27 Oktyabr 2026 17:26
232
DÜNYA
A- A+
Cənubi Afrikada indiyədək məlum olmayan qədim qayaüstü təsvirlər tapılıb  

Cənubi Afrikada indiyədək məlum olmayan qədim qayaüstü təsvirlər tapılıb  


Cənubi Afrika dünyanın ən zəngin qayaüstü sənət nümunələrinə malik bölgələrindən biridir. Burada qaçan antilop sürülərini, rəqs edən insanları və buynuzlu, qanadlı insanabənzər varlıqları təsvir edən qədim rəsmlər tapılıb. Lakin indiyədək bu təsvirlər arasında trafaret üsulu ilə yaradılmış nümunələr məlum deyildi.

Vits Universitetindən qayaüstü sənət üzrə tədqiqatçı Devid Pirs və Kembric Universitetinin arxeoloqu Kiya Conson Cənubi Afrikanın Mpumalanqa əyalətindəki La Roşel qaya sığınacağında belə təsvirlər aşkarlayıblar. “South African Archaeological Bulletin” jurnalında dərc olunan araşdırmaya görə, təxminən 9 santimetr hündürlüyündə olan insanabənzər fiqurlar əvvəlcədən hazırlanmış trafaret vasitəsilə yaradılıb.

Bu üsulda rəssam əvvəlcə ayrıca qəlib hazırlayır, onu qayanın səthinə tutaraq üzərinə boya üfürür və ya sıçradır. Qəlibin arı mumundan, gildən və ya ağacdan hazırlanmış olması mümkündür. Hazır əşyaların trafaret kimi istifadəsi dünyada məlum olsa da, xüsusi olaraq bu məqsədlə hazırlanmış qəliblər olduqca nadirdir.

Maraqlıdır ki, qaya sığınacağı 1995-ci və 2020-ci illərdə tədqiq edilsə də, qeyri-adi təsvirlər uzun müddət diqqətdən kənarda qalıb. Tədqiqatçılar onların kim tərəfindən, nə vaxt və hansı məqsədlə yaradıldığını hələ müəyyənləşdirə bilməyiblər. Alimlər həmçinin yağış və küləyin təsiri ilə oxşar rəsmlərin zamanla silinmiş ola biləcəyini istisna etmirlər.

Yeni tapıntı Cənubi Afrikanın qədim sənət ənənələrinin düşünüldüyündən daha müxtəlif və mürəkkəb olduğunu göstərir. Tədqiqatçılar gələcək araşdırmalar zamanı bölgədə başqa trafaret təsvirlərinin də aşkarlana biləcəyini düşünürlər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Cənubi Afrikada indiyədək məlum olmayan qədim qayaüstü təsvirlər tapılıb  

17:26
27 Oktyabr

“Microsoft”dan təxminən 60 min əməkdaşa könüllü ayrılıq təklifi  

17:19
27 Oktyabr

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub  

17:08
27 Oktyabr

Vladimir Putin: Təbii qaza qlobal tələbat ildə 5,5 trilyon kubmetrə qədər arta bilər  

17:07
27 Oktyabr

Baş nazir Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

17:04
27 Oktyabr

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

16:50
27 Oktyabr

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

16:48
27 Oktyabr

İvo Yosipoviç forum iştirakçılarını Qarabağı ziyarət edərək, oradakı inkişafla tanış olmağa çağırıb  

16:47
27 Oktyabr

Müstəqil siyasət, qlobal nüfuz və sarsılmaz birlik

16:29
27 Oktyabr

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

16:28
27 Oktyabr

NASA “Swift” kosmik teleskopunun missiyasını başa çatdırdı  

16:25
27 Oktyabr

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

16:23
27 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz  

16:20
27 Oktyabr

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub  

16:16
27 Oktyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

16:10
27 Oktyabr

BMT-dən iqlim xəbərdarlığı: 1,5 dərəcə hədəfi əlçatmaz ola bilər  

15:52
27 Oktyabr

Azərbaycanın iqtisadi potensialı Doha forumunda gündəmə gəldi

15:24
27 Oktyabr

Cənubi Afrikada 60 min illik oxra çöküntülərində antilop zülalları aşkarlanıb  

15:23
27 Oktyabr

Mədə xərçənginə qarşı mübarizədə erkən diaqnostika həyat xilas edir  

15:18
27 Oktyabr

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

15:15
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!