08 Oktyabr 2015 01:10
128
İQTİSADİYYAT
A- A+
Ehtiyat igidin yaraşığıdır

Ehtiyat igidin yaraşığıdır

 

Şahbuzlular payız-qış mövsümünə ciddi hazırlaşırlar

 

Naxçıvan Muxtar Respublikasının təhsil, səhiyyə, mədəniyyət, sənaye müəssisələrinin qışa hazır olması, əhalinin qış mövsümündə enerji və yanacaqla fasiləsiz təminatı, yolların təmiri, rayon mərkəzində və kəndlərdə istifadəyə verilmiş və müasir istilik sistemi ilə təmin edilmiş inzibati binaların qazanxanalarının mövsümə hazırlanması istiqamətində tədbirlər il boyu ciddi nəzarətdə saxlanılır.

Avqustun sonunda Naxçıvan MR Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirə də məhz bu məsələyə  həsr  edilmişdir.  Həmin müşavirədə qarşıya qoyulan vəzifələrin icrası, payız-qış mövsümünün mütəşəkkil keçməsi üçün Şahbuz Rayon İcra Hakimiyyətində konkret tədbirlər planı hazırlanmış və onun icrası istiqamətində əməli işlərin görülməsinə başlanmışdır. Belə ki, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların qışa hazırlığına, əhalinin soyuq günlərdə enerji və yanacaqla fasiləsiz təmin olunmasına, inzibati binaların, kəndarası yolların təmirinə diqqət artırılmış, rayon mərkəzində, kəndlərdə son illər istifadəyə verilmiş və 100-dən artıq müasir istilik sistemi ilə təmin edilmiş inzibati binaların qazanxanalarının mövsümə hazırlanması nəzarətə götürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, rayon mərkəzindəki 43 idarə, təşkilat və müəssisənin yerləşdikləri inzibati binalardan 37-də müasir istilik sistemi quraşdırılmışdır.

Tədbirlər planına uyğun olaraq, rayon məktəblərindəki qazanxanalara baxış keçirilmişdir. Məlum olmuşdur ki, tikintisi davam edən Daylaqlı kənd tam orta məktəbi və Şahbuz şəhər 1 №-li tam orta məktəb də daxil olmaqla 21 təhsil ocağı mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz ediləcək, 2 məktəb isə ağ neftlə qızdırılacaq. Bu məqsədlə lazımi material və yanacağın vaxtında alınıb gətirilməsi üçün ilkin tədbirlər görülüb. Ümumiyyətlə, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə 17,6 litr ağ neft, 500 litr dizel yanacağı, xeyli şüşə, şifer, polietilen örtük və digər lazımi materialların alınması üçün sifarişlər verilib. Bunlardan əlavə, Şahbuz şəhərində bütün ictimai yaşayış binaları əsaslı surətdə təmir edilib, hər bir ictimai yaşayış binasının kommunikasiya xətlərinə baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb.

Muxtar respublikada yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Təkcə Şahbuz rayonunun 24 yaşayış məntəqəsindən 23-nün yolu  təmir edilərək yenidən qurulmuşdur. Eləcə də nəqliyyatın normal hərəkəti üçün rayon mərkəzindəki avtomobil yolları genişləndirilmiş, piyadalar üçün yeni səkilər salınmış, kəndarası avtomobil yolları təmir edilmişdir. Şahbuz-Kükü, Yuxarı Qışlaq, Aşağı Qışlaq kənd avtomobil yollarının sıradan çıxmış hissələrinə asfalt-beton örtük çəkilmiş, sel sularından qorunmaq üçün Şahbuz-Batabat magistral, Kükü, Nursu və Şada kənd avtomobil yollarının  bütün su keçidləri təmizlənmişdir. Yollarda aparılan təmir və genişləndirmə işləri ilə əlaqədar müxtəlif yerlərdə 3,2 km məsafədə qaz xətləri yenidən işlənmişdir. Yeri gəlmişkən, Şahbuz rayonu üzrə bütün yaşayış məntəqələri təbii qazla təmin edilmişdir.

Əhalinin elektrik enerjisinə olan tələbatı da nəzarətdə saxlanılır. Həmçinin Badamlı kəndindəki transformator şəbəkədən ayrılmış, kəndə elektrik nəqli yaxındakı transformator hesabına nizama salınmış, 2 transformator təmir olunmuş, istismar müddəti başa çatmış müxtəlif ölçülü naqillər yenisi ilə əvəzlənmişdir. 

Rabitə xidmətinin də davamlılığı diqqətdə saxlanılır. Belə ki, Şahbuz şəhərində magistral rabitə kabelinin yol tikintisi ilə əlaqədar yerləri dəyişdirilmiş, Mahmudoba kəndində yeni ATS istifadəyə verilmiş, Ağbulaq kəndinə optik kabelin çəkilişinə başlanmış, Keçili, Külüs, Kükü və Şada kəndlərinə gedən magistral rabitə xətləri texniki normaya salınmışdır.

 

Elxan MƏMMƏDOV,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!