30 İyul 2024 09:11
1037
Mədəniyyət
A- A+
"Diri Baba" türbəsi abadlaşdırılır

"Diri Baba" türbəsi abadlaşdırılır


Dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidələrindən biri olan "Diri Baba" türbəsi Qobustan şəhərində, Bakı-Şamaxı magistral yolunun üstündə Azərbaycanın ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm marşrutunda yerləşir.

Şirvanşah hökmdarı I İbrahimin əmri ilə türbə 1402-ci ildə inşa olunub. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən sayılır. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, eləcə də  üzbəüz Orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleksdir.

Unikal abidələrdən hesab olunan "Diri Baba" türbəsi ətrafında turizm infrastrukturunun yaradılması üçün hələ iki il qabaq xeyli işlər həyata keçirilib. Türbəyə gedən yol və ətraf abadlaşdırılıb, qurbangah və inzibati bina inşa olunub. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, hazırda abidənin özünün bərpası ilə bağlı işlərə başlanılması planlaşdırılır. Bildirilib ki, bununla yanaşı, həm yaxınlıqdakı qəbiristanlıqda abadlaşdırmanın və arxeoloji qazıntıların aparılması, həm də abidənin ətrafında bir sıra abadlaşdırma işlərinin görülməsi planlaşdırılır: "İlkin mərhələdə "Diri Baba" türbəsinə turistlərin rahat gedib-gəlməsi, orada xoş istirahət keçirməsi üçün turizm infrastrukturunun qurulmasını təmin etmişdik, indi isə abidənin özünün bərpası üçün layihələndirmə işlərinə başlanılır".

Dövlət Turizm Agentliyinin məlumatında qeyd olunub ki, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbiristanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il avqustun 12-də Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. Yenidənqurma işləri çərçivəsində ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılmışdı. Həmçinin türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib.

XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanır. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilmişdi. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılmışdı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!