25 İyun 2022 02:49
909
İQTİSADİYYAT
A- A+
Doğulanların sayı dünyasını dəyişənlərin sayını iki dəfəyəcən üstələyir

Doğulanların sayı dünyasını dəyişənlərin sayını iki dəfəyəcən üstələyir

 

Nikahlar artır, boşanmalar azalır

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 40 min 36  körpə anadan olub.  Keçən ilin  eyni  dövrü  ilə müqayisədə  əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni  səviyyədə, yəni 12,1-dir.

Beləliklə, ilin əvvəlindən ölkə əhalisinin sayı 16 min 812 nəfər və ya 0,2 faiz artaraq  may ayının 1-i vəziyyətinə 10 milyon 173 min 178  nəfərə çatıb. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olub və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilib.

Azərbaycanda əhalinin sayı, əsasən, təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Hazırda ölkəmizdə  anadan olan uşaqların sayı həyatdan köçən insanların sayından iki dəfəyə qədər  çoxdur.

Ölkəmizdə  təkuşaqlı ailəyə o qədər də tez-tez rast gəlinmir. Belə ki, gənc ailələrin əksəriyyətində bir qayda olaraq ən azı iki uşaq böyüyür. Üç və daha çox uşağı olan ailələr də az deyil. Bu isə iqtisadi terminlə ifadə etsək, əhalinin təkrar istehsalının təmin olunması deməkdir.  Yeri gəlmişkən, qeyd edək ki, bu ilin  yanvar-aprel  aylarında  doğulan körpələrin 1144-ü əkiz, 60-ı üçəmdir. Yəni  572 ailə   eyni zamanda iki,  20 ailə isə üç övlad sahibi olub.

Əlbəttə, əhalinin təbii artım göstəriciləri heç də bütün ölkələrdə qənaətbəxş deyil. Bir sıra ölkələrdə əhali  kənardan gələnlərin hesabına artır  və   müsbət olmayan bu hal  keçmiş SSRİ məkanının bəzi yerlərində də müşahidə edilir. Həmin ölkələrdə bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunur. Bir sıra digər ölkələrdə isə  həmin istiqamətdə demoqrafik siyasət, əsasən, iqtisadi vasitələrdən istifadə olunmaqla həyata keçirilir ki, buraya uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s. daxildir.            

Lakin  təbii artımın  yüksək göstəricilərindən narahat olan ölkələr də var.  Onlar bu sahədə ciddi ailə planlaşdırılması siyasəti həyata keçirirlər.

İstənilən  ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri  kimi doğulan uşaqların cinsi  və yaş qrupları üzrə rəqəmlərə diqqət yetirilir.  Məsələn, hazırda Azərbaycanda doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2,  qızların  xüsusi çəkisi isə  46,8  faizdir.

Doğulanların cins strukturunda oğlan uşaqlarının artımı 1990-cı illərin əvvəllərindən müşahidə olunur. Dünyaya gələn körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən  2009-cu ildə 46 faizədək azalıb. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır. Yəni hazırda anadan olan uşaqların 53,2 faizi oğlandır. Başqa sözlə, təxminən doğulan hər 100 qıza 115 oğlan düşür. Bioloji norma göstəricisi isə 105-107 təşkil edir.

Beləliklə, ölkədə qadınların sayı azalır. Xatırladaq ki, İkinci Dünya müharibəsindən əvvəl Azərbaycan əhalisinin ümumi sayında kişilərin xüsusi çəkisi qadınlardan çox olsa da, sonrakı illərdə əhalinin ümumi sayında qadınlar həmişə üstünlük təşkil edib. Lakin 2003-cü ildən etibarən kişilərin sayı artmağa başlayıb. Aydın məsələdir ki, əhalinin cins strukturunun dəyişməsinin başlıca səbəbi yeni doğulanların cins nisbətinin pozulmasıdır.

Hazırda ölkədə  kişi  və qadınların  xüsusi çəkisi  eynidir. Elə buradaca  xatırladaq ki, ötən ilin eyni vaxtında ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edirdi. Bir az da geriyə nəzər salsaq, vəziyyət  daha aydın olar. 2008-ci ildə qadınların sayı 51, 2012-ci ildə 50,4, 2015-ci ildə 50,2 faiz olub və indi   artıq  50 faizdir.  Qadınların sayının  getdikcə azalmasının hansı  fəsadlara gətirib çıxaracağı barədə həyəcan təbili çalınmağının vaxtı çoxdan çatıb.

Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi hamıya bəllidir... Qızların sayının süni surətdə azaldılması insanlıq baxımından böyük günah olmaqla bərabər, həm də yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların təməlini qoyur. Belə çıxır ki, Azərbaycan çətin bir sosial problemlə üzləşə, xaricdən gəlin "idxal etməli" ola bilər.

Uşağın ana bətnində cinsinin müəyyənləşdirilməsinə maraq və bundan törəyən fəsadlar bir çox ölkələrdə mövcuddur. Bəzi ölkələrdə bu hal çox ciddi xarakter aldığından, dövlət məsələyə müdaxilə etməli olub. Yəni körpənin cinsinin əvvəlcədən öyrənilməsi qadağan edilib. Fikrimizcə isə məsələnin yoluna qoyulmasının ən düzgün yolu insanların özlərinin şüurunda müsbət dəyişikliklərin baş verməsidir.

 "Dünya gəlimli-gedimlidir" deyiblər. Bu ilin dörd ayında Azərbaycanda 23 min 748  ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölümün səviyyəsi  azalaraq 8-dən 7,2-yə düşüb.

Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də  ölüm hallarının azalmasıdır.

Ölkədə ölümün səviyyəsi ötən əsrin 90-cı illərinin birinci yarısında ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində artsa da, atəşkəs əldə olunduqdan sonra azalaraq sabitləşib. Belə ki, əhalinin hər 1000 nəfəri hesabı ilə ölənlərin sayı 1990-cı ildəki 6,1-dən 1995-ci ildə 6,7-yə qədər artıb, sonrakı illərdə   azalaraq 2013-cü ildə 5,8 olub. 2019-cu ildə isə hər 1000 nəfərə hesabı ilə ölüm səviyyəsi əmsalı bundan da aşağı - 5,6 olub.

Ölkəmizdə ölümə əsasən hansı hallar səbəb olur? Ən çox tənəffüs, əsəb və qan dövranı sistemlərinin, həzm orqanlarının xəstəlikləri, yeni törəmələr, eləcə də yoluxucu və parazitar xəstəliklər qeydə alınır. Xatırladaq ki, dünyanın bir çox ölkələrində üstünlük təşkil edən də təxminən bu xəstəliklərdir.

Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan  ömürləri istisna etməklə, son illərdə ölkədə ümumiyyətlə,  ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun  səbəblərindən  biri əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər  yenidən qurulub.

Ölüm hallarının azalmasına əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, yol-nəqliyyat hadisələrinin azalması, insanlar  üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.

Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Koronavirusun tüğyan etdiyi dövrdə dövlət başçısının  dediyi sözləri  xatırlamaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".

Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi  dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.

Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! Dörd ayda  ölkədə 5 min 43  boşanma  qeydə alınıb. Keçən ilin  müvafiq dövrünə nisbətən  hər 1000 nəfərə hesabı ilə boşanmanın əmsalı 1,6-dan 1,5-ə düşüb.

Artıq koronavirus da geri çəkilib. Şadlıq evləri qapılarını nişanlıların, övladlarına toy-büsat qurmaq  istəyən valideynlərin, qadağasız şənliklər üçün  darıxan hamımızın üzünə geniş açıb. Odur ki, toyların,  yeni qurulan ailələrin sayının artması da təsadüfi deyil.  Dörd ayda  keçən ilin eyni dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb. Bu dövrdə 18 min 506 nikah bağlanıb. Ötən ilin dörd ayında qurulan ailələrin sayı isə 14 min 778 idi.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!