26 Aprel 2025 01:03
1214
Nazirlər Kabineti
A- A+
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 127


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41 (Cild I) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları”nın “Diplomatik xidmət əməkdaşları” sütununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü sətirdən “, hərbi attaşe (nümayəndə)” sözləri çıxarılsın;

2.2. 5-ci sətirdən “hərbi attaşenin (nümayəndənin) baş köməkçisi,” sözləri çıxarılsın;

2.3. 6-cı sətirdən “hərbi attaşenin (nümayəndənin) köməkçisi,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1111 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin 5.2-5.4-cü və 5.10-cu bəndləri ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 24 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 193 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1893 (Cild I) ləğv edilsin.

6. Bu Qərar 2025-ci il aprelin 1-dən tətbiq edilir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 23 ” “ aprel ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus gender bərabərliyi sahəsində əməkdaşlıq edəcək  

10:45
19 Mart

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!