25 İyun 2026 21:59
5757
COP29
A- A+
Şərqi Avropa İqlim Həftəsinin Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılır

Şərqi Avropa İqlim Həftəsinin Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılır


London İqlim Həftəsi çərçivəsində keçirilən görüşlərdə Şərqi Avropa İqlim Həftəsinin Bakıda təşkili məsələsi müzakirə olunub və tədbirlə bağlı ilkin məsləhətləşmələr aparılıb.

Bu barədə AZƏRTAC-a COP29-un Sədrliyindən bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı London İqlim Həftəsində iştirakın əsas məqsədlərindən biri Şərqi Avropa İqlim Həftəsinin keçirilməsi ilə bağlı ilkin çağırışların edilməsi, potensial tərəfdaşlarla məsləhətləşmələrin aparılması və proqramın əsas istiqamətlərinin razılaşdırılması olub.

London İqlim Həftəsi çərçivəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında da görüş keçirilib.

Görüş zamanı Baş katib COP29 çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirərək bu uğurlardan məmnunluğunu ifadə edib.

Antonio Quterreş Azərbaycanın COP29 Sədrliyi dövründə qazandığı təcrübənin gələcək iqlim prosesləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu təcrübənin COP31-ə ev sahibliyi edəcək Türkiyə, eləcə də növbəti COP sədrlikləri ilə paylaşılmasının vacibliyini qeyd edib.

Görüşdə Azərbaycanın qlobal iqlim gündəliyində fəal rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, ölkə COP29-dan sonra da beynəlxalq iqlim danışıqlarında və çoxtərəfli əməkdaşlıq platformalarında təşəbbüslərlə çıxış edir, iqlim fəaliyyətinin gücləndirilməsinə töhfə verir.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP29-un irsinin gələcək iqlim proseslərinə inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın iqlim diplomatiyasında formalaşdırdığı təcrübənin qlobal səviyyədə faydalı model kimi qiymətləndirildiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  

19:26
17 Noyabr

Mask Starship-in təkrar uçuşa hazır olduğunu deyib 

19:24
17 Noyabr

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

19:18
17 Noyabr

Qaraciyəri qoruyan meyvə  

18:58
17 Noyabr

Danışıq qabiliyyətinin zəifləməsi insanda yox olmaq hissi yaradır

18:49
17 Noyabr

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

18:43
17 Noyabr

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

18:42
17 Noyabr

Vergi xidmətlərində 10 ayın mənzərəsi

18:31
17 Noyabr

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!