16 Noyabr 2025 10:43
14192
COP29
A- A+
COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb

COP29 Sədrliyi tərəfindən irəli sürülən “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. “Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi məqsədilə Energetika Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın ötürücü enerji şəbəkəsinin təhlilinin aparılması üçün Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanda bərpaolunan enerji istehsalının artımını dəstəkləyəcək və ölkənin regional enerji ixracatçısı rolunu gücləndirəcək”, - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Həmçinin, COP29 Sədri bildirilib ki, “DIgSILENT” platforması vasitəsilə statik və dinamik enerji şəbəkəsi modelləri yaradılacaq və real əməliyyat ssenarilərinə uyğun test olunacaq. Paralel olaraq, 2040-cı ilə qədər elektrik enerjisi tələbatına dair uzunmüddətli proqnozlar “Plexos” simulyasiya platforması üzərindən həyata keçiriləcək.

“Yenilənən enerji mənbələrinin böyük həcmdə inteqrasiyasını dəstəkləmək üçün ölkədə iki batareya enerjisaxlanma sisteminin quraşdırılması planlaşdırılır. Ümumi gücü 250 meqavat (MW), saxlanma həcmi isə 500 meqavat-saat (MWh) olan bu sistemlər 2 qiqavatlıq bərpaolunan enerji gücünün şəbəkəyə sabit inteqrasiyasını təmin edəcək. Bu istiqamətdə tender artıq başa çatıb və quraşdırma işləri davam edir”, - deyə Muxtar Babayev əlavə edib.

M.Babayev vurğulayıb ki, “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü enerji sistemində çeviklik, dayanıqlıq və karbon emissiyasının azaldılması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsün məqsədləri ilə tam şəkildə uzlaşan uzunmüddətli enerji strategiyası həyata keçirir və yaşıl enerji keçidinin həm davamlı, həm də inklüziv olmasına çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

21:27
03 Noyabr

Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib

21:20
03 Noyabr

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb  

20:54
03 Noyabr

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib  

20:23
03 Noyabr

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək  

19:23
03 Noyabr

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

18:41
03 Noyabr

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

18:31
03 Noyabr

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

18:29
03 Noyabr

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

18:29
03 Noyabr

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

18:25
03 Noyabr

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu  

18:21
03 Noyabr

Merts: “Almaniyanın gələcək prezidenti qadın olmalıdır”  

18:13
03 Noyabr

İmmuniteti sürətlə aktivləşdirməyin sadə yolu tapılıb  

17:57
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!