13 Noyabr 2024 08:20
308
SİYASƏT
A- A+
Daha çox təhlükəyə məruz qalan kiçik ada dövlətlərinə kömək etmək COP29-un tarixi missiyasıdır

Daha çox təhlükəyə məruz qalan kiçik ada dövlətlərinə kömək etmək COP29-un tarixi missiyasıdır


Məlumdur ki,  Azərbaycan COP29 üçün sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyini aylar öncə hazırlayıb. Sənəddə iqlim dəyişikliyi kontekstində dünyanı narahat edən əsas məsələlər öz əksini tapıb. 

Ölkəmiz  artıq bu məsələlərin, o cümlədən kiçik ada dövlətlərinin  üzləşdiyi problemlərin aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində konkret qərarların qəbul olunaraq icraya yönəldilməsini vacib hesab edir, bu yöndə müvafiq addımlar atır. Kiçik ada dövlətləri üzərində aparılan araşdırmalar göstərir ki, qabaqlayıcı tədbirlər görülməzsə, XXI əsrin ortalarına qədər milyonlarla insanın yaşadığı bu ölkələrin böyük əksəriyyətini fəlakətlər gözləyir. Bu balaca ada dövlətlərində iqlim dəyişmələrinin fəsadları dəniz səviyyəsinin dəyişməsi fonunda daha aydın görünür. Ona görə də vaxt itirmədən onları xilas etmək lazımdır. Təbii ki, fəlakətlər nəticəsində ortaya çıxan problemlərin həlli kiçik ada dövlətlərinin  maliyyə imkanları xaricindədir. Doğrudur, bir çox kiçik ada dövlətləri iqlim dəyişmələri ilə mübarizə aparmaq və unikal mədəniyyətlərini qorumaq üçün müxtəlif tədbirlər görürlər. Amma coğrafi təcrid, məhdud resurslar və iqtisadi imkanların aşağı səviyyədə olması onların əksəriyyətinin istənilən nəticəyə nail olmasını mümkünsüz edir. 

Təəssüf ki, bəzi dövlətlər iqlim dəyişmələri ilə mübarizədə bu cür imkansız dövlətlərə kömək etmək baxımından onlara lazımınca diqqət ayırmırlar. Amma COP29-a evsahibliyi edən Azərbaycan sözügedən məsələyə yanaşmanı dəyişmək, beynəlxalq ictimaiyyətin diqqətini həm də kiçik ada dövlətlərinin iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlər üzərində cəmləşdirmək məqsədilə lazımi addımlar atır.  Bu istiqamətdə Azərbaycanın göstərdiyi fəaliyyət dünyada, o cümlədən kiçik ada dövlətlərində təqdir olunur, alqışlanır. Məhz ölkəmizin təşəbbüsləri sayəsində  kiçik ada dövlətlərinin  iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlərin əsaslı şəkildə COP29-da həlli gözlənilir. 

Prezident İlham Əliyev hələ oktyabrın 10-da Bakıda  keçirilən Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətində demişdi: "Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir. Bununla belə qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir".

Əslində, ölkəmizin kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı üzləşdikləri problemlərə diqqət ayırması təsadüfi deyil. Bu gün bəşəriyyəti də rahatsız edən məsələ dəniz səviyyəsinin qalxması, daşqın və fırtınaların intensiv baş verməsidir. Ekoloq və meteoroloqların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, dünya okeanının səviyyəsi 100 ildən artıqdır ki, durmadan yüksəlir. Təkcə ötən əsrdə bu artım 17 santimetr təşkil edib. Artımın davam etməsi ölkələrin əksəriyyətinə ciddi təsir edəcək. Məsələn,  dəniz səviyyəsi 1 metr qalxarsa, Misirin əkin sahələrinin 15, Banqladeşin əkin sahələrinin 14 faizi su altında qalacaq, milyonlarla insan öz evindən didərgin düşəcək. Ən ağrılısı isə odur ki, bütün bu fəlakətlər kiçik ada dövlətlərinə digərləri ilə müqayisədə daha çox təsir edir. Qeyd edək ki, dəniz fəlakətləri bu dövlətlərin düzənliklərində yaşayan heyvan növləri üçün qida mənbəyi olan bitki nümunələrinə də təsirsiz ötüşməyəcək. 

Başqa misal: qlobal temperatur daha 2 dərəcə artarsa, isti su mərcan riflərinin 99 faizə qədəri öləcək. Mərcan itkisi və dəniz səviyyəsinin qalxması kiçik ada dövlətlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyur. Çünki  inkişaf etməkdə olan bu kiçik ada dövlətlərinin çoxu qida və gəlir mənbələrinin əsasını təşkil edən balıqçılıq üçün mərcan qayalarından asılıdırlar. Məsələn, Vest-Hinddə, Karib dənizindəki Antiqua və Barbuda adlı kiçik ada dövlətini götürək. Məlumat üçün bildirək ki, Antiqua və Barbudanın sahəsi  443 kvadrat kilometr, əhalisi 92 min nəfərdir. Əhalisi əsasən qaradərili olan bu xalqın rəsmi dili ingilis dilidir. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda  1981-ci ildən BMT-nin  üzvüdür. Antiqua təpəli mərcan adasıdır. Səthi cənub-qərbdə vulkan mənşəli yüksəkliklərdir. Sahil xətti çox girintili-çıxıntılıdır. Barbuda adası da mərcan mənşəlidir. 

Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruleta Kamaço Tomas  COP29 tədbirinin iştirakçısıdır. Səfir jurnalistlərə müsahibəsində  iqlim dəyişmələrinin ada dövlətləri üçün ağır fəsadlarına diqqət çəkərək deyib: "Biz gözləyirik ki, iqlim dəyişmələri ilə bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərinin qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid edirik". Səfir vurğulayıb ki, suyun temperaturunun 30 fut dərinlikdə artıq 30 dərəcəyə çatması mərcanların kütləvi ağarmasına səbəb olub. Bu, ölkənin turizm sənayesini dəstəkləyən ekosistemləri təhdid edir və insanların sağlamlığına təhlükə yaradır, çünki həddindən artıq istilik əlavə risklər törədir. Yüksək temperatur xəstəlikləri artırır və ölkənin inkişafına əlavə çətinliklər yaradır. Odur ki, inkişaf məqsədlərinə yönəldilmiş maliyyəni iqlim dəyişikliyinə cavab vermək üçün istifadə etmək məcburiyyətindədirlər. 

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanovun da kiçik ada dövlətlərinə maliyyə dəstəyi ilə bağlı "ədalətli proses aparmaq istəyiriksə, bu ölkələr nəzərə alınmalıdır" sözləri Ruleta Kamaço Tomasın fikirləri ilə üst-üst düşür: "Biz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilirik. Azərbaycanın sahib olduğu dəyərlərə görə biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır. Bizim şüarımız da "yaşıl dünya" naminə həmrəylikdir. Həmrəylik olmadan "yaşıl dünya" mümkün deyil". 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

17:49
14 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

17:48
14 Dekabr

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

17:47
14 Dekabr

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

17:44
14 Dekabr

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib 

17:43
14 Dekabr

Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib

16:44
14 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:03
14 Dekabr

Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub

15:41
14 Dekabr

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37
14 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!