19 Noyabr 2026 18:14
89
İQTİSADİYYAT
A- A+
Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  


Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Energetika və Biznes Məsələləri Bürosu üzrə Dövlət katibinin köməkçisinin baş müavini Huqo Yon ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, aqrar sahədə investisiya imkanları, qabaqcıl texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycanın qeyri-neft sektorunun inkişafında, xüsusilə kənd təsərrüfatında ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların, süni intellektəsaslı həllərin və dəqiq əkinçilik sistemlərinin tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, damazlıq heyvandarlıq və genetik seleksiya istiqamətlərində birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir prinsiplər əsasında qurulması, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlıqlı təsərrüfat modellərinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu kontekstdə ABŞ-nin qabaqcıl kənd təsərrüfatı texnikası istehsalçısı “John Deere” şirkəti ilə strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirakı, texnologiya transferi və aqrar sahədə innovasiyaların tətbiqi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin kənd təsərrüfatında elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsi, aqrar genetika sahəsində təcrübə mübadiləsi, mütəxəssis potensialının gücləndirilməsi və müasir idarəetmə təcrübələrinin tətbiqi məsələlərinə toxunulub.

Nazir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş prioritetlər, aqrar investisiyaların təşviqi və özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.

Tərəflər aqrar sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, ABŞ şirkətlərinin Azərbaycan bazarında iştirak imkanlarının genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib  

18:45
19 Noyabr

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib  

18:36
19 Noyabr

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

18:18
19 Noyabr

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

18:14
19 Noyabr

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

18:06
19 Noyabr

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

18:01
19 Noyabr

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər  

17:47
19 Noyabr

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib  

17:39
19 Noyabr

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib  

17:30
19 Noyabr

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib  

17:19
19 Noyabr

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

17:16
19 Noyabr

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır  

17:12
19 Noyabr

Taxıl ehtiyatları artır, ərzaq bazarında balans dəyişir

17:10
19 Noyabr

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir  

17:02
19 Noyabr

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib  

16:56
19 Noyabr

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub  

16:49
19 Noyabr

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb  

16:37
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!