06 İyul 2024 09:00
738
İQTİSADİYYAT
A- A+
"Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı" mövzusunda görüş keçirilib

"Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı" mövzusunda görüş keçirilib

 

İyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə "Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı" mövzusunda sahibkarlarla görüş keçirilib. 
Görüşdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınması sahəsində görülən işlərdən bəhs edilib,  "Əmək və məşğulluq" altsisteminin (ƏMAS) yenilikləri təqdim olunub. 
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayının hər gün artmaqda olduğunu bildirib. O, Böyük Qayıdış Proqramı üzrə öz torpaqlarına dönən əhalinin məşğulluğunun təmin edilməsində özəl sektorun xüsusi rolunu vurğulayıb, iş adamlarını dövlət-özəl dialoqu çərçivəsində yaradılan yeni e-platformanın imkanlarından yararlanmağa dəvət edib.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında ən önəmli rolun məhz özəl biznesin üzərinə düşdüyünü qeyd edən konfederasiya rəhbəri dövlət tərəfindən həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya yatırması üçün əlverişli mühitin yaradıldığını və bu məqsədlə təşviq proqramlarının həyata keçirilildiyini vurğulayıb.    
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər əmək və məşğulluq sahələrində aparılan islahatları, bu islahatlar prosesində  sosial tərəfdaş olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işləri, bu sahələrdə özəl sektora aid işəgötürənlərlə sosial tərəfdaşlığın önəmini diqqətə çatdırıb. A.Əliyev əmək münasibətləri və məşğulluq xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları qeyd edib. ƏMAS-ın əmək sahəsində bütün münasibətlərin e-platformaya keçidinə imkan verdiyini, yeni "DOST Müfəttiş" layihəsinin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, işçilərin əmək hüquqlarının pozulması hallarının, qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri diqqətə çatdırıb. O, xidmətin işğaldan azad edilmiş ərazilərimizdə də işəgötürənlər və işçilər üçün əmək qanunvericiliyi, əməyin mühafizəsi ilə bağlı apardığı ardıcıl maarifləndirmə işlərini qeyd edib. Bildirib ki, xidmət tərəfindən "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi" üzərindən hər ay monitoriqlər keçirilir və müvafiq tədbirlər görülür. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiqi, bir sıra risklərin və baş  verə biləcək hüquqpozmaların qarşısının vaxtında alınması üçün ƏMAS daim təkmilləşdirilir. ƏMAS-da tətbiq edilən yeniliklər barədə mütəmadi olaraq işəgötürənlərə onlayn və offlayn olaraq təlimlər keçirilir, habelə işəgötürənlərin ƏMAS-ın təkmilləşdirilməsi ilə bağlı təklifləri operativ şəkildə nəzərə alınaraq diqqətdə saxlanılır.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əhalinin məşğulluq imkanlarının artırılması sahəsində icra olunan proqramlar barədə məlumat verib. Bildirib ki, 2018-ci ildən bəri 570 min nəfər münasib işlə təmin edilib, 30 min nəfər peşə hazırlığına cəlb olunub. Təkcə bu ilin 6 ayında 8,5 min nəfər peşə hazırlığına cəlb olunub. İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirlərinə də diqqət çəkən S.Əliyev həmin ərazilərə qayıdan sakinlərdən artıq 2500 nəfərin məşğulluğunun təmin edildiyini, daha 790 nəfərin məşğulluğunun təminatı üçün işlər aparıldığını bildirib.  
Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına "DOST Müfəttiş" layihəsinin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki,  layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyət ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir.  Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır. Layihə həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə yardım edir.
Sonda sahibkarları maraqlandıran çoxsaylı suallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların rəhbər şəxsləri tərəfindən cavablandırılıb.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!