26 İyun 2025 10:00
682
SİYASƏT
A- A+
Ermənistanda dövlət çevrilişinə cəhd göstərilib

Ermənistanda dövlət çevrilişinə cəhd göstərilib


16 nəfər barəsində cinayət işi başlanıb, 14 nəfər saxlanılıb


Ermənistanda müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti genişlənsə də, bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd etsə də, Xocalı soyqırımını törədənlərin və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planlarının həyata keçirilməsi heç də asan deyil.

Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) "Müqəddəs Mübarizə" hərəkatı adı altında fəaliyyət göstərən, ölkədə çevriliş etmək istəyən qruplara qarşı ardıcıl əməliyyatlar keçirir. Xüsusilə keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatı və onun "Srbasan tərəfindən bəxş edilmiş müqəddəs müqavimət" ritorikası İrəvanın siyasi gündəmini alt-üst edib. 

Rəsmi mənbələrə görə, çevriliş cəhdinin arxasında duran qüvvələr əsasən keçmiş oliqarxlar, müəyyən kriminal dairələr və müxalif ruhani çevrələr olub. Onların məqsədi Ermənistan cəmiyyətində xaos və qorxu yaratmaq, hüquqi institutlara güvəni sarsıtmaq və nəticədə dövlətin idarəçiliyini zorla ələ keçirmək olub. Son günlərdə ölkə mətbuatında yer alan xəbərlərdə "Müqəddəs Mübarizə" adlı revanşist hərəkatın fəallarına qarşı keçirilən reydlər və axtarışlar da məhz bu planla əlaqələndirilirdi. Xüsusilə hərəkatın liderlərindən biri - arxiyepiskop Baqrat Qalstanyanın mənzilində aparılan axtarış vəziyyətin ciddiliyini təsdiqləyirdi.

Ermənistan Respublikasının İstintaq Komitəsi hakimiyyət çevrilişinə cəhdlə bağlı bəyanat yayıb. Qeyd edilib ki, müstəntiqin təqdimatı və nəzarəti həyata keçirən prokurorun qərarları əsasında 16 nəfər barəsində cinayət işi başlanıb, vəsatətlər təmin edilib. Hazırda müstəntiqin qərarı ilə 14 nəfər saxlanılıb. 

Nikol Paşinyan öz bəyanatında xalqı ayıq-sayıq olmağa çağırıb və vurğulayıb ki, Ermənistanda hakimiyyət yalnız xalqın iradəsi ilə formalaşır və başqa heç bir qüvvə - nə kilsə, nə köhnə oliqarxlar, nə də xarici maraqlı tərəflər bu prosesi dəyişdirə bilməz: "Biz bir daha sübut etdik ki, Ermənistan artıq əvvəlki Ermənistan deyil. Heç kim xalqa qarşı qiyam qaldıraraq uğur qazana bilməz. Bu ölkədə güc xalqındır və xalqın iradəsini heç kim qıra bilməz".

Ermənistanda ehtiyatda olan polkovnik Miqran Maxsudyan İstintaq Komitəsinə aparılıb. İstintaq Komitəsinin binası qarşısında o bildirib ki, hansı əsasla saxlanıldığını və İstintaq Komitəsinə aparıldığını bilmir. O qeyd edib ki, mənzilində heç bir qanunsuz şey tapılmayıb: "Mesajım odur ki, mübarizəni davam etdirəcəyəm. Sadəcə onu deyim ki, insanlar sakit olsunlar, heç nədən qorxmasınlar".

Bundan əvvəl Maxsudyanın oğlu sosial şəbəkədə paylaşım edərək yazıb: "Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları bizim ailənin İcevan və Voskepardakı evlərində axtarış aparıblar. Axtarış zamanı qanunsuz heç nə aşkar edilməyib. Lakin hakimiyyət atam Miqran Maxsudyanı həbs etməklə qanunsuzluğa əl atıb. Hazırda o, İstintaq Komitəsinə aparılır. Bu, təkcə qanunsuzluq deyil, həm də siyasi təqibin bariz təzahürüdür".

Keçmiş erməni döyüşçü və "Səlibçilər" dəstəsinin yaradıcısı Şahe Atsemyan mövcud vəziyyəti şərh edərək deyib ki, Nikol Paşinyan komanda yoldaşları ilə birlikdə Erməni Apostol kilsəsinə və erməni patriarxa qarşı aktiv kampaniyanı davam etdirir. Paralel olaraq biznesmen və xeyriyyəçi Samvel Karapetyana qarşı kampaniya aparılır: "Nikol Paşinyan və onun komanda yoldaşlarının milli dəyərə, Erməni Apostol kilsəsinə qarşı mübarizəsi sadəcə olaraq gülüncdür və bunun bircə qısa cavabı var. Onların kilsəyə qarşı mübarizəsi çay stəkanındakı fırtınadır, keçib gedər. Bu səlahiyyətlilərin özləri də çay fincanındakı fırtınadır, keçib gedəcək". 

Atsemyan əmindir ki, hakimiyyətin addımları yalnız özünə zərər verəcək, nə kilsəyə, nə də Samvel Karapetyanın reputasiyasına xələl gətirəcək: "Bütün bunlar hakimiyyətin meymunluqlarıdır. Nikol da, partiyası da keçib gedəcək, kilsə sarsılmaz qalacaq".

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana yuvarlanır.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!