№ 47
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 oktyabr tarixli 748 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41 (Cild I); 2025, № 4 (II kitab), maddə 415) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qaydalara 4 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri” cədvəlinə aşağıdakı məzmunda 1.4-1-ci bənd əlavə edilsin:
2. Həmin Qaydalara 5 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar” cədvəlinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
10-1. | Bəhreyn Krallığı, Manama şəhəri | 3,462 |
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “23” “fevral” 2026-cı il