19 İyun 2025 17:59
253
DÜNYA
A- A+
Ən inkişaf etmiş insanabənzər robot nümayiş olunub

Ən inkişaf etmiş insanabənzər robot nümayiş olunub


İsveçin “Hexagon AB” şirkəti ən inkişaf etmiş insanabənzər robot olan “AEON”u təqdim edib. Bu, “NVIDIA”nın süni zəka və superkompüterlər sahəsindəki təcrübəsi, robototexnika üzrə geniş proqram təminatı və güclü çiplər sayəsində mümkün olub. Geniş sənaye tapşırıqlarını yerinə yetirmək üçün yaradılmış “AEON” avtomobil, nəqliyyat, aerokosmik, istehsalat, anbar və logistika sahələrində istifadə ediləcək. İnnovativ robotun əsas xüsusiyyətlərindən biri onun reallığı rəqəmsallaşdırmaq və obyektlərdən tutmuş otaqlara və ərazilərə qədər hər şeyin rəqəmsal əkizlərini yaratmaq qabiliyyətidir.

“Hexagon AB” 3D skanerləri və lazer məsafəölçənləri ilə tanınır. “İstehsalat və logistika kimi sahələrdə 50 milyon vakant iş yerinin boş qaldığı qlobal işçi qüvvəsi çatışmazlığı şəraitində, ölçmə texnologiyaları sahəsində dünya lideri olan Hexagon şirkəti kömək göstərə biləcək insanabənzər robotlar hazırlayır”, - deyə “NVIDIA”nın bloqunda qeyd olunur. İstehsalçılara görə, “AEON” xüsusilə reallığın tanıması prosesində effektiv olacaq. Bu proses obyektlərin, sənaye məkanlarının və ətraf mühitin avtomatik planlaşdırılması və skan edilməsini, nəticədə 3D modellərin yaradılmasını əhatə edir.

Əldə edilən məlumatlar sonradan “Hexagon”un “Digital Reality” platformasında genişləndirilmiş vizuallaşdırma və əməkdaşlıq üçün istifadə olunur. Bu platforma çərçivəsində “Hexagon Reality Cloud Studio” da fəaliyyət göstərir. Bundan əlavə, robot sənaye və istehsalat mühitində müxtəlif manipulyasiyaları, məsələn, detalların çeşidlənməsi və daşınmasını yerinə yetirə biləcək. Obyektləri skan etmə qabiliyyəti isə detalların yoxlanılmasında, qüsurların aşkarlanması və ya texniki spesifikasiyalara uyğunluğun yoxlanılması kimi məsələlərdə kömək edəcək. Robotun öyrədiləcəyi sənaye əməliyyatları yüksək dəqiqlik tələb edən texniki tapşırıqları əhatə edəcək. Bunlara avadanlıqlarla işləmək, yüksək keyfiyyətli skanerlərlə detalların skan olunması, eləcə də teleoperasiya, yəni operator-insanın robot mexanizmləri vasitəsilə məsafədən müdaxiləsi daxildir.

“AEON”un yaradılması üçün şirkət “NVIDIA”nın 3 hesablama platformasından istifadə edib. Bu platformalar süni zəkanın fiziki sistemlərə inteqrasiyasına kömək göstərib. Xüsusilə, süni zəka ilə təchiz edilmiş superkompüterlər güclü təməl modellərin öyrədilməsi və tənzimlənməsi üçün istifadə olunub.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!