18 Mart 2025 13:07
1870
PARLAMENT
A- A+
Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir


Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin martın 18-də keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar “Sosial müavinətlər haqqında” Qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyənləşdirilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.

Əlavə olaraq 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib. Sözügedən şəxslərə Prezident təqaüdü ilə yanaşı müvafiq əmək pensiyası da ödənilir.

Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, habelə əlilliyi müəyyən edilmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunurlar. Həmçinin 7-ci maddənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğvində iştirak etmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilirlər.

Mənzil Məcəlləsinin 51.3-cü maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, qanunda bununla bağlı hər hansı dəyişiklik həyata keçirilməyib.

Beləliklə layihə uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılmaqla Qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

Bu il 250-dək yeni dövlət standartı qəbul edilib  

19:21
10 Dekabr

Azərbaycanın xarici işlər naziri Macarıstana işgüzar səfərə gedib  

19:17
10 Dekabr

İƏİT ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

19:11
10 Dekabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib  

19:06
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!