20 Sentyabr 2023 09:10
593
SİYASƏT
A- A+
Erməni faşizmi məhvə məhkumdur

Erməni faşizmi məhvə məhkumdur

 

Terrorçuların qanlı əlləri birdəfəlik kəsilməlidir

 

Son iki əsrdə Azərbaycan xalqını ard-arda dəhşətli qətliamlar, soyqırımları ilə üz-üzə qoyan erməni faşistləri beynəlxalq cəzasızlıq mühitindən yararlanaraq bu gün də milli düşmənçiliklərini sürdürürlər və xalqımıza qarşı terror əməllərini davam etdirirlər.

Sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış mina terroru nəticəsində sentyabrın 19-da Xocavənddə azərbaycanlı iki mülki şəxsin və dörd polis əməkdaşının həyatını itirməsi, eləcə də sözügedən tarixdə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində ordumuzun iki hərbi qulluqçusunun yaralanması erməni faşizminin qanlı əllərinin bu günümüzə qədər uzandığının dəhşətli sübutlarıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən gün yaydığı məlumata əsasən, 2023-cü il sentyabrın 19-da saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) əməkdaşlarının olduğu "Shacman Howo" markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər Fərhad Hüseynağa oğlu Quliyev və Samir Sabiroviç Sadıxovun ölməsi müəyyən olunub.

Eyni zamanda ötən gün Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi (DİN) və DTX-nin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, DİN əməkdaşlarının olduğu "KamAZ" markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində AAYDA əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, DİN-in əməkdaşları olan Asim Knyaz oğlu Camalzadə, Ramil Arif oğlu Şirinov, Seymur Elsevər oğlu Mahmudov və Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olmuşlar.

 

Vətən müharibəsindən indiyə qədər 61 nəfər mina partlayışı nəticəsində həlak olub

İşğal dövründə bir milyondan çox mina basdıraraq torpaqlarımızı ölüm zonasına çevirən təcavüzkar Ermənistan 44 günlük müharibədən sonrakı müddətdə də mənfur xislətindən əl çəkməyərək vətəndaşlarımızı mina partlayışlarının qurbanına  çevirir. Kapitulyasiya aktına rəsmən qol çəkdikdən sonra Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ bölgəsindəki tör-töküntülərinə silah-sursat daşıyan Ermənistan bu xain davranışı ilə ölkəmizə qarşı təxribatlara zəmin yaratdı. İşğaldan azad edilən ərazilərdə aşkarlanan minaların 44 günlük müharibədən sonra istehsal olunması da xalqımızı hədəfə alan erməni faşizmini açıq şəkildə ortaya qoydu.

1991-ci ildən bu günə kimi 4400-ə qədər azərbaycanlı Ermənistanın minalarının qurbanı olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər isə ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Xatırladaq ki, cari il sentyabrın 11-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur etmişdilər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 12-də "X" hesabında bildirmişdi ki, Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir.

Ümumiyyətlə, son dövrlər Ermənistan tərəfinin ölkəmizə qarşı hərbi təxribatlarının intensivləşməsi onu göstərir ki, İrəvan üçtərəfli Bəyanatın şərtlərini pozaraq sülhdən yayınır. İndiyə qədər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ bölgəsindən silahlı tör-töküntülərini çıxarmayaraq Ermənistan iki ölkə arasında normallaşmaya əngəl olduğunu, Azərbaycan ərazilərinə iddia etdiyini açıq şəkildə ortaya qoyur. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə mətbuat məlumatında da bildirilir ki, Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, üçtərəfli Bəyanatın

4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır.

 

Beynəlxalq ictimaiyyət erməni terroruna göz yummamalıdır

O da təəssüfləndirici faktdır ki, Azərbaycan xalqına qarşı davamlı olaraq müharibə cinayətləri törədən erməni qatilləri indiyə qədər beynəlxalq hüquqla cəzalandırılmayıblar. Beynəlxalq cəzasızlıq mühitindən yararlanan təcavüzkar Ermənistan və onun yaratdığı qondarma rejim Azərbaycana qarşı hərbi təxribatlar və terror aktları törədir.

Halbuki Azərbaycan 44 günlük müharibənin üzərindən ötən müddət ərzində sülh müqaviləsinin imzalanması istiqamətində kifayət qədər konstruktiv addımlar atıb, üçtərəfli görüşlərdə fəal iştirak edib. Eyni zamanda Bakı Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ardıcıl addımlar atır.

Son olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel olaraq humanitar yüklərin daşınması üçün istifadəyə açılması Azərbaycanın humanizm siyasətinin nümunəsidir. Lakin Ermənistan və qondarma rejim dünyanın gözü qarşısında ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirirlər.

Təəssüf ki, sentyabrın 19-da sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış mina terroru nəticəsində Xocavənddə azərbaycanlı iki mülki şəxsin və dörd polis əməkdaşının həyatını itirməsinə, eləcə də sözügedən tarixdə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində ordumuzun iki hərbi qulluqçusunun yaralanmasına beynəlxalq təşkilatlardan heç bir reaksiya, Ermənistanın törətdiyi terror əməllərini pisləyən hansısa münasibət görmədik.

 

Torpaqlarımıza ərazi iddiası güdənlərin başı əziləcəkdir

Sentyabrın 19-da Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliklərinin təmin olunmasıdır: "Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb".

Ötən gün Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə dair digər məlumatında bildirilir ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq: "Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb".

Göründüyü kimi, Azərbaycan Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyi, ərzaq, tibbi vəsait təminatlarını böyük həssaslıqla və humanizm  prinsiplərinə uyğun təmin edir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!