Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə
745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012,
№ 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623,
№ 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr
597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə
1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə
1772, № 11, maddə 1954, № 12, I kitab, maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə
382, № 5, maddə 852; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli
1408-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
5.1-2-ci maddənin ikinci cümləsində "Hüquq sahibinin istəyi ilə "Elektron
hökumət” portalında yerləşdirilmiş” sözləri "Elektron qaydada tərtib olunmuş” sözləri
ilə əvəz edilsin.
1.2.
6.1.1.1-ci maddədə "verilməsi” sözü "təqdim olunması” sözləri ilə əvəz edilsin.
1.3. 6.1.4-cü maddədə "daşınmaz əmlak üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının
verilməsi,” sözləri çıxarılsın.
1.4.
6.2-ci maddənin birinci cümləsində birinci halda "verilməsi” sözü "təqdim
olunması” sözləri ilə əvəz edilsin, ikinci halda "çıxarışın” sözündən sonra "təqdim
olunması” sözləri əlavə edilsin.
1.5.
9.2-ci maddənin birinci cümləsində ikinci halda "dövlət” sözündən əvvəl
"elektron qaydada” sözləri əlavə edilsin.
1.6.
9.5-ci maddədə "verilməsi” sözü "elektron üsulla təqdim olunması” sözləri
ilə əvəz edilsin.
1.7.
12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"12.1. Daşınmaz əmlaka mülkiyyət və digər
əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları
tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla
təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz
əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin
müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” portalında yerləşdirilir
və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin
olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən
elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.”.
1.8.
12.2-ci maddədə "reyestrindən” sözündən sonra "elektron” sözü əlavə edilsin
və "forması və tərtibi qaydası” sözləri "məzmunu” sözü ilə əvəz edilsin.
1.9.
13-cü maddə üzrə:
1.9.1.
13.3.2-ci maddədə "verilmiş” sözü "təqdim olunmuş” sözləri ilə əvəz edilsin;
1.9.2.
13.11-ci maddənin birinci və ikinci cümlələrində "daşıyıcılarında” və "daşıyıcısındakı”
sözləri "formada” sözü ilə əvəz edilsin;
1.9.3. aşağıdakı məzmunda 13.11-1-ci və
13.11-2-ci maddələr əlavə edilsin:
"13.11-1. Dövlət reyestri elektron formada
"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
riayət edilməklə aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş
ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan
dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir
formasına keçirilir.
13.11-2. Elektron formada aparılan dövlət
reyestrində aşağıdakılar təmin olunmalıdır:
13.11-2.1. məlumatların işlənməsinin lazımi
qaydasının gözlənməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması,
məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin
yaradılması üzrə tədbirlər görülməsi;
13.11-2.2. məlumatların məlumat bazasına
operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;
13.11-2.3. məlumatların daxil edilməsinin,
dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi;
13.11-2.4. hüquq sahibinə daşınmaz əmlakla
bağlı məlumatları dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə
əldə etmək imkanının yaradılması.”.
Maddə 2. Bu qanun qüvvəyə minənədək kağız
formada verilmiş çıxarış elektron çıxarışa bərabər tutulur. Kağız formada verilmiş
çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə hüquq sahibinə dublikatın
əvəzində elektron formada çıxarış təqdim edilir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il