30 Noyabr 2012 12:11
638
Mədəniyyət
A- A+
Dulusçuluq ən qədim sənət növüdür

Dulusçuluq ən qədim sənət növüdür

 

Hər bir xalqın tarixi  yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır. Daş dövründən bu günə kimi  bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri sayılmaqla, öz əhəmiyyətini nəinki qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına  qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyib ki, dulusçuluq neolit dövrünün yadigarıdır.

Maraqlıdır ki, bu sənətin ilk dəfə meydana gəlməsində qadınların xüsusi əməyi olub. Bu işlə əvvəllər qadınlar məşğul olublar. Dulusçuluq sənəti nümunələrinin "xəmiri" torpaqdan yoğrulur. Həmin dövrlərdə isə təbii ki, kişilər  torpaqdan "xəmir yoğurmaq" kimi əl əməyi ilə məşğul ola bilməzdilər (artıq matriarxat dövrü arxada qaldığından, idarəetmə kişilərin səlahiyyətinə  keçmiş, qadınlar ən ağır işlər görməyə məhkum edilmişdilər). Gildən  qab-qacaq düzəltmək kimi ağır işlərin qadınlar tərəfindən görülməsi  o dövrlər üçün adi hal sayıla bilərdi. Ona görə də tədqiqatçıların gəldikləri qənaət əsaslıdır.

Əlbəttə, "insan əli boz tikanı  istəsə gülə döndərər" kimi məcazlar da  buradan yaranmağa başlayıb. Adi "torpaqdan yoğrulmuş xəmir"dən insan əli sənətkarlıq nümunələri yaradır ki, onlar zamanın ahəngini öz üzərlərindəki naxışlarda sonrakı əsrlərə və nəsillərə aparır. Orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək zəviyyəyə çatıb. Monqolların Qafqaza yürüşünədək bu inkişaf davam edib. Təəssüf ki, bütün dövrlərdə olduğu kimi, o zamanlar da işğalçılıq təkçə torpaq itkisi, mal-mülkün darmadağın edilməsilə tarixə yazılmayıb. Həmin dövrədək ölkəmizdə dulusçuluq sənətkarlığı sahəsində güclü dəyişiklik baş verib. Əvvəllər yalnız bəsit, kustar üsula əsaslanan dulusçuluqda artıq ayaqla hərəkət etdirilən çarx və kürələrin tətbiqi, təbii ki, yalnız kəmiyyətə deyil, keyfiyyətə də öz təsirini göstərib. Həmin dövrlərdə Azərbaycanda  şirəli və şirəsiz saxsı qabların daha  geniş yayılması da məhz dulusçuluq sənətinin inkişafı ilə əlaqədar olub. Demək olar ki, o zaman ölkənin hər yerində bu sənətə həm tələbat vardı, həm də dulusçuluq məmulatlarına maraq ehtiyacla üst-üstə düşürdü. Orta əsr Ağsu şəhərinin qalıqlarının son illər üzə çıxardığı şirəli və əlvan naxışlarla bəzədilmiş saxsı qablar bunu bir daha təsdiqləyir. Bura Beyləqan ərazisindən qazıntılar zamanı əldə edilən sənətkarlıq nümunələrini də əlavə etmək yerinə düşərdi. Mis və dəmir məişətə yol açana qədər gil qablara olan ehtiyac bu qədim xalq sənətinin inkişafına təsirsiz ötüşə bilməzdi. Müstəqil Azərbaycan xanlıqlarının dövründə dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikası öndə olub.

Etnoqrafik tədqiqatlar göstərir ki, məişətdə istifadə olunan dulusçuluq  məmulatları bir neçə qrupa bölünürdülər. Onlardan su, ərzaq, süd məhsulları qabları və s. göstərmək olar. Məişətdə işlədilən su qabları müxtəlif forma və adda düzəldilib. Səhəng, cürdək, bardaq, parç, səhrəng, kuzə su daşımaq üçündür.  Dulusçuların söylədiyinə görə, bu sənətin ustaları 50-dən artıq müxtəlif növlü gil qab-qacaq hazırlayıblar, baxmayaraq ki, bəziləri artıq sıradan çıxıb.

Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad kimi şəhərlərində saxsı məmulatının istehsalı barədə qeydlər var. Aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayıblar. Təkcə Şəki şəhərində saxsı səhəng istehsal edənlərin sayı 29 nəfər olub.

Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Bu xanlığın sovet Rusiyası tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışıb. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat verilir.

Azərbaycanda dekorativ-tətbiqi sənətin tarixi çox qədimdir. Bəzi mənbələrə görə, ən qədim sənətkarlq növlərindən sayılan dulusçuluq Azərbaycanda e.ə. II minilliyə təsadüf edir. Dulusçuluq istehsalının Bakıda da mövcud olması öz təsdiqini tapıb. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalı üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin Qala ərazisində aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid xeyli miqdarda şirəli qablar - kasa, boşqab, badya və s. tapılıb ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idi.

Qarabağda isə dulusçuluq istehsalı ilk orta əsrlərin sonlarından başlayaraq daha yüksək səviyyəyə çatıb. Burada aparılmış arxeoloji qazıntılar göstərir ki, IX-XIII əsrlərdə dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Su kəmərləri üçün saxsı boruların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalına başlanması da məhz bu dövrlə bağlıdır.

Monqol işğalları Qarabağda, ümumiyyətlə, Azərbaycanda sənətkarlığın digər sahələri kimi, dulusçuluğun inkişafına da ağır zərbə vurub. Geriləmə özünü məişətdə işlədilən saxsı qabların istehsalında daha aydın göstərib. Lakin bununla belə, məişət keramikasının istehsalında yaranmış bu gerilik sonrakı əsrlərdə tikinti keramikasının həcminin artması ilə əvəz olunub. XV-XVII əsrlərdə tikinti işlərinin genişlənməsi bəzək işlərində istifadə edilən dekorativ kərpic və kaşı istehsalının həcminin artmasını zəruri edib.

Əldə olan arxeoloji materiallar göstərir ki, son orta əsrlərdə Qarabağda saxsı məmulatı istehsalı 3 böyük qrupa ayrılıb: şirəsiz, şirəli qablar və tikinti materialları. Şirəsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan, yəni, həndəsi fiqurlardan geniş istifadə edilirdi.

Dulusçuluq sənətinin təşəkkül tapması və inkişaf yoluna nəzər salarkən İsmayıllı və Şəki rayonlarının da adlarını çəkməmək olmaz. Şəkidə olduğu kimi, İsmayıllıda da bu qədim xalq sənətkarlığı nümunələrinə rast gəlinir. Dəmirçiliyin məişətə nüfuzuna qədər burada da dulusçuluğun böyük inkişaf yolu keçdiyini təsdiqləyən maddi sübutlar var. Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarxinin öyrənilməsində İsmayıllıda aşkar edilən küp qəbirləri, yaşayış məskənlərinin qalıqları, dulusçuluq nümunələri xüsusi yer tutur. Qafqaz Albaniyasına məxsus Sumacı, Pirəbülqasım və Hətəmli kəndləri ərazisində aşkar edilən saxsı borular və su qabları da söylənilən maddi əsaslardandır ki, hazırda İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin də fondunda qorunur və ekspozisiyasında nümayiş etdirilir.

Qədim Şəkidə dulusçuluqla məşğul olanlardan biri - Hümmət Məmmədov söyləyir ki, ağlı kəsəndən bu işi sevib. Dulusçuluq ona atasından miras qalmış sənətdir. Ustanın atası Şöyüb Məmmədov  keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olub. Onun özü isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Danışa-danışa ayaqları çarxı fırladır. Bu zaman  palçıqlı əlləri çarxın üstündəki gili istədiyi şəklə salır. Təmiz saxsı qabların uzunömürlülüyü isə onların hazırlanma texnologiyasından asılıdır. Ustanın gəldiyi qənaət belədir: "Keyfiyyətli saxsı qabın üstünə çıxanda o, sınmamalıdır. Saxsıları bir-birinə toxundurduqda, şüşə səsi çıxmalı, qızılı rəngə çalmalıdır".

Qəbələ rayonunun kiçik kəndlərindən biri kimi tanınan Küsənətdə də dulusçuluq sənətini yaşadanlar var. Hələ uşaqlıqdan bu qədim el sənətini atasından öyrənən Vaqif Zeynalov 1999-cu ildən müstəqil şəkildə  dulusçuluqla məşğul olur.

Zəngin fauna və florası, əsrarəngiz gözəllikləri ilə seçilən ölkəmizin cənub bölgəsində xalq sənətkarlığı nümunələrini yaşadan Cəsarət Nuriyev 40 ildir ki, alın təri ilə yoğurduğu "palçıq"dan tutduğu kündələrdən müxtəlif məişət avadanlıqları hazırlayır. Ustanın emalatxanasında "dünyaya gələn"lər tariximizin müxtəlif dövrlərindən soraq verir.

Təbii ki, xalqın tarixi keçmişini yaşadan sənət nümunələri zaman keçdikcə özünün əhəmiyyətini daha çox üzə çıxarmış olur. Dulusçuluq (forma və məzmunca dəyişsə də) məhz ölməz sənət nümunələri kimi qorunur, istifadə əhəmiyyətini özündə saxlayır. Barmaqların sığalı və alın tərindən yaradılan sənət əsərləri dünyanın  məşhur muzeylərinin fondunu zənginləşdirməklə yanaşı, insanların sağlamlığında da mühüm rol oynayır.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!