiyyət kəsb edirdi. 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni strukturda yaradılması haqqında fərman imzalandı. Tədricən "Əsrin kontaktı"nın həyata keçirilməsi ilə neft və qaz kəmərlərinin çəkilməsi və digər ekoloji təmayüllü layihələrin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə Azərbaycan alimlərinin fəaliyyətini daha da stimullaşdırdı.

BDU-nun Ətraf mühiti mühafizə kafedrası əməkdaşları yüksəkixtisaslı kadr hazırlamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Plan komitələrinin layihə institutları və digərləri ilə birlikdə təsərrüfat müqaviləli işlərdə və dövlət əhəmiyyətli proqramların yerinə  yetirilməsində iştirak edirdilər. 

Azərbaycanda təbii resursların qiymətləndirilməsi və onlardan istifadənin genişləndirilməsi ilə əlaqədar dövlət səviyyəsində ətraf mühiti mühafizə və təbiəti bərpa məsələlərinə də ehtiyac yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyev tərəfindən təsdiqlənən dövlət proqramlarının həyata keçirilməsinə, insan kapitalına önəm verilməsinə, dayanıqlı inkişafın əsas prioritet kimi qəbul edilməsinə və bu sahədəki fəaliyyətin genişləndiriləməsinə xüsusi önəm verilmişdir. Ekologiya və ətraf mühiti mühafizə sahəsində fərmanların verilməsi, strateji əhəmiyyətli fəaliyyət Prezident İlham Əliyevin ugurlu ekoloji siyasəti ilə ümumi fəaliyyəti stimullaşdırmışdır.

Müasir ekoloji anlayışların elmi və praktiki məzmunu yeni metodoloji yanaşma tələb edir. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları bu sahədə də fəallıq göstərmişlər. Onların sırasında "Ekoloji tutum" konsepsiyasının Azərbaycan şəraitinə uyğunlaşdırılması; torpaqların təsərrüfat təyinatında ətraf mühitin nəzərə alınması; əkin sahələrindən ildə iki-üç dəfə məhsul götürülməsi və sairə kimi mütərəqqi ideyalar ekoloji tələblərə uyğun qiymətləndirilirdi. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları son dövrə qədər bu sahə üzrə tədqiqat planına müvafiq olaraq müvafiq mövzular, təsərrüfat müqaviləli elmi-tədqiqat işləri, kompleks proqramlar və qrantlar yerinə yetirmişlər.

Prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etdi. Həmin ildə BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsi təşkil edildi. Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə Ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Coğrafi ekologiya kafedrası adlandırılaraq Ekoloji kimya, Bioekologiya, Torpaqşünaslıq, Yer quruluşu və torpaq kadastrı kafedraları ilə birlikdə fəaliyyət göstərir. Bu kafedralar ekologiyanın böyük hissəsini əhatə etməklə həmin sahədə kadr hazırlığının mühüm istiqaməti kimi formalaşdırılmışdır. Ekologiya elminin sistemli inkişaf etdirilməsi və bu sahədə kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Ekologiya və torpaqşünaslıq fakültəsində və digər fakültələrdə qlobal və kosmik ekologiya, təkamül ekologiyası, struktur ekologiya, nanoekologiya, tətbiqi ekologiya və sair sahələrə xüsusi önəm verilməkdədir. 

Azərbaycan ekologiya və ətraf mühiti mühafizə sahəsində fəaliyyətə başlayan ilk ölkələrdən olmuş, hazırda da həmin sahədə öndə gedir. Böyük alim, akademik Həsən Əliyevin ruhu  şaddır ki, BMT-nin iqlim dəyişiklikləri üzrə ölkələrarası çərçivə konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumun növbəti 29-cu konfransı Bakıda keçirilmişdir. Bu, Azərbaycan Respublikası rəhbərliyinin, idarəedici qurumların, elm və təhsil sahələrinin işgüzar fəaliyyətinin 1970-ci illərdən Azərbaycanda başlanan və daha sonra Prezident İlham Əliyevin ekoloji sahədə fundamental siyasətinin nəticəsidir. Cop29 əvvəlkilərdən fərqli olaraq daha çox əhatəli, konstruktiv və işgüzar keçmişdir.

Konfransın funksiyası yalnız havanın karbon emissiyalarından təmizlənməsi və iqlimin sağlamlaşdırılmasından ibarət deyildir. Konfrans dünya xalqlarına, aparıcı qüvvələrə iqlimin planetdə, onun regionlarında mühit yaratma əhəmiyyətini, təbiətin və bəşəriyyətin təkamülləşməsində mühüm aparıcı rola malik olmasını xatırladır. Ən önəmli cəhətlərdən biri də ondan ibarətdir ki, COP29-un keçirilməsi bir daha inam yaratdı ki, ekoloji mədəniyyətlər indiyə qədər yaranan və fəaliyyətdə olan mədəniyyətlərdən öndə getməlidir. 


Şövqi GÖYÇAYSKİ, 

Bakı Dövlət Universitetinin professoru,


Sevda İSKƏNDƏROVA,

pedaqogika üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!