30 Aprel 2023 10:45
740
İQTİSADİYYAT
A- A+
Çörək haqqı

Çörək haqqı

 

Atalarımız  "Çörək itirən çörək tapmaz" deyiblər. Səməd Vurğunun da bununla bağlı dillər əzbəri olan bir misrası var: "Çörək bol olarsa, basılmaz Vətən". 
Hər ikisi həqiqətdir. Çörək bizim and yerimiz, qüdrətimiz, qüvvətimizdir. Bizdə dostluq, qardaşlıq, kişilik çörəklə sınağa çəkilir. Yerə düşən çörəyi götürərək öpüb gözümüzün üstünə qoyuruq. Çörəyi həm də halallıq, bolluq rəmzi sayırıq. 
Təbii ki, bütün bunlar çörəyə mənəvi münasibətimizdir. Amma çörək həm də əvəzolunmaz qida məhsuludur. Mayası sayılan buğdanın tərkibindəki karbohidratlar, zülalllar, vitaminlər, minerallar insan orqanizmi üçün ən vacib maddələrdir.
Amma gəlin görək bu nadir nemətin qədrini qədərincə bilirikmi? Yaxud  çörəyə dildə verdiyimiz dəyər  əməldə təsdiqini tapırmı? Təəssüf ki, bu suallara birmənalı cavab verə bilmirik. 
Azərbaycanda istənilən qədər zörək zavodu və sexləri var. Həmin zavodlar və sexlərdə bişirilən çörəyin çeşidləri də az deyil. İlk baxışda bu, yaxşıdır, yəni seçim var. Amma bu seçim imkanı heç də hər zaman keyfiyyətlə  müşayiət olunmur. Yumşaq desək, cürbəcür adlarla satışa çıxarılan çörəklərin dadı-duzu istehlakçıları heç də həmişə qane etmir. Hələ onu demirik ki, standartlara uyğun gəlməyən çörəklərin çoxu qida kimi  sağlamlığımıza ziyan vurur. Halbuki süfrəmizin dəyişməz neməti olan çörək gündəlik enerji tələbatımızın 44 faizini ödəyir. 
Söz ki keyfiyyətdən düşdü, bir neçə məsələyə diqqət çəkmək istərdik. Eşitdiyimizə görə, bu sahədə çalışan bəzi sahibkarlar satılmamış çörəkləri bəzən təkrar emal edib bişirərək dükanlara göndərirlər. Elə "qara" çörəklərə rəng qatılması da təzə söhbət deyil.  Tibb mütəxəssisləri isə deyirlər ki, çörəyin istehsalında istifadə edilən bir çox qeyri-təbii qatqılar müxtəlif xəstəliklərə yol açır. 
Bütün bunlara baxmayaraq, bir çox başqa xalqlardan fərqli olaraq bizim masamızda çörək əsas məhsul olmaqda davam edir. Deməli,  qida xərclərimizdə də çörək və çörək məhsullarının payı az olmur. Elə isə çörəyin qiyməti barədə, həm də müqayisəli formada.
Avropa İttifaqının Statistika Mərkəzinin son məlumatına görə, avrozonada çörəyin orta qiyməti 18 faiz bahalaşıb. Ancaq elə ölkələr var ki, inflyasiya çörəyin qiymətinə o qədər də ciddi təsir etməyib. Məsələn, Azərbaycandakı kimi. Ölkəmiz bu gün çörəyin ucuzluğuna görə dünyada yeddinci yerdədir - 0,39 dollar. Başqa sözlə desək, bizdə çörək, bəzilərinin dediyi kimi, heç də baha deyil. Bunu çörəyə münasibətdə israfçılığımız da təsdiqləyir. Heç kəs sübut edə bilməz ki, çörəyi köhnədir deyib torba-torba atmağımızın tək səbəbi keyfiyyətsizliyidir. İnanmırıq ki, dünyada çörəyi ən baha qiymətə satan (3,28 dollar) İsveçrədə, yaxud ABŞ-də (3.27 dollar), İslandiyada (3,15 dollar), Norveçdə (2,88 dollar) və Danimarkada (2,87 dollar) bizdəki qədər çörək atıla. 
Lakin ona da inanmırıq ki,  adlarını çəkdiyimiz və çəkmədiyimiz ölkələrin xalqları bizim kimi çörəyin  haqqını bilə, hətta müqəddəs bilib and içdiyimiz bu əvəzsiz nemətə münasibətdə qeyd etdiyimiz bəzi hallara baxmayaraq. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!