14 Oktyabr 2026 10:20
161
SİYASƏT
A- A+
Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır


Təbiətin mühafizəsindən danışmaq asandır, lakin onu qorumaq, ekoloji tarazlığı pozmamaq və ətraf mühitə vurulan zərərə görə məsuliyyət daşımaq hər bir dövlətin əməli fəaliyyətində öz əksini tapmalıdır. Xüsusilə də söhbət beynəlxalq səviyyədə biomüxtəlifliyin qorunmasına dair mühüm qərarların qəbul olunduğu tədbirlərdən gedirsə. 

Bu baxımdan oktyabrın 18-30-da Ermənistanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) keçirilməsi ciddi ziddiyyət yaradır. Otuz ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal altında saxlayan, həmin torpaqlarda meşələrin məhv edilməsinə, təbii sərvətlərin talanmasına və ekosistemlərin dağıdılmasına görə məsuliyyət daşıyan Ermənistan indi dünya dövlətlərini təbiətin qorunması naminə bir araya gətirməyə hazırlaşır. Halbuki bu ölkənin özündə də həllini gözləyən ciddi ekoloji problemlər mövcuddur. Bütün bunlar beynəlxalq ictimaiyyət qarşısında mühüm bir sual qoyur: Təbiətə vurulmuş zərərin hesabını verməyən dövlət onun mühafizəsi istiqamətində qlobal təşəbbüslərin etibarlı təmsilçisi ola bilərmi?

COP17-nin əsas məqsədi 2022-ci ildə qəbul edilmiş Kunmin-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə əldə olunan nəticələri qiymətləndirmək, 2030-cu ilədək təbiətin qorunması istiqamətində müəyyənləşdirilmiş hədəflərin icrasını sürətləndirməkdir. Ancaq təbiətin müdafiəsi yalnız beynəlxalq tribunalardan səsləndirilən bəyanatlarla ölçülmür. Bunun üçün dövlətlərin ekoloji siyasətinə, təbii ehtiyatlardan istifadə təcrübəsinə, qonşu ölkələrin ekosistemlərinə münasibətinə və keçmiş fəaliyyətlərinə də nəzər salınmalıdır.

Qarabağ və Şərqi Zəngəzur işğaldan əvvəl zəngin meşə örtüyü, nadir flora və fauna nümunələri, mineral ehtiyatları, çayları və təbiət abidələri ilə seçilirdi. İşğal dövründə isə bu ərazilərdə meşə massivlərinə vurulan ziyan xüsusilə ağır nəticələr doğurub. Ağacların kütləvi qırılması yalnız yaşıllıq sahələrinin azalması demək deyil. Meşələr torpağı eroziyadan qoruyur, su dövranını tənzimləyir, atmosferdə karbon qazının miqdarının azalmasına kömək edir və minlərlə canlı üçün yaşayış mühiti yaradır. Bu sistemin pozulması bütöv ekoloji zəncirə təsir göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılmış müşahidələr zamanı meşə örtüyünün zədələndiyi, ayrı-ayrı sahələrdə təbii landşaftın dəyişdirildiyi müəyyənləşdirilib. Xüsusilə nadir ağac növlərinin qorunduğu ərazilərin zərər görməsi biomüxtəlifliyin mühafizəsi baxımından ciddi narahatlıq yaradır.

Bəsitçay Dövlət Təbiət Qoruğunun vəziyyəti bunun ən diqqətçəkən nümunələrindəndir. Zəngilan rayonunda yerləşən, nadir Şərq çinarları ilə tanınan bu qoruq işğal illərində məhv edilib. Belə bir təbiət sərvətinin zədələnməsi yalnız Azərbaycanın deyil, regionun bioloji irsinə qarşı törədilmiş cinayətdir. Çünki nadir növlərin məhv edilməsi ilə yaranan itkilərin bərpası bəzən onilliklər tələb edir, bəzi hallarda isə əvvəlki ekoloji vəziyyətin tam bərpası, ümumiyyətlə, mümkün olmur.

İşğalın ekoloji fəsadları yalnız meşələrlə məhdudlaşmır. Faydalı qazıntı yataqlarının istismarı zamanı yaranan tullantılar, kimyəvi maddələrin torpağa və suya qarışması, çay hövzələrinin çirklənməsi ətraf mühit üçün uzunmüddətli risklər formalaşdırıb. Xüsusilə transsərhəd çayların vəziyyəti acınacaqlıdır. Ermənistan ərazisindən başlayaraq Azərbaycana daxil olan Oxçuçayın çirklənməsi illərdir gündəmdədir. Çay sularında ağır metalların mövcudluğu və su canlılarının məhv olması ilə bağlı məlumatlar problemin yalnız yerli deyil, regional xarakter daşıdığını göstərir.

Ermənistanın ekoloji problemləri isə yalnız keçmiş işğal fəaliyyəti ilə bağlı deyil. Ölkənin öz ərazisində də ətraf mühitin mühafizəsi sahəsində ciddi çatışmazlıqlar mövcuddur. Dağ-mədən sənayesinin genişlənməsi, su ehtiyatlarının çirklənməsi, meşələrin qanunsuz qırılması və tullantıların idarə olunmasındakı problemlər Ermənistanın ekoloji siyasətinin zəif tərəflərini üzə çıxarır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il hesabatında Ermənistanın su ehtiyatlarının kənd təsərrüfatı axıntıları, təmizlənməmiş çirkab suları və sənaye tullantıları ilə çirklənməsi xüsusi vurğulanır. Hesabatda Sevan gölünün ekoloji vəziyyəti, dağ-mədən fəaliyyətinin su hövzələrinə təsiri və iqlim dəyişikliyi nəticəsində yaranan risklər diqqətə çatdırılır.

Ermənistanın öz rəsmi qurumlarının açıqladığı məlumatlar da vəziyyətin ciddiliyini təsdiqləyir. Ölkənin Ətraf Mühitin Mühafizəsi və Yer Təkinə Nəzarət Müfəttişliyinin 2025-ci ilin nəticələrinə əsasən, su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində 202 pozuntu aşkarlanıb. Bunlar bütün ölkə üzrə ekoloji zərərin tam mənzərəsini əks etdirməsə də, nəzarət və mühafizə mexanizmlərində ciddi problemlərin olduğunu göstərir. Belə bir vəziyyətdə Ermənistanın dünya ölkələrini biomüxtəlifliyin qorunması ətrafında birləşdirməyə çalışması onun öz ekoloji öhdəliklərinə münasibətini də gündəmə gətirir.

Ermənistanın dağ-mədən sənayesindəki problemlər də beynəlxalq hesabatlarda əksini tapıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qiymətləndirmələrində mədən tullantılarının saxlanılması, ağır metalların torpaq və su hövzələrinə qarışması, ekoloji nəzarətin yetərsizliyi kimi məsələlərə diqqət çəkilir. Xüsusilə Amulsar qızıl yatağı ətrafında uzun illər davam edən mübahisələr iqtisadi maraqlarla ətraf mühitin qorunması arasında yaranmış ziddiyyətlərin göstəricisidir. Ekoloqların və yerli icmaların narahatlıqları layihələrin şəffaf qiymətləndirilməsinin, ekoloji təhlükəsizlik tədbirlərinin və ictimai nəzarətin əhəmiyyətini bir daha ortaya qoyur.

Azərbaycan isə işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış yaşayış məntəqələrinin dirçəldilməsi ilə yanaşı, yaşıllıqların bərpası, su ehtiyatlarının səmərəli idarə olunması, alternativ enerji mənbələrindən istifadə və ekoloji dayanıqlılıq prinsipləri ön plana çəkilir. Bu ərazilərin "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi də ölkəmizin ekoloji siyasətinin mühüm istiqamətlərindəndir. Bununla yanaşı, işğalın yaratdığı mina təhlükəsi təbiətin bərpasını və geniş ərazilərdə ekoloji tədqiqatların aparılmasını çətinləşdirir. Minalar yalnız insanların həyatı üçün deyil, torpaqdan təhlükəsiz istifadə və ekosistemlərin bərpası üçün də ciddi maneədir.

Otuz ilə yaxın işğal dövründə Azərbaycanın təbiətinə vurulmuş zərər barədə suallara cavab verilmədən Ermənistanın özünü təbiətin müdafiəçisi kimi təqdim etməsi gülüş doğurur. Ətraf mühitin qorunması ilk növbədə məsuliyyət, şəffaflıq və əməli fəaliyyət tələb edir. Təbiətin müdafiəçisi olmaq üçün əvvəlcə ona vurulan zərərin məsuliyyətini dərk etmək lazımdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!