№ 50
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 246-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 467 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306 (Cild I) ilə təsdiq edilmiş “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini” sözləri “, dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq verilmiş büdcə ssudalarının geri qaytarılmasını” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 3.8-ci bənd əlavə edilsin:
“3.8. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 357 nömrəli, 10 dekabr tarixli 385 nömrəli, 25 dekabr tarixli 412 nömrəli və 2026-cı il 2 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.4.1.9-cu yarımbəndində “və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini” sözləri “, dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq verilmiş büdcə ssudalarının geri qaytarılmasını” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il