30 Avqust 2021 11:29
647
Mədəniyyət
A- A+
Əsir və itkin düşmüş azərbaycanlılarla bağlı Los-Ancelesdə film hazırlanıb

Əsir və itkin düşmüş azərbaycanlılarla bağlı Los-Ancelesdə film hazırlanıb

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan AZƏRTAC-a bildirilib ki, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Bu səpkidə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən videokadrlar nümayiş etdirilir.

Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 326-sı yaşlı, 267-si qadın və 71-i uşaq olmaqla 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı filmdə qeyd olunur.

Bu səpkidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkilləri nümayiş etdirilir.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycanlıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi qeyd olunur.

Sonda mülki şəxslərin girov götürülməsi və öldürülməsinin ağır hərbi cinayət olduğu vurğulanaraq, itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

BMT-nin digər rəsmi dillərinə (ərəb, çin, fransız, ispan və rus) də tərcümə olunan film 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə geniş yayılıb.

Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/QFTifFysMbQ

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los-Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!