21 Avqust 2020 18:42
672
CƏMİYYƏT
A- A+
Emil Qasımov: Payız-qış aylarında COVID-19-un ikinci dalğası olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik

Emil Qasımov: Payız-qış aylarında COVID-19-un ikinci dalğası olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik


COVID-19 həqiqətən çox fərqli xəstəlikdir və bu xəstələrin ölüm faizi daha yüksəkdir. Koronavirus xəstələrinin müalicəsində nəticələrimiz bir çox inkişaf etmiş ölkələrlə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. Payız-qış aylarında COVID-19-un ikinci dalğası olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, bütün dünyada reanimasiya xidməti çox bahalıdır: "Biz hələ tam sığorta ölkəsi olmasaq da, pandemiya başlayan gündən dövlətin dəstəyini tam hiss etmişik. Reanimasiyada çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlətimiz tərəfindən təmin olunub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!