31 Dekabr 2025 08:45
1167
Mədəniyyət
A- A+
Dünyanı birləşdirən bayram

Dünyanı birləşdirən bayram


Yeni ilin köhnə adətləri


Elə bayramlar var ki, coğrafiya, dil, din və mədəniyyət fərqlərindən asılı olmayaraq, hər kəsin qəlbində eyni hissləri oyadır. Yeni il də məhz belə bəşəri bayramlardan biridir. Yaşından, sosial statusundan asılı olmayaraq, insanlar yeni il gecəsini ümidlə, inamla və nikbinliklə qarşılayırlar. 

Tarixi mənbələrə və fərziyyələrə görə, Yeni il ilk dəfə qədim Çində qeyd olunmağa başlayıb. Zaman keçdikcə bu ənənə qitələri aşaraq müxtəlif xalqların həyat tərzinə, inanclarına və folkloruna daxil olub.

Yeni ilin gəlişi təkcə təqvim dəyişikliyi deyil, həm də köhnə ili geridə qoymaq, arzulara yenidən yol açmaq, uğursuzluqları keçmişdə buraxmaq niyyətidir. Məhz buna görə də dünyanın hər yerində insanlar bu gecəyə xüsusi rituallar, inanclar və simvollarla hazırlaşırlar. Bayram süfrələrindən tutmuş geyim rənglərinə, evlərin bəzədilməsindən küçə mərasimlərinə qədər hər detalın özünəməxsus mənası var. Bu baxımdan Yeni il planetin ən rəngarəng və maraqlı bayramlarından biri hesab olunur.

Yeni il deyildikdə ilk ağla gələn simvollardan biri, şübhəsiz ki, Şaxta babadır. Uşaqların sevimlisi olan bu obraz dünyanın müxtəlif ölkələrində fərqli adlarla tanınır. Türkiyədə Noel baba, ABŞ, İngiltərə və Avstraliyada Santa Klaus, Fransada Le Pere Noel, İspaniya və Meksikada Papa Noel, Hollandiyada Sinte-Klaas, Rumıniyada Moş Carile, Yunanıstanda Müqəddəs Vasili adlanan bu obraz mahiyyət etibarilə özündə eyni ideyanı - xeyirxahlıq, bolluq və sevinci birləşdirir.

Şaxta babanın vətəni kimi qəbul edilən Finlandiyanın Laplandiya bölgəsi Yeni il ərəfəsində xüsusi canlanma yaşayır. Rovaniemi şəhəri yaxınlığında yerləşən məşhur "Santa-Klaus kəndi" minlərlə turistin ziyarət etdiyi məkana çevrilir. Burada Santanın evi, maral qoşqusu, qonaqları qarşılayan cırtdanlar və bayram ovqatı insanı nağıl dünyasına aparır.

Yeni ilin digər əsas rəmzi isə bəzədilmiş şam ağacıdır. Həyatın davamlılığını və yenidən doğuluşu simvolizə edən "yolka" qədim dövrlərdən müqəddəs ağac kimi qəbul edilib. Əvvəllər yalnız təbii ağaclardan istifadə olunsa da, sonralar ekoloji səbəblərdən süni şam ağacları geniş yayılıb. Al-əlvan işıqlar, parlaq oyuncaqlar və ulduzlarla bəzədilən bu ağac bu gün demək olar ki, bütün dünyada Yeni ilin ayrılmaz atributudur.

Yer kürəsinin müxtəlif saat qurşaqlarına bölünməsi səbəbindən Yeni il hər yerdə eyni anda qarşılanmır. 2025-ci ilə ilk qədəm qoyanlar Sakit okeanda yerləşən Tonqa və Kiribati adalarının sakinləri olacaqlar. Bu ərazilərdə Yeni il Bakı vaxtı ilə səhər saat 10-da başlayır. Ən gec isə ABŞ-nin Baker və Hauland adalarında Yeni il yanvarın 1-i saat 16-da qeyd olunacaq. Beləliklə, Yeni il sanki planet üzrə bir sutkalıq bayram yürüşü edir.

 Yeni ili qarşılamaq hər xalqda fərqli rituallar və inanclarla müşayiət olunur. Bir çox ölkədə süfrədəki yeməklərin, əyindəki geyimlərin və edilən hərəkətlərin gələn ilin taleyinə təsir göstərəcəyinə inanılır. Məsələn, Danimarkada insanlar köhnə boşqabları yaxınlarının qapısına atır, stuldan tullanaraq pis ruhları qovduqlarına inanırlar. Finlandiyada əridilmiş metal suya tökülür və alınan fiqura baxaraq gələcək il haqqında proqnoz verilir. Panamada köhnə ili simvolizə edən kuklalar tonqalda yandırılır. İngiltərədə isə "ilk qonaq" inancları xüsusi əhəmiyyət daşıyır. Kürən kişinin evə birinci daxil olması uğur əlaməti hesab olunur. İtaliyada köhnə əşyaların pəncərədən atılması ilə insanın keçmiş yükdən azad olduğu düşünülür. Urbaniya şəhərində keçirilən Bafana festivalında böyüklər cadugər geyimində uşaqlara hədiyyələr paylayırlar. Türklər isə Yeni il gecəsi qapının ağzında nar sındıraraq bolluq və ruzi arzulayırlar. Qırmızı rəngli geyimlər Türkiyədə uğur və sevinc rəmzi sayılır. İspaniyada gecə saat 12-də 12 üzüm dənəsi yemək ənənəsi var. Hər üzüm ilin bir ayını simvolizə edir və ispanlar inanırlar ki, üzümü vaxtında və ardıcıl yeyən insanı uğurlu il gözləyir. Böyük şəhərlərdə isə insanlar bu mərasimi birlikdə yerinə yetirmək üçün mərkəzi meydanlara toplaşırlar.

Asiya ölkələrində Yeni il daha çox mənəvi təmizlənmə ilə əlaqələndirilir. Yaponiyada məbədlərdə 108 dəfə zəng çalınır, Kadomaçu ağacı evlərin qarşısına qoyulur, insanlar yeni ilin ilk dəqiqələrində gülərək uğuru dəvət edirlər. Çində isə ailə birliyi əsas şərt sayılır, evlər çiçəklərlə bəzədilir, hədiyyələr verilir.

Latın Amerikası ölkələrində bu bayram daha rəngarəng və qeyri-adi adətlərlə müşayiət olunur. Braziliyada atəş səsləri, okean sahilində şamlar və dualar, Kolumbiyada boş çamadanlarla gəzinti, Kubada pəncərələrdən su tökmək, Argentinada köhnə sənədlərin küçələrə atılması yeni il gecəsinin əsas rituallarıdır. Avstraliyada Yeni il yay fəslinə təsadüf etdiyindən bayram çimərliklərdə qeyd olunur. ABŞ-də isə qaragöz lobya yemək və "Auld Lang Syne" mahnısını oxumaq yeni ilə həmrəyliklə qədəm qoymağın rəmzidir.

Yeni ilin gəlişi Azərbaycanda da xüsusi coşqu və sevinc hissi ilə qarşılanır. Hər yerdə küçələr işıqlandırılır, meydanlarda hündür şam ağacları qurulur, vitrinlər yeni il atributları ilə bəzədilir. Ailələr süfrə açır, qohum-qonşu ziyarət olunur, uşaqlara hədiyyələr verilir. Yeni il xalqımız üçün həm də birlik, paylaşma və ümid bayramıdır. Diləyimiz odur ki, Yeni il hər kəsə sülh, sağlamlıq, bolluq və xoşbəxtlik gətirsin.

 

Ülkər XASPOLADOVA ,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!