Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Düşmən bu dəfə "dəmir yumruğ"un qarşısında bir gün belə davam gətirə bilmədi
Prezident İlham Əliyev indiyə qədər bir neçə dəfə Qarabağdakı cinayətkar rejimlə bağlı sərt xəbərdarlıqlarını etmişdi. Bu ilin may ayında dövlətimizin başçısı Laçından xəbərdarlığını edərək demişdi:
"Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var".
Azərbaycan öz suverenliyini bərpa etdi
Prezident İlham Əliyev deyir və edir. Sentyabrın 19-dan 20-dək Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bir daha göstərdi ki, heç bir xəbərdarlıq söz xatirinə deyilmir. Bu hadisə deyilənlərdən və başına gələnlərdən dərs çıxarmayan Qarabağdakı hərbi cinayətkar rejim və onun havadarları üçün dərs oldu. Cəmi 23 saat ərzində "dəmir yumruq" Qarabağda qalmış separatçıların başını birdəfəlik əzdi. Prezident İlham Əliyevin sentyabrın 20-də bununla bağlı xalqımıza müraciətində dediyi kimi, bu antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi: "Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir".
Qeyd edək ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərindən biri olan öz ordusunun Qarabağ ərazisindən çıxarılması tələbini pozub. Bu ölkə müharibədən sonra ordusunun qalıqlarını Qarabağdan nəinki çıxarmayıb, əksinə, onu yenidən gücləndirməyə çalışıb. Bu məqsədlə 2021-2022-ci illərdə Ermənistandan Qarabağa müxtəlif silah-sursat daşınıb.
Son dövrlərdə isə Qarabağdakı erməni terrorçuları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə daha da gücləndirilməsi, qanunsuz hərbi bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Neçə vaxt idi ki, onlar Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa, müxtəlif istehkam qurğuları yaratmağa cəhd göstərirdilər.
Ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etmişdi ki, 10 noyabr Bəyanatının müddəalarına zidd olaraq respublikamızın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Eyni zamanda Azərbaycan dövləti Qarabağdakı qanunsuz və cinayətkar hərbi dəstələrin fəaliyyətinin yolverilməzliyini Ermənistana və separatçılara xəbərdarlıq etsə də, bundan nəticə çıxarmırdılar.
Sentyabrın 19-da erməni terrorçuların Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qruplarının Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda quraşdırdıqları minalar nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının və polislərimizin həlak olması isə səbir kasamızı daşdıran hadisələr oldu. Elə həmin gündən başladılan antiterror tədbirləri nəticəsində qanunsuz erməni hərbi dəstələrinin Qarabağdakı bütün mövqeləri və hərbi infrastruktur və texnikaları məhv edildi.
Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan ordusunun Qarabağda qalmış bölmələrinin, 30 ildən artıqdır ki, burada at oynadan separatçıların sentyabrın 21-də ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək Qarabağda öz milli haqqını təmin etdi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, respublikamızın milli maraq və mənafelərini layiqincə təmin etməsinin növbəti təntənəsi oldu.
Bu antiterror tədbiri bir daha Azərbaycan Ordusunun yüksək peşəkarlığına və döyüş hazırlığına malik olduğunu göstərdi. Cəmi 23 saata hərbi bölmələrimiz qarşıya qoyulmuş bütün strateji hədəflərə tam nail oldular. Ən əsası terrorçulara qarşı tədbirlər zamanı yalnız hərbi hədəflər vuruldu, kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü, Qarabağın erməni sakinləri arasında zərər çəkən olmadı. Antiterror tədbirlərinin mülki əhaliyə zərər vurmadan bu cür peşəkarlıqla həyata keçirilməsi dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Ermənistan KİV guya mülki əhali arasında ölənlərin olması barədə dezinformasiya yaysa da, bunu təsdiqləyən bir faktı belə ortaya qoya bilmədilər.
Sentyabrın 9-da qondarma "seçki"lər keçirən Qarabağdakı qanunsuz rejim antiterror tədbirlərindən və başına dəyən zərbədən sonra ağıllanmağa başladı. Vətən müharibəsinə qədər xalqımızı Yevlaxa qədər torpaqlarımızı işğal etməklə hədələyən, son günlərə qədər reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəlməkdən boyun qaçıran Qarabağın erməni sakinlərinin nümayəndələrini "dəmir yumruq" Azərbaycanın mərkəzi hakimiyyətinin şərtlərini dinləmək və yerinə yetirmək üçün Yevlaxa gəlməyə məcbur etdi.
Beləliklə, cəmi 23 saat çəkən antiterror tədbirində Azərbaycan Qarabağda yerləşən separatçıların başını əzdi. Düşmən bu dəfə "dəmir yumruğ"un qarşısında bir gün belə davam gətirə bilmədi.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!