30 Oktyabr 2021 00:24
1360
Elm və texnika
A- A+
Dərəcənin hökmü

Dərəcənin hökmü

 

Temperaturu ölçmənin əvəzsiz cihazı olan termometr tibbin əsas avadanlıqlarındandır. Adətən bu cihazın yaradıcısı olaraq Qalileo Qalileyi iddia edirlər. Qaliley qazların isti şəraitdə genişləndikləri nəzəriyyəsindən yola çıxaraq bu cihazda dərəcəni qazla müəyyən etmə üsulunu tətbiq etmişdi. Lakin o, dəqiq temperaturu ölçməkdə yararlı olmadığı üçün termometr yox, termoskop hesab edildi.

İlk termometrin ixtiraçısı italyan həkim Santorio Santoriodur. Onun hazırladığı cihaz hava ölçən idi. Santorio Qalileyin icadına tərəzi və şkala əlavə etmişdi. Qazın maye ilə əvəzlənməsi termometrin dəqiqlik xüsusiyyətini kəskinləşdirən vasitə olmuşdu.

Müasir istilikölçənin yaradıcısı Daniel Qabriel Farengeitdir. O, 1714-cü ildə şəffaf şüşədə hazırladığı cihaza parlaq gümüşü rəngli mayeni - civəni daxil edərək böyük uğura imza atmışdı. Dərəcələri müəyyən etmək üçün suyun donma və qaynama nöqtələrini böldü. Suyun donma nöqtəsini 32 dərəcə, qaynama nöqtəsini 212 dərəcə, normal bədən istiliyini isə 98,6 dərəcə təyin etmişdi.

Farengeit ölçü cihazından əlavə günümüzdə ən çox istifadə edilən temperatur şkalası olan “Selsi” isə 1742-ci ildə Anders Selsi tərəfindən icad edilib. İsveçli alim suyun donma və qaynama nöqtələrini 100 dərəcəyə bölərək 0 dərəcəni qaynama, 100 dərəcəni isə donma dərəcəsi kimi müəyyən etmişdi. Lakin bir il sonra Selsi şkalası tərsinə çevrilərək (0 dərəcə donma, 100 dərəcə qaynama) istehsal edildi. Burada normal bədən hərarətinin 37 dərəcə olduğu da qəbul edilmişdi.

Növbəti, 3-cü şkala Kelvindir. Lord Kelvinin 1848-ci ilə aid bu istilikölçəni isti və soyuğun son hədlərini ölçür. Kelvin şkalası Selsi ilə eyni vahidlərdən istifadə edir, lakin o, hava da daxil olmaqla, hər şeyin ən son həddə donduğu temperaturda mütləq sıfırdan başlayır. Kelvində sıfır dərəcə mənfi 273 dərəcə Selsiyə bərabərdir.

Beləliklə, bütün bu kəşflər əsasında ilk tibbi termometri 1867-ci ildə fizik Tomas Olbut hazırlayıb. Bu cihazla insanın hərarətini ölçmək təxminən beş dəqiqə çəkirdi. Yüz ildən çoxdur ki, termometrlər əsasən dəyişməyib. Bu gün temperaturu ölçən müasir istilikölçənlərə elektron sensorlar da əlavə edilib. Lakin dəyişməyən həqiqət odur ki, rəqəmsal cihazlarda belə Farengeit və Selsi tərəfindən hazırlanmış eyni adlı şkalalar yer alır.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!