15 Yanvar 2026 08:57
292
İQTİSADİYYAT
A- A+
Əkinçinin işi qışda da azalmır

Əkinçinin işi qışda da azalmır


Keçən ili uğurla yekunlaşdıran tovuzlu torpaq sahibləri artıq yaz tarla işlərinə başlamışlar.

Dolanışığını torpaqdan çıxaran rayon fermerləri əvvəlki illərdə olduğu kimi, keçən il də əksər sahələr üzrə uğurlar qazanmışlar. 11318 hektarda biçin aparan taxılçılar hər hektardan 40,9 sentner olmaqla 46302 ton məhsul toplamışlar. Taxılçılar ilk dəfə olaraq  9313 hektardan 38802 ton buğda, 2005 hektardan 7500 ton arpa tədarük etmişlər. Bundan savayı, əkinçilər 1087,6 hektardan 24793,2 ton tərəvəz, 4492 hektardan 136803 ton kartof, 238,6 hektardan 594 ton günəbaxan, 2639,8 hektardan 17275 ton yazlıq qarğıdalı, 58 hektardan 1129,7 ton bostan məhsulları toplamışlar. 

Rayonda fəaliyyət göstərən "Aqro Dairy" və "Tovuz Aqro" MMC-ləri və Tovuz  Aqrokompleks xüsusilə fərqlənmişlər. "Aqro Dairy" MMC 5617 hektar sahənin hər hektarından 47,5 senter olmaqla 26706,3, "Tovuz Aqro" MMC 254 hektar sahənin hər hektarından 46,9 sentner olmaqla 1192, Tovuz Aqrokompleks 300 hektar sahənin hər hektarından 45,1 sentner olmaqla 1353,8 ton taxıl biçmişlər.

Rayonda ayrı-ayrı fiziki şəxslər də taxıl istehsalında nümunə göstərmişlər. Ədalət Məhərrəmov 82 hektar sahənin hər hektarından 51 sentner məhsul götürərək 418,2, İlqar Kərimov isə 4 hektar sahənin hər hektarından 35 sentner məhsul götürərək 14 ton taxıl istehsal etmişlər.

Tovuz fermerləri cari ildə taxıl sahələrinin həcmini xeyli artırmışlar. Onlar 14325 hektarda taxıl səpini aparmışlar. Bunun 12117 hektarı payızlıq buğda, 2148 hektarı payızlıq arpadır. Bundan başqa, təsərrüfat sahibləri kartof və tərəvəz səpini üçün 5600 hektardan artıq sahədə şum qaldırılması işlərinə, həmçinin meyvə və üzüm bağlarında cərgəarası becərmə işlərinə başlamışlar. 

Qeyd edək ki, rayonda yaz tarla işlərinin vaxtında aparılması üçün lazımi sayda texnika hazırlanmışdır. Bunun üçün böyük və kiçik 420 traktorlar, 200 kotan, 30 mala, 80 taxılsəpən, 17 taxılbiçən kombayn və digər texnikalar saz vəziyyətə gətirilmişdir. Nəzərdə tutulmuşdur ki, bu il  5000 hektara yaxın sahədə karof, 1200 hektarda tərəvəz və bostan bitkilərinin əkini aparılsın. Bütün bu işlərin vaxtında görülməsi üçün bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir.


S.YUNİSOĞLU,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!