26 Yanvar 2025 08:35
578
SİYASƏT
A- A+
Dünyada müstəmləkəçilik dövrü bitməlidir

Dünyada müstəmləkəçilik dövrü bitməlidir


Fransanın neokolonializm siyasətinə qarşı mübarizə güclənir


Bütün dünyada müstəmləkəçilik dövrü bitməlidir. Bunu əsrlərdir ki, Fransanın müstəmləkəsi altında əzilən, işgəncələrə, qətliamlara, soyqırımlarına məruz qalan xalqlar tələb edir. Onların istədikləri yalnız ədalətdir.

Fransanın müstəmləkəçilik siyasətindən cana doymuş Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis, Futuna, Korsika, Reyunyon, Qvadelupa, Martinik, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomeyun əhalisi öz vətənində azad yaşamaq istəyir. Beynəlxalq hüquq da bunu tələb edir. 

Doğrudur, mübarizə hər zaman olub. Lakin yüz illərdir ki, Fransanın işğalına məruz qalan ölkələrin xalqları müstəmləkəçilikdən qurtulmaq üçün indi daha böyük əzmlə, qətiyyətlə mübarizə aparırlar. Tələb edirlər ki, başqa xalqlar kimi, onların da öz müqəddəratını təyin etmək hüququ tanınsın. Ölkələri zəngin yeraltı və yerüstü təbii sərvətlərə malik olduğu halda acınacaqlı vəziyyətdə, yoxsulluq şəraitdə yaşamasınlar. Öz idarəçilik sistemlərini qurmaq, milli sərvətlərini idarə etmək hüququna malik olsunlar.

Ana dilində danışmağın, yazmağın qadağan olunması xalqa verilən ən böyük cəzalardan biridir. Rəsmi Paris müstəmləkəsi altında yaşamağa, təbəəliyini qəbul etməyə məcbur etdikləri xalqlara bu zülmü də edir. Onları milli kimliklərindən, adət-ənənələrindən, dilindən, dinindən uzaqlaşdırmağa çalışır. 

Acınacaqlıdır ki, Fransanın hazırkı Prezidenti Emmanuel Makron hakimiyyəti dövründə nəinki dəyişən, tərəqqi edən dövrün tələblərinə uyğun olaraq müstəmləkəçilik siyasətinin başa çatmasına səy göstərməmiş, əksinə, daha sərt addımlar atıb, qərarlar vermişdir. Ancaq rəsmi Parisin gözlədiyi nəticəni əldə edə bilmədiyi və bilməyəcəyi də göz önündədir. Emmanuel Makron hökuməti etirazçıları həbs etməklə, onlara ağır cəzalar, işgəncələr verməklə məqsədinə çatmayacaq. Görünən odur ki, həmin xalqlar Fransanın müstəmləkəçilik siyasətinə son qoyulanadək öz yollarından dönməyəcək, haqlı tələbləri yerinə yetirilənədək mübarizə aparmaqda davam edəcəklər.

Emmanuel Makron hökumətini qorxuya salan bir fakt da odur ki, Fransanın müstəmləkəsi altında olan xalqlar artıq bir-birindən uzaq, xəbərsiz mübarizə aparmırlar. Problemləri, dərdləri, faciələri eyni olan bu xalqlar birlikdə müstəmləkəçilikdən çıxış, qurtuluş yolları axtarırlar.

Ötən ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin fəaliyyəti bu baxımdan mühüm və əhəmiyyətlidir.

Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin bu ilin ilk konqresi yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) baş tutdu. İkigünlük tədbirdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak etdilər.

Yeni Kaledoniyanın Adət-Ənənə Senatını, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını və yeni kaledoniyalı siyasi məhbuslara dəstək kollektivini ziyarət edən konqres iştirakçıları müzakirələr aparıblar.

Qeyd edək ki, Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirən Bakı Təşəbbüs Qrupunun (BTQ) nümayəndəsinə viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresdə iştirak edə bilmədi. 

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Beynəlxalq Dekolonizasiya Cəbhəsinin qurultayına videomüraciət edib. O, çıxışında  qurultayın Kanakidə keçirilməsinin simvolik əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru ötən ildə bütün dünyanın Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olduğunu qeyd edib. Bildirib ki, Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırmış və bu qəddar basqılar, o cümlədən 13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünya ictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacın olduğunu bir daha göstərmişdir.

"Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlamış və Kanak xalqına qarşı törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırmışdır. Birgə səylərimiz nəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində bu vəhşiliklərdən xəbərdar olmuşdur" - Bakı Təşəbbüs Qrupunun icraçı direktoru deyib.

Müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər bir hadisənin kütləvi insan haqları pozuntuları ilə müşayiət olunduğunu vurğulayan Abbas Abbasov bildirib ki, sistemli təzyiqləri aradan qaldırmaq və ədaləti bərpa etmək üçün beynəlxalq töhfələrə ehtiyac var. O, qeyd edib ki, azadlığa nail olmaq o qədər də asan deyil və fədakarlıq tələb edir: "Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması və sonrakı fəaliyyətə göstərdiyi dəstəyi vurğulamaqdan böyük qürur duyuram. Bu cəbhə həmrəyliyin gücünü nümayiş etdirən bir nümunə, eləcə də dialoq, fəaliyyət və birgə missiyamızın gücləndirilməsi üçün platformadır. Bugünkü konqres müstəmləkəçiliyin nəticələrini, neokolonializmə qarşı mübarizəni, qlobal çağırışları və əlbəttə ki, mümkün həll yollarını müzakirə etmək üçün qiymətli bir fürsətdir. Əminəm ki, bu tədbirdəki müzakirələr müstəmləkəçiliyə qarşı mübarizədə birgə səylərin səfərbər olunmasına töhfə verəcəkdir".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb  

00:35
14 Noyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:35
14 Noyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan espublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

DÇ-2026: Azərbaycan millisi evdə İslandiyaya məğlub olub 

23:32
13 Noyabr

Ərdoğan: Kipr məsələsi Türkiyənin milli prioritetidir

23:01
13 Noyabr

Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə tədbir təşkil olunub  

21:46
13 Noyabr

Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb  

21:44
13 Noyabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib 

21:40
13 Noyabr

DİN diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə rəsmi açıqlama yayıb

21:33
13 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında növbəti ilin büdcə layihəsi müzakirə edilib  

20:36
13 Noyabr

Napoleonun brilyant broşu “Sotheby's”də 4,4 milyon dollara satılıb  

19:35
13 Noyabr

Donald Tramp müvəqqəti büdcəni imzalayıb

19:34
13 Noyabr

İraqda ümumi seçkilərdə Baş nazirin koalisiyası qalib gəlib 

19:32
13 Noyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir  

19:27
13 Noyabr

Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub 

19:26
13 Noyabr

Noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ  

19:24
13 Noyabr

Amerikalı ekspert: Azərbaycan regional ticarətdə alternativ istiqamətlər təqdimetmə qabiliyyətini artırır  

19:24
13 Noyabr

Azərbaycanın xarici işlər naziri Pakistanın federal ombudsmanı ilə görüşüb  

19:22
13 Noyabr

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

19:22
13 Noyabr

Rusiyalı politoloq: Şimal-Cənub Nəqliyyat Dəhlizi regionda yeni reallıqlar yaradır  

18:27
13 Noyabr

ANAMA-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə minatəmizləmə fəaliyyətinə dair müzakirələr aparılıb  

18:26
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!