25 Sentyabr 2026 14:58
98
SİYASƏT
A- A+
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub


Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub.

Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda, ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpaolunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Mina xəritələrindəki qeyri-dəqiqliklər minatəmizləmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir  

15:26
25 Sentyabr

Formula 2 zamanı zəncirvari qəza olub, yarışda fasilə yaranıb

15:24
25 Sentyabr

Formula 1 pilotları azarkeşlərlə görüşüb

15:23
25 Sentyabr

Formula 2: “Prema” komandasının daha bir pilotu mübarizəni dayandırıb

15:22
25 Sentyabr

Avstraliya süni intellektlə bağlı texnologiya şirkətlərinə qarşı sərt mövqe nümayiş etdirir  

15:19
25 Sentyabr

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

14:58
25 Sentyabr

Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  

14:56
25 Sentyabr

Ələtdə yeni texnologiya ilə silisium istehsal olunacaq

14:55
25 Sentyabr

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

Jonathan Bar: Orta Dəhlizin inkişafı yeni investisiya imkanları yaradır

14:39
25 Sentyabr

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

14:37
25 Sentyabr

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub  

14:35
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub  

14:34
25 Sentyabr

Azərbaycan və Türkiyə DİN-ləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

14:34
25 Sentyabr

Özbəkistanlı nazir: Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk

14:33
25 Sentyabr

Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq 

14:32
25 Sentyabr

Formula 1: Maks Ferstappen üçüncü sərbəst yürüşün qalibi olub - YENİLƏNİB

14:29
25 Sentyabr

Ərazi bütövlüyümüz, Böyük Qayıdış Vətən müharibəsinin möhtəşəm nəticəsidir  

14:24
25 Sentyabr

İtaliyada məktəblərdə burqa və niqab qadağası  

14:18
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!