08 Fevral 2020 02:16
657
İQTİSADİYYAT
A- A+
Dövlət Statistika Komitəsində ötənilki fəaliyyət və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib

Dövlət Statistika Komitəsində ötənilki fəaliyyət və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib


Fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələri rəhbərlərinin iştirakı ilə statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamızın dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, artıq keçid dövrünü geridə qoyan ölkəmizin hərtərəfli inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli və dinamik sosial-iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsidir. Bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Ümumilikdə son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib, bu illər ərzində 2 milyon 369 min iş yeri yaradılıb.

Komitə sədri Prezident İlham Əliyevin rəsmi statistikanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar və qurumun 2019-cu ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə zəruri tədbirlər görülür, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” uğurla icra olunur. Statistik infrastrukturun yenilənməsi, statistik istehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarının və metodoloji tövsiyələrin təkmilləşdirilməsi, habelə statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, 2019-cu ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 53 metodoloji material hazırlanıb. Onlardan 35-i rəsmi statistika hesabatı formalarının tərtib olunmasına, 18-i isə statistik müayinələrin keçirilməsinə, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsinə dair metodologiyaya, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərlik səviyyəsini xarakterizə edən və mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sistemlərinə aid olub.

Bildirilib ki, hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edib ki, ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, UNİSEF, UNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycana aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olub. "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihələri yekunlaşıb. Bundan başqa, Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi və Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb.

Qeyd edilib ki, ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları tərəfindən il ərzində ümumilikdə 2080 təhlili məruzə və 33 statistik məcmuə hazırlanıb. Komitənin internet səhifəsi ("www.stat.gov.az”) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib. Nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95 faizi ötüb, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 2,9 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda, statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Daha sonra 2019-cu ildə də statistika sistemində aparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, DİM və Strateji Yol xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi Aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!