26 Yanvar 2020 00:26
3134
Mədəniyyət
A- A+
Cəfər Cabbarlının tərcüməçilik fəaliyyəti

Cəfər Cabbarlının tərcüməçilik fəaliyyəti


Azərbaycanda tərcümə sənətinin tarixi çox qədimdir. XIX əsrin 30-cu illərindən etibarən rus realist ədəbiyyatı ilə tanışlıq, ayrı-ayrı ədəbiyyat xadimlərinin şəxsi ünsiyyəti qiymətli ədəbi nümunələrin Azərbaycan dilinə tərcüməsi ilə nəticələnir. Bu cəhətdən A.A.Bakıxanovun Krılovdan etdiyi tərcümələr Azərbaycan dilinə tərcümə sahəsində atılan ilk addımlardır. Bu sənətin inkişafının yeni yüksəliş dövrü XX əsrin əvvəllərinə - böyük inqilabi hadisələr dövrünə təsadüf edir. Bu dövrdə həm ictimai-siyasi, həm də ədəbi-bədii mətnlərin Azərbaycan oxucularına çatdırılması sahəsində böyük addımlar atılır, rus dilindən və qismən Qərbi Avropa dillərindən Azərbaycan dilinə bir çox əsərlər tərcümə edilir.

Həmin dövrdə tərcümə sənətinin yaranması və inkişafında böyük rol oynayan şəxsiyyətlərdən biri Cəfər Cabbarlı olmuşdur. O, ədəbiyyatımızın tarixində təkcə yazıçı və dramaturq kimi deyil, eyni zamanda kinossenarist, rejissor, jurnalist və tərcüməçi kimi şöhrət tapmışdır. Azərbaycanda tərcümə sənətinin əsasını qoyanlardan biri məhz C.Cabbarlı olmuşdur.

Dramaturq özünün qısa ömründə ştat üzrə, yəni aylıq məvaciblə cəmi iki vəzifədə işləmişdir. Bunlardan birincisi tərcüməçilik idi. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra başlanan bu əmək fəaliyyəti "Kommunist” qəzeti redaksiyasında olmuşdur. Yazıçının bəzi yazılarından və arxivlərdə saxlanılan nadir sənədlərdən təxmin etmək olar ki, o, 1920 ildən 1928-ci ilə qədər burada işləmiş, sonra isə Azərbaycan Bədaye Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışmışdır. Ədib eyni zamanda "Azərbaycan” qəzetində, "Ali İqtisadi Şuranın Əxbarı” jurnalında, Xalq Ərzaq Komissarlığında və başqa qurum və təşkilatlarda da 10 ilə yaxın peşəkar tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur.

C.Cabbarlı "Kommunist” qəzeti redaksiyasında Əfrasiyab Bədəlbəyli, İbrahimxəlil İbrahimov, Əsəd Tahir, Süleyman Məlikov, Dadaş Cavadlı və başqa tərcüməçilərlə bərabər əsasən Teleqraf Agentliyinin verdiyi məlumatları ruscadan azərbaycancaya tərcümə edirdi. Bu məlumat isə həcmcə geniş, üslubca rəngarəng idi. Partiya və hökumətin qərarları, mühüm siyasi, iqtisadi, təsərrüfat, mədəniyyət məsələlərinə həsr olunmuş müxtəlif yığıncaqlardan, iclaslardan hesabatlar və buradakı məruzələrin, nitqlərin mətnləri, beynəlxalq müqavilə və əhdnamələr, daxili və xarici xəbərlər və s. Bu iş hər hansı bir tərcüməçiyə xas olan dəqiqliklə yanaşı, son dərəcə operativlik tələb edirdi. Təbiidir ki, teleqrafla verilmiş təcili xəbərlərin tərcüməsi üzərində uzun-uzadı işləmək imkan xaricindədir. Həmin materiallar redaksiyada tərcüməçi tərəfindən makinaçıya diktə edilir və dərhal mətbəəyə göndərilirdi. Çox zaman isə "Son saat” başlığı altında verilən xəbərlər gecələr mətbəədə tərcümə olunurdu ki, bunun üçün də tərcüməçilər orada növbə çəkirdilər. O vaxt "Kommunist” qəzeti redaksiyasının çap olunduğu "III İnternasional” mətbəəsində linotipçi işləmiş qocaman jurnalist Qulam Məmmədlinin dediyinə görə, Cəfər gecələr mətbəədə növbətçi tərcüməçi olarkən son teleqramları birbaşa linotipçiyə diktə edir və həmin xəbərlər kağıza yazılmadan birbaşa qurşunla yığılıb səhifəyə qoyulurdu. Bu isə tərcüməçidən öz sənətinə son dərəcə mükəmməl yiyələnməyi tələb edirdi.

Cəfər Cabbarlının "Kommunist” qəzetində tərcüməçilik fəaliyyətinin xüsusiyyətləri haqqında bizə gəlib çatan əsas məlumatlardan biri də onun Azərbaycan dilinin təmizliyinə xüsusi diqqət yetirməsindən, dilimizin ərəb və fars sözlərindən təmizlənməsinə çalışmasından, bəzən hətta yeni sözlər və ifadələr axtarıb tapmasından ibarətdir. Cabbarlının yeni əlifba ilə yanaşı, yeni terminlər uğrunda mübarizəyə çağıran məqalələrlə mətbuatda çıxış etməsi də bu cəhətdən maraqlıdır. Məsələn, onun "Qiymətli bir təşəbbüs” məqaləsində oxuyuruq: "Azərbaycan xalqı böyük və son sistemli hökumət aparatının müxtəlif rəsmi dairələrində işləmək üçün lazım olan yüzlər və minlərlə siyasi təbirlərə, istilahlara, həmçinin məktəblərində, darülfünun, darülsənaye və bu kimi mədəni və maarif dairələrində qollanacaq yüzlər, minlər, bəlkə də yüz minlərlə istilah və təbirlərə malik olacaq qədər mükəmməl bir dilə, həmçinin onu kamalınca yaza bilmək üçün müntəzəm bir əlifbaya malikmidir? Cavab aydındır: Əlbəttə, yox! Bunun üçündür ki, bizdə dil və hürufat məsələsinin islahı hər kəsi düşündürür və bu məsələ xalqımıza rahatlıq vermir. Dilimizin və hürufatımızın qəti surətdə islahı lazımdır...”

Aydındır ki, Cabbarlı kimi yenilik carçısı olan bir qələm sahibi bu nəcib məqsədi yalnız təbliğ-təşviq etməklə kifayətlənə bilməzdi. O, özü də bu mübarizənin fəal iştirakçılarından, bu yeniliyin qabaqcıl yaradıcılarından biri idi və arzularını orijinal əsərləri ilə yanaşı, tərcümələrində də həyata keçirirdi. Vaxtilə "Kommunist” qəzeti redaksiyasında işləmiş qocaman jurnalistlərin dediyinə görə, indi dilimizə möhkəm daxil olmuş "Bildiriş” (Elan əvəzinə), "Düzəliş” (Təshih əvəzinə) kimi sözlər məhz Cabbarlının tərcüməçilik vaxtı "ixtira etdiyi” təbirlərdəndir.

Azərbaycan tərcüməçiliyi tarixində Cəfər Cabbarlının misilsiz rolu, onun həm ictimai-siyasi, həm də bədii tərcümə sahəsində xidmətləri son illərə qədər demək olar ki, qətiyyən araşdırılmamış və tətbiq edilməmişdi. 2000-ci ildən başlayaraq dramaturqun bu sahədəki işləri araşdırılmağa başlanmış, 2014-cü ildə C.Cabbarlı ev-muzeyinin layihəsi əsasında sənətkarın tərcümə etdiyi bir sıra əsərlərin toplandığı "Cəfər Cabbarlının tərcümələri” adlı kitab işıq üzü görərək oxuculara təqdim olunmuşdur. Dramaturqun Qərb və rus klassiklərindən etdiyi tərcümələrin siyahısı böyük, janrları müxtəlif, üslubu zəngindir. Bu siyahıda V.Şekspirin "Hamlet”, "Otello” və F.Şillerin "Qaçaqlar” faciələri ilə yanaşı, Bomarşenin "Fiqaronun toyu” komediyasını, L.N.Tolstoyun "Hacı Murad” povesti ilə bərabər, C.Uelsin "Yeraltı Dünya” romanını, A.Afinogenovun "Qorxu”, L.Slavinin "Müdaxilə”, M.Qorkinin "Cocuqluq” hekayələrini və s. görürük.

Aydındır ki, C.Cabbarlı bu əsərlərin hərəsinə ayrı gözlə baxmamış, onların hər birini xüsusi üslubla tərcümə etmiş və bu zaman yalnız orijinalın janrını deyil, eyni zamanda, müəllifin öz dəstxətini də nəzərə almış, onları məhz özlərinə görə səciyyələndirə bilmişdir.

Tərcümə işinə yüksək bir sənət kimi baxan, əlinə aldığı hər bir əsəri böyük bir ilhamla, coşqun bədii yaradıcılıq ehtirası ilə tərcümə edən bu istedadlı yazıçı qısa ömrü ərzində dünya klassiklərinin əsərlərinin Azərbaycana həqiqətən klassik tərcümələrini vermişdir, onları bütün əzəməti ilə tamaşaçı və oxucularımıza tanıtdıra bilmişdir. C.Cabbarlının tərcüməsindən valeh olan xalq yazıçısı Mirzə İbrahimov haqlı olaraq yazırdı: "C.Cabbarlının tərcümə etdiyi "Hamlet”i xatırlayın. "Hamlet” dünya dramasının çətin və ən gözəl əsəridir. Şekspirin şah əsəridir, onu tərcümə etmək o qədər də asan deyildir. Lakin Cabbarlı onu tərcümə edərkən böyük qələm işlətmişdir. Əsərin tərcümə edildiyi zamanın bəzi dil və istilah xüsusiyyətləri nəzərə alınmazsa, Cəfərin tərcüməsi doğrudan da bir möcüzədir”.

Şübhəsiz ki, Cabbarlı öz tərcümələrində möcüzələr yaradarkən, ilk növbədə, dilə, əsərin tərcümə olunduğu Azərbaycan dilinə, onun zəngin xalq xəzinəsinə, oradakı nadir incilərə, gizlənən incəliklərə arxalanırdı. Bütün bunlara əsaslanaraq qeyd olunmalırdır ki, böyük Azərbaycan yazıçısı Cəfər Cabbarlı əvəzsiz tərcüməçi olmuşdur.

O, bədii tərcümə işini həqiqi sənət yüksəkliyinə qaldıra bilmiş və bu sahədə elə zəngin məktəb yaratmışdır ki, ondan sonra gələn tərcüməçi nəsilləri özlərinin böyük sələfindən bəhrələnmiş və bundan sonra hələ çox öyrənəcək və faydalanacaqlar.

Qəmər SEYFƏDDİNQIZI,

Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlı ev-muzeyinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!