03 Sentyabr 2026 11:30
113
CƏMİYYƏT
A- A+
Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb  

Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb  


Budəfəki konfransımız təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və bərpası üçün humanitar minatəmizləmə məsələsinə həsr olunub. Əsas mesaj çox sadədir: Müharibənin fiziki nəticələri insanların həyatını təhdid etməyə, hərəkət imkanlarını məhdudlaşdırmağa, iqtisadi fəaliyyətə mane olmağa, məcburi köçkünlərin geri qayıdışını ləngitməyə və dövlətlərarası münasibətlərin normallaşmasına mane olmağa davam etdiyi müddətdə sülhü tam bərqərar olmuş hesab etmək olmaz.

Məsələ insanların öz evlərinə qayıda bilib-bilməməsindən, icmaların yenidən qurulub-qurula bilməməsindən, uşaqların məktəbə təhlükəsiz gedə bilib-bilməməsindən gedir. Söhbət sülhün insanların bundan sonra, həqiqətən, yaşaya biləcəyi davamlı bir reallığa çevrilib-çevrilməməsindən gedir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar hələ də susmayıb. Məhz buna görə humanitar minatəmizləmə artıq, sadəcə, humanitar vəzifə deyil. O, sülh quruculuğu vəzifəsinə çevrilib. BMT-nin Sülh Quruculuğu Komissiyası da iki ay əvvəl mina təhlükəsi ilə mübarizəyə dair müzakirələr zamanı minatəmizləmənin sülh quruculuğu, barışıq və bərpa prosesinə imkan yaradan mühüm amil olduğunu qəbul edib: “Məntiq çox aydındır: Təhlükəsizliyi təmin olunmayan torpaq üzərində sülh qurmaq mümkün deyil. Bir ildən bir qədər əvvəl, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi addım atdı. Sülh sazişinin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı, liderlər isə Vaşinqton Birgə Bəyannaməsini imzaladılar. Bu sənəd keçmiş münaqişənin məngənəsindən artıq azad olan gələcəyə dair bir baxış ortaya qoydu”.

Elçin Əmirbəyov vurğulayıb ki, Vaşinqton görüşündən sonra faktiki sülh şəraiti mövcuddur, ölkələr arasında hərbi eskalasiya baş verməyib. Hökumətlər və vətəndaş cəmiyyətləri arasında dialoq davam edib. Ticarət və iqtisadi əlaqələr qurulmağa başlayıb. Bağlantı və nəqliyyat layihələri üzrə işlər irəliləyir: “Cəmiyyətlər tədricən baxışlarını fərqli gələcəyə yönəltməyə başlayır. Bu, həqiqətən də, tarixi fürsətdir. Lakin sülh yalnız siyasi sazişlərlə yaranmır. Sülh yer üzündə özünü göstərməlidir. Azərbaycanda isə sülhün yer üzündə görünən reallığa çevrilməsinin qarşısındakı ən böyük maneələrdən biri məhz yerin altındadır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

12:30
03 Sentyabr

Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

12:25
03 Sentyabr

Azərbaycan COP17-də təmsil olunub

12:20
03 Sentyabr

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib 

12:15
03 Sentyabr

Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb

12:10
03 Sentyabr

Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib

12:07
03 Sentyabr

San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya  

12:05
03 Sentyabr

Cari ilin 8 ayında sığortaolunanların sayı 104 min nəfərdən çox artıb

12:00
03 Sentyabr

Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək

11:55
03 Sentyabr

Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər aparılacaq

11:50
03 Sentyabr

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq

11:45
03 Sentyabr

Xızıda təşkil olunan “Erkən müayinə can qurtarır!” aksiyasında 207 nəfər tibbi müayinədən keçirilib

11:35
03 Sentyabr

Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb  

11:30
03 Sentyabr

Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib

11:20
03 Sentyabr

“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası nəşr edilib

11:15
03 Sentyabr

Azərbaycan nefti 101,96 dollara satılır 

11:13
03 Sentyabr

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir

11:10
03 Sentyabr

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

11:05
03 Sentyabr

META risk etmək istəmir, 18 milyard dollar ödəməyə razılaşıb   

11:00
03 Sentyabr

Tibb işçisinə verilən dəyər səhiyyənin gələcəyinə qoyulan sərmayədir

10:55
03 Sentyabr

Xurmanı çayla yemək olar?  

10:50
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!