06 Aprel 2019 00:57
1439
Qanunlar
A- A+
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12, I kitab, maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1408-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-2-ci maddənin ikinci cümləsində "Hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş” sözləri "Elektron qaydada tərtib olunmuş” sözləri ilə əvəz edilsin.

1.2. 6.1.1.1-ci maddədə "verilməsi” sözü "təqdim olunması” sözləri ilə əvəz edilsin.

1.3. 6.1.4-cü maddədə "daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi,” sözləri çıxarılsın.

1.4. 6.2-ci maddənin birinci cümləsində birinci halda "verilməsi” sözü "təqdim olunması” sözləri ilə əvəz edilsin, ikinci halda "çıxarışın” sözündən sonra "təqdim olunması” sözləri əlavə edilsin.

1.5. 9.2-ci maddənin birinci cümləsində ikinci halda "dövlət” sözündən əvvəl "elektron qaydada” sözləri əlavə edilsin.

1.6. 9.5-ci maddədə "verilməsi” sözü "elektron üsulla təqdim olunması” sözləri ilə əvəz edilsin.

1.7. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.”.

1.8. 12.2-ci maddədə "reyestrindən” sözündən sonra "elektron” sözü əlavə edilsin və "forması və tərtibi qaydası” sözləri "məzmunu” sözü ilə əvəz edilsin.

1.9. 13-cü maddə üzrə:

1.9.1. 13.3.2-ci maddədə "verilmiş” sözü "təqdim olunmuş” sözləri ilə əvəz edilsin;

1.9.2. 13.11-ci maddənin birinci və ikinci cümlələrində "daşıyıcılarında” və "daşıyıcısındakı” sözləri "formada” sözü ilə əvəz edilsin;

1.9.3. aşağıdakı məzmunda 13.11-1-ci və 13.11-2-ci maddələr əlavə edilsin:

"13.11-1. Dövlət reyestri elektron formada "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir.

13.11-2. Elektron formada aparılan dövlət reyestrində aşağıdakılar təmin olunmalıdır:

13.11-2.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;

13.11-2.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;

13.11-2.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi;

13.11-2.4. hüquq sahibinə daşınmaz əmlakla bağlı məlumatları dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanının yaradılması.”.

Maddə 2. Bu qanun qüvvəyə minənədək kağız formada verilmiş çıxarış elektron çıxarışa bərabər tutulur. Kağız formada verilmiş çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə hüquq sahibinə dublikatın əvəzində elektron formada çıxarış təqdim edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!