30 İyun 2019 00:49
1569
İQTİSADİYYAT
A- A+
Əsrarəngiz təbiət turistləri heyran edir

Əsrarəngiz təbiət turistləri heyran edir


Əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, təbii bulaqlar Tovuzda turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu imkanlardan səmərəli istifadə edən rayon rəhbərliyi də son illər bu sahəyə daha çox diqqət ayırmış, nəticədə yeni istirahət mərkəzləri yaradılmış, rayona dincəlməyə gələn xarici və yerli turistlərin sayı xeyli artmışdır.

Başqa sözlə, turizmin inkişafı ilə əlaqədar Tovuz şəhərinin girəcəyində 5 hektar ərazidə Olimpiya idman kompleksi, onun yaxınlığında 5,2 hektar sahədə beşulduzlu "Ayan Palace” hoteli, karvansara tipli "Qala”, "Şəlalə”, "Üç qala” kompleksləri tikilmiş, 10,4 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmışdır.

Rayon tarixi abidələr baxımından da turistlər üçün maraqlıdır. Aşağı Quşçu kəndi ərazisində yerləşən, miladdan əvvəl VI minilliyə aid Göytəpə yaşayış məskəni və onlarca digər qədim tarixi abidələrə olan maraq turizm imkanlarını xeyli genişləndirmişdir. Turistləri məlumatlandırmaq məqsədilə yaşayış məntəqələrində ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında məlumatlandırıcı lövhələr vurulmuş, turizm məkanlarına gedən yollara asfalt salınmış, nişanlar quraşdırılmışdır.

Tovuzda turizmdən söhbət düşəndə Xınna dərəsi ilə Əsrik dərəsinin adlarını xüsusilə qeyd edirlər. Təkcə Əsrik dərəsində təxminən 200-ə yaxın bulaq var. Yayın qızmar istisində bu ərazidə mövcud olan sərin hava insanların istirahətinə geniş imkanlar açdığı üçün yay mövsümündə burada minlərlə turist dincəlir. Xüsusilə müstəqillik illərində bu ərazidə turizmin inkişafı üçün böyük işlər görülmüş, dərə boyu istirahət məkanları yaradılmışdır.

Rayon icra hakimiyyətində xarici turistlər üçün yüksək səviyyəli istirahət məkanlarından söhbət düşəndə Xınna dərəsi adlanan ərazidə salınmış yeni "Suyun səsi” istirəhət mərkəzinin adını çəkdilər. Dedilər ki, beşulduzlu hotel səviyyəsində olan mərkəzdə yaradılan şərait həm yerli, həm də xarici turistlərin ən çox maraq göstərdikləri məkanlardandır.

Geniş və rahat asfalt yolla Xınna dərəsinə yollandıq. Yolboyu cərgə ilə sıralanmış Aran, Məşədilər, Yanıqlı, Qozdərə, Böyükxoşdarlı, Sadıxlı və Kecabə kəndlərindən keçib "Suyun səsi” ailəvi istirahət mərkəzinə çatdıq. Bizi istirahət mərkəzinin sahibi Eyvaz Şamiyev qarşıladı. Əslən tovuzlu olsa da, Rusiya vətəndaşıdır. Bu məkana xərclədiyi 7 milyon manat vəsaiti də orada qurduğu bizneslə əldə edib. Öz vətənində belə bir istirahət mərkəzini yaratmaq çoxdankı arzusu olub.

Mərkəzlə yaxından tanış olduq. Hər iş səliqəli və turistlərin ürəyincə yaradılıb. Hər tərəf göz oxşayır. Dördmərtəbəli istirahət mərkəzinin əsas binası eyni vaxtda 200 turistin qalmasına imkan verir. Binada son tamamlama işləri görülür. Tək və ailəvi qalmaq istəyənlər üçün də şərait yaradılıb. Bundan başqa, mərkəzin ərazisində hər bir şəraiti olan 4 kottec inşa edilib. Ən çox diqqətimizi istirahət mərkəzinin ərazisində olan iki çimərlik cəlb etdi. Hər birinin uzunluğu 100 metr, eni 50 metr olan iki hovuzda təhlükəsizlik qaydaları təmin edilib. Hovuzlar Xınna dərəsi boyunca axan Zəyəm çayının üstündə salındığından hər gün suyu dəyişdirilir. Hovuzda 4 qayıq da var.

İstirahət mərkəzinin sahibi dedi ki, tam istifadəyə verildikdən sonra burada müxtəlif attraksionlar, auropark, uşaq üzgüçülük hovuzu inşa ediləcək, atla və mikroavtobuslarla gəzintilər təşkil olunacaq. Turist marşrutlarında Tovuzun tarixi abidələrinə ekskursiyalar və görməli yerlərinə səyahətlər nəzərdə tutulmuşdur.

Mərkəzə uzaq dağlardan içməli su xətti çəkilmiş, qədim üslubda bulaq inşa edilmişdir. Ümumiyyətlə, istirahət mərkəzində səliqə-sahman hökm sürür. İşçi heyəti yüksək təlimlərdən keçmişdir.

İstirahət mərkəzinin inşasına 3 il əvvəl başlanılıb. Keçən ilin yay mövsümündə kotteclər istifadəyə verilib. Bu ildən mərkəz ilboyu turist qəbul edəcək. Çünki istirahət mərkəzi qazla da təmin olunmuşdur. İstirahət məkanı hələ tam hazır olmasa da, keçən il internet portalından məlumat əldə edən insanlar yay istirahətlərini burada keçirmişlər. Gələnlərin əksəriyyəti Türkiyədən, Rusiyadan və Gürcüstandan olub. Tezliklə tam gücü ilə fəaliyyət göstərəcək "Suyun səsi” ailəvi istirahət mərkəzində dincələnlərin sayı dəfələrlə artacaq.

Beləcə, Tovuz respublikamızın turizm mərkəzlərindən birinə çevrilir. Uca dağlar, gur axan çaylar, buz bulaqların suyu, yaşıl örpəyə bürünmüş yamaclar istər yerli və istərsə də xarici turistlərin təbiət qoynunda mənalı istirahətini təmin etməklə yanaşı, onların bu bölgəyə maraqlarını da artırır. Bu işdə Xınna dərəsində istifadəyə verilən "Suyun səsi” ailəvi istirahət mərkəzinin də böyük rolu olacaq.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!